|
Paşinyan yenə imtina etdi... - Bakı və İrəvan arasında sülh danışıqları dalana dirənib
“Ermənistan təhlükəli oyunlara qoşulub“ - Prezidentdən sərt xəbərdarlıq
Beynəlxalq Bankın 1,3 milyonluq tenderini olmayan şirkət necə udub? – Təfərrüat
Türkiyənin HERİKKS HHM sistemləri Azərbaycanda - Kəlbəcərdə quraşdırılıb
Hərbi güc təhlükəsizliyin əsas qarantıdır - Prezidentin mesajlarının pərdəarxası
Üçtərəfli Bəyannamənin ilk səkkiz bəndini kim pozub? - VİDEO
Şirkət rəhbəri 20 məmurla əlbir olub pulları mənimsədi - Korrupsiyaya bulaşmış rəsmilər kimlərdir? + ADLAR
Deputatın istirahət mərkəzi əl dəyişir... - Təhvil-təslim işlərinə hazırlıq gedir
Azərbaycan Ermənistanın silahlanmasına necə reaksiya verməlidir? - ARAŞDIRMA
Qlobal qarşıdurma kəskinləşir - Azərbaycan nə etməlidir?
ABŞ ordusunun əsgərləri Zəngəzura yerləşir - Nə baş verir? + VİDEO
Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi - “Bu, növbəti müharibəyə hazırlıqdır...“
Ankara uyğurlara diqqəti artırıb – Çin türk kəndlərinin adlarını dəyişdirir
“Üçüncü dünya müharibəsi riski artıb“ – “Qara dəniz üzərində ABŞ və Rusiya toqquşa bilər...”
“Fahişələr özlərini psixoloq kimi təqdim edirlər” - Elmir Əkbər
Tarix 12.01.23, 10:41 |
|
Biz həmişə insanlarımızın psixoloqlara az müraciət etməsi haqqında danışmışıq. Həmişə gileylənmişik ki, xalqımızın insanları psixoloqa, psixiatra, psixoterapevtə müraciət etməyi özünə sığışdırmır, hətta buna pis baxırlar. