|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
“Danışıqların mahiyyətinin təhrif olunması yolverilməzdir” - Hikmət Hacıyev
Tarix 13.10.22, 20:08 |
|
Dünən Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan erməni mətbuatına müsahibəsində bildirib ki, Ermənistan və Azərbaycan 2022-ci ilin sonuna qədər sülh müqaviləsi imzalamaq niyyətindədirlər. Qriqoryanın sözlərinə görə, ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Azərbaycan Prezidentinin köməkçisi-Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşdə sülh müqaviləsinin şərtləri, yəni ilin sonuna qədər müqavilənin imzalanması müzakirə olunub. Qriqoryan onu da qeyd edib ki, ilin sonunadək delimitasiya prosesinin aparılması barədə razılıq əldə olunub. Sülh müqaviləsi və delimitasiya bir-biri ilə əlaqəlidir.
“Qafqazinfo” Hikmət Hacıyevin sözügedən məsələ ilə bağlı müsahibəsini təqdim edir:
- 2022-ci il sentyabrın 27-də ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sallivanın təşəbbüsü ilə Vaşinqtonda keçirilmiş danışıqlara dair Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan tərəfindən verilmiş son açıqlama ilə bağlı nə deyə bilərsiniz?
- İlk öncə, bu danışıqların təşkil olunmasına görə bir daha ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sallivana təşəkkürümü bildirmək istərdim. Biz, həm də son dövrlərdə ABŞ rəsmilərinin müxtəlif səviyyələrdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində səylərini təqdir edirik.
Vurğulamaq istərdim ki, Vaşinqton danışıqları Brüssel formatında artıq müəyyən edilmiş razılaşdırılmış gündəliyə uyğun olaraq strukturlaşdırılmış formada aparıldı. Strukturlaşdırılmış formada danışıqlar aşağıdakı sahələri əhatə edir:
- Sülh müqaviləsi.
- Sərhədlərin delimitasiyası.
- Kommunikasiyaların açılması.
- İtkin düşmüş şəxslər və minalar problemi da daxil olmaqla, bütövlükdə humanitar məsələlər.
Vaşinqtonda və digər yerlərdə keçirilmiş danışıqlar məhz Brüssel sülh gündəliyinə töhfə vermək məqsədi daşıyırdı və burada yeni əlavə bir gündəlik yaradılmır.
Sülh müqaviləsi ilə bağlı Vaşinqtonda belə qərara alındı ki, danışıqlar konkret vaxt müddəti müəyyən edilməklə aparılsın. Bu xüsusda, xarici işləri nazirlərinin Cenevrədə keçirilmiş görüşündə Azərbaycan tərəfindən artıq sülh müqaviləsinin layihəsi Ermənistana təqdim edilmişdir.
Burada xüsusi olaraq vurğulamaq istərdim ki, bu, istənilən iki ölkə arasında münasibətlərin normallaşdırılması sazişində yer almış standart müddəalardır. Yəni suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması, daxili işlərə qarışmamaq və s.
Prezident İlham Əliyev tərəfindən vurğulandığı kimi, əgər Ermənistan tərəfindən siyasi iradə nümayiş etdirilərsə, bu ilin sonuna qədər sülh müqaviləsi imzalana bilər.
İki ölkə arasında sülh müqaviləsinin imzalanması təbii ki, regionun ümumi geo-siyasi abı-havasını tamamilə müsbət bir istiqamətə dəyişəcək.
Delimitasiya məsələsi ilə bağlı mövqeyimiz ondan ibarətdir ki, bu proses heç bir ön şərt qoyulmadan aparılmalıdır və komissiyaların işinin nəticələrinin əvvəlcədən müəyyən edilməsinə yönəlmiş yanaşma qəbuledilməzdir. Dünya ölkələrinin, o cümlədən Azərbaycanın özünün qonşu ölkələrlə apardığı müzakirələrin təcrübəsi göstərir ki, delimitasiya çox mürəkkəb bir prosesdir və özündə uzun zaman davam edən intensiv danışıqların aparılmasını ehtiva edir. Burada ən vacib məqam düzgün metodologiyanın müəyyən edilməsi və bu əsasda danışıqların aparılmasıdır.
Bilirsiniz, söhbət Azərbaycanla Ermənistan arasında delimitasiya olunmamış 1000 km-dən artıq sərhəddən gedir və bu sərhədin bir hissəsi 30 ilə qədər Ermənistan tərəfindən işğal altında saxlanılmışdır.
Danışıqlar zamanı Azərbaycan tərəfi həm də Qazax rayonunun hələ də işğal altında saxlanılan 7, Naxçıvanın isə 1 kəndi ilə bağlı məsələni də qaldırdı. Bundan əlavə, 10 noyabr üçtərəfli bəyanatına zidd olaraq, Ermənistan ordusunun qalıqları hələ də Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərindən tam olaraq çıxarılmamışdır.
Təəssüf ki, Ermənistan üçtərəfli bəyanatın müddəalarını pozaraq kommunikasiyaların açılması ilə bağlı da öz öhdəliklərini yerinə yetirmir. Bu günə qədər Azərbaycanın Şərqi Zəngəzur bölgəsindən Naxçıvana maneəsiz gediş-gəlişi təmin edilməsi məsələsi həll olunmamışdır. Bu məsələ də Azərbaycan tərəfindən danışıqlarda davamlı olaraq qaldırılır.
Humanitar istiqamətə gəldikdə isə, biz xüsusilə Ermənistanın birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 3900-a qədər soydaşımızın taleyinin müəyyən edilməsi üçün Azərbaycanla səmimi şəkildə əməkdaşlıq etməsini gözləyirik. Təəssüf ki, Ermənistan kütləvi məzarlıqların yeri barədə Azərbaycana məlumat verməkdən imtina edir.
- Armen Qriqoryan həm də “Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin müzakirə olunması üçün beynəlxalq mexanizmin yaradılması” məsələsinə toxunub. Bununla bağlı nə deyərdiniz?
- Cənab Prezidentin vurğuladığı kimi, Qarabağ münaqişəsi həll edilmişdir. Keçmiş münaqişənin kökündə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və onun ərazilərini işğal etməsi faktı dururdu. BMT Təhlükəsizlik Şurasının qətnamələri də bu işğala son qoyulmasını tələb edirdi. Nə Ermənistan TŞ qətnamələrini yerinə yetirdi, nə də vasitəçiliklə məşğul olanlar bu işin öhdəsindən gələ bildilər. Nəticədə Azərbaycan məcbur olub özü Ermənistanın hərbi işğalına son qoyaraq ərazilərini azad etdi.
Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin hüquq və təhlükəsizliyi məsələsi sırf Azərbaycanın daxili işidir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Azərbaycan istər Brüssel danışıqlarında, istərsə də Vaşinqtonda xüsusi olaraq vurğulayıb ki, Bakı ölkəmizin suveren hüquqlarına aid olan məsələləri heç bir üçüncü tərəflə müzakirə etməyəcəkdir.
Qarabağda yaşayan erməni sakinlərin hüquq və təhlükəsizliyi Azərbaycan Konstitusiyası, qanunları və ölkəmizin beynəlxalq öhdəliklərinə uyğun öz həllini tapacaq. Azərbaycan beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü olaraq, xoş niyyətinin göstəricisi və şəffalıq nümunəsi kimi öz vətəndaşları ilə apardığı dialoqa dair bir müddətdən sonra beynəlxalq tərəfdaşlara məlumat verə bilər.
Vaşinqtonda tərəfimizdən bildirildi ki, Azərbaycan öz beynəlxalq öhdəliklərinə uyğun olaraq mütəmadi olaraq BMT və digər təşkilatlara müxtəlif hesabatlar təqdim edir. Bu hesabatlarda Azərbaycan hökumətinin məsələn milli azlıqların hüquqlarının təmin edilməsi istiqamətində həyata keçirdiyi işlərə dair məlumatlar yer alır. Gələcəkdə həmin bu hesabatlara Qarabağda yaşayan erməni sakinlərinin hüquqlarının təmin edilməsi ilə bağlı görülən işlər də daxil ediləcək.
Yəni, burada Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin hüquq və təhlükəsizliyinin müzakirə olunması üçün hər hansı bir beynəlxalq mexanizmin yaradılmasından söhbət getmir və gedə bilməz. Suverenlik Azərbaycanın qırmızı xəttidir. Beynəlxalq tərəfdaşlar da Azərbaycanın bu haqlı mövqeyini anlayışla və hörmətlə qarşılayır.
Buna görə də son 30 ildə ilk dəfə olaraq siyasi leksikonuna suverenliyə və ərazi bütövlüyünə hörmət prinsiplərini daxil edən Ermənistanın Azərbaycanın suverenliyi ilə bağlı bu cür yanaşması bizim üçün tamamilə qəbuledilməzdir və Ermənistan rəsmilərini bu mövqedən çəkinməyə çağırırıq. Çünki bu, kövrək sülh prosesini zədələyə bilər.
Son olaraq qeyd etmək istərdim ki, danışıqların mahiyyətinin təhrif olunması, şəxsi mülahizələrdən çıxış edilməsi, müxtəlif manipulyasiyalara yol verilməsi, söz oyunları yolverilməzdir.
Xəbərin oxunma sayı : 691
Müsahibə
Xəbərlər
-
Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İDDİA
-
“TikTok” Avropa İttifaqında bloklana bilər – AK rəhbəri
-
Ali məktəblərdə magistratura ixtisaslarının illik ödənişi niyə yüksəkdir? - VİDEO
-
İranda onlarla həkim saxta spirtli içkidən zəhərlənib - FOTO
-
Bakının mərkəzində sürət yarışı - 10-a yaxın maşın əzildi (VİDEO)
-
Yataqxanalardakı mənzillərin satılması qanunidirmi? - VİDEO
-
Azərbaycan kürüsü 2000 dollara satılır - VİDEO
-
Təlim zamanı törədilən qəzalar: Günahkar kimdir? - VİDEO
-
Dünyada yeni virus yayılır - VİDEO
-
Hansı bıçaqların satışı qadağandır? - VİDEO
-
ADNA terrorundan 15 il ötür
-
Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO
-
“Mançester Yunayted” Arda Güləri istəyir - 50 milyonluq təklif
-
Azərbaycanla Çin arasında əməkdaşlıq müzakirə olunub - FOTOLAR
-
Toyuq ətinə tələbat kəskin artdı: bahalaşma olacaq?
-
Bakıda yeni tikilən bina çökə bilər - VİDEO
-
QHT-lər üçün ayrılan xarici pullar kəşfiyyat şəbəkələrinə xərclənir - Tiflis meri
-
“Azərbaycanda yeni iş yerləri açılacaq“ - Deputat açıqladı
-
Şotlandiyanın pakistanəsilli baş naziri istefa verdi - Səbəb
-
Mehriban Əliyevadan Ülviyyəyə təbrik - “Səninlə fəxr edirəm!”
-
“Bank of Baku”nun problemli kreditləri 19% artıb – Ən çox şikayət olunan bankdır
-
Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - TƏFƏRRÜAT
-
Xarabalığı xatırladan sağlamlıq mərkəzi: 10 min sakinin probleminə kim əncam çəkəcək?
-
Dövlət başçımızın Almaniya səfəri çox yüksək dəyərləndiririlməlidir
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Azərbaycan şahmatçısı Avropa çempionu oldu - Tarixə düşdü
-
Paşinyan Vladimir Putinin andiçmə mərasiminə getməyəcək - KİV
-
Ərdoğanın bu hərəkəti gündəm oldu - VİDEO
-
“Sadıkovun verdiyi 800 mini Məmmədova çatdırmışam” - Məhkəmədə qalmaqal
-
“Rusiya ordusu yeni hücuma hazırlaşır“ - Ukrayna Prezidenti
-
“Nar” hər kəsə sərfəli günlük internet paketlərini təqdim edir
-
Si Cinpin Avropaya səfər edəcək - Bu tarixdə
-
Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb - VİDEO
-
Hökməlidə təhlükəli vəziyyət: Dirəklər hər an aşa bilər - VİDEO
-
Qeyri-qanuni nikahlar hansı fəsadlara yol açır? - VİDEO
-
Abşeronda narkokuryerlərə qarşı əməliyyat keçirildi - FOTO/VİDEO
-
Hakan Fidanla Antoni Blinken arasında görüş olub - FOTO
-
NATO Baş katibi gözlənilmədən Kiyevə səfər edib - “Ukrayna aylarla silah-sursatsız qaldı“
-
“Araz” market qiymətini 1,99 manata endirdiyi məhsulu 2,99 manata satır? – FOTO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycan Cənubi Qafqazın təhlükəsizlik qarantıdır
-
Hamilə qadına səhvən Hepatit C diaqnuzu qoyuldu - Xəstəxana 20 min cərimələndi
-
Xarici sözlərin milli qarşılıqları niyə yaradılmır? - VİDEO
-
İsa Qəmbər də başqanlığa namizəd oldu - Daha iki namizəd var...
-
“Putinin Ukrayna planı iflasa uğrayıb“ - Blinken
-
Anar Məmmədli saxlanılıb, araşdırma aparılır - DİN
-
Urmiya gölü altı aya quruyacaq - FOTO
-
“Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır“ - TƏBİB
-
Mövlam Şıxəliyev prokurorluğa qarşı iddia qaldırıb - Keçmiş rəis maddi ziyan tələb edir
-
Prezident iki yeni nazir müavini təyin etdi - Sərəncamlar + DOSYELƏR
-
İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib - FOTOLAR
-
Azadlığa buraxılan tanınmış MMA idmançısı yenidən həbs edilib - Prokuror narazı qalıb
-
Xırdalanda gecə ilə ağacları kökündən çıxarıb izini itirdilər - FOTO/VİDEO
-
Qazaxda mina partlayışı olub - Xəsarət alan var
-
Prezidentin yeni təyin etdiyi icra başçısı kimdir? - DOSYE
-
Konsulun vəzifələri artırıldı - FƏRMAN
-
Torpaq mübadiləsinə qanun icazə verirmi? - Konstitusiya Məhkəməsindən açıqlama
-
“Siyasi məhbus deyiləm və siyasi fəaliyyətimə görə həbs olunmamışam“ - Nazim Bəydəmirli
-
Avropa İttifaqının əsas iqtisadi lokomotivi olan Almaniya Azərbaycanla əlaqələrə önəm verir
-
Prezident icra başçısını vəzifəsindən azad etdi - YENİ TƏYİNAT
-
Dörd ildən sonra eyni ünvanda oxşar cinayət törətdi - Zaqataladakı hadisənin TƏFƏRRÜATI
-
Ermənistanda delimitasiyaya qarşı olanlar İrəvan-Armavir yolunu bağlayıb - VİDEO
-
Lalə Ümid yeni kitabını təqdim etdi – FOTOLAR
-
Xarici ticarət dövriyyəsi niyə azalır? - ŞƏRH
-
Bu il Kəlbəcərdə yeni SES-lər istismara veriləcək - FOTO/VİDEO
-
Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb - FOTO
-
“Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib - VİDEO
-
Vətən müharibəsində itkin düşən altı hərbçiyə şəhid statusu verilib - FOTO/RƏSMİ
-
“Rusiya ordusu yaxın gələcəkdə ciddi problemlərlə üzləşə bilər“ - ABŞ institutu
-
“Nar”dan sərfəli smartfon təklifi
-
Prezident Çin rəsmisini qəbul etdi
-
I Qarabağ müharibəsi zamanı tanınmadan dəfn edilmiş 64 nəfərin şəxsiyyəti müəyyənləşib - RƏSMİ
-
Azərbaycanda həm kişilərin, həm də qadınların orta çəkisi 200 qram azalıb – Rəsmi
-
Suda qalmış avtomobilləri necə ayırd etmək olar? - ƏSAS ƏLAMƏTLƏR
-
Bloknotdan oxunan hazır cavablar: Ağ Evlə bağlı “çevriliş” iddiası
-
Nikol və Annanın pul sevdaları: Milyonluq şam yeməyi - TƏHLİL
-
“COP29-un keçirilməsi böyük məsuliyyətdir” - Elçin Əmirbəyov
-
Evlərin bahalaşması ipoteka krediti ilə mənzil almaq istəyənlərə çətinlik yaradır - VİDEO
-
Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOLAR
-
Almaniyanın iki ölkə arasında sülh müqaviləsinin imzalanmasında maraqlı olduğunu bir daha nümayiş etdirirdi
-
Məni bikinidə görsən, başqasına baxmazsan - Roza
-
Bunlar qlobal iqtisadiyyatı dağıdır – BVF rəhbəri
-
Sülh müqaviləsi və onun 5 prinsipinin təşəbbüskarı Azərbaycandır - İlham Əliyev
-
Daşınmaz əmlak kreditlərini ən çox hansı banklar verir? – Tam siyahı
-
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib: nələr müzakirə olunub?
-
Ordumuz təhvil verilən kəndlərə daxil olub? - İDDİA
-
Rektordan maraqlı təyinat - ”Mercedes-Benz“in keçmiş işçisini özünə müşavir götürüb
-
Azərbaycan İsrailə 18 ton dondurma satıb – 1 kiloqramı 7 manata
-
Vətənlə alver etmirik, sərt cavab veriləcək - Zaxarova
-
Dünya ən böyük fəlakətin şahidi olacaq – Abbas
-
Maaşlar yenidən artırıla bilərmi? - VİDEO
-
Bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Dünyada qızılcaya ən çox yoluxma Azərbaycanda qeydə alınıb – ÜST nümayəndəsi
-
“Rusiyanın Qafqazdakı maraqlarını pozmaq intihardır“ - Ermənistanın Aİ-dəki səfiri
-
Bakıda geomaqnit qasırğası olacaq - XƏBƏRDARLIQ
-
Pomidor üç manat, xiyar iki manat: Qiymətlər niyə əl yandırır?
-
Avro-2024: Azarkeşlər üçün yeni QADAĞA
-
Sədərək rayonunda sursat partladı - İki nəfər həlak oldu
-
Bakıda restoranda yanğın olub: Üç nəfər tüstüdən zəhərlənib
-
“Zelenskinin legitimliyi tezliklə şübhə altına düşəcək“ - Putinin sözçüsü
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO
-
DİM imtahan cavablarını açıqladı - Buradan yoxlaya bilərsiniz
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 38 nəfər ələ keçirildi - VİDEO
-
Okampo və daşnakların Berlindəki uğursuzluğu: Göyə sovrulan pullar - VİDEO
-
“Mançester Yunayted” Çempionlar Liqasında oynamayacaq - SƏBƏB
-
Bölgələrdə kartofun qiyməti ucuzlaşdı - VİDEO
-
Almaniya Rusiya pullarının müsadirəsini istəmir – Səbəb
-
“Generala belə edənlər, görün əsgərin başına nə oyun açırlar” – “Tərtər işi”
-
“Türkiyə ilə sərhəd məntəqəsi istismara hazır vəziyyətdədir“ - Ermənistan XİN
-
29-da Bakıda 30 dərəcə isti olacaq - Sabahın havası
-
Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb - FOTO
-
Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”
-
Gündəlik 10 manata sığmayan tələbə həyatı: Gənclər hansı güzəştləri gözləyirlər?
-
“Altı ayda Qəzzada 13 min uşaq ölüb” - BMT
-
Bakının bu küçələri də plana düşdü - Söküntü işləri aparılacaq + VİDEO
-
“Mask gözlənilmədən Çinə səfərə gedib“ - KİV
-
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib - VİDEO
-
Büdcədə artıqlıq yaranıb: Maaşlar artırıla bilər? - VİDEO
-
İctimai yerlərdə açıq-saçıq geyinmək: “Bizə çox şey deyirlər, amma ciddiyə almırıq”
-
Subayların arzusunda olduğu robot hazırlandı - VİDEO
TOP 10
ARXİV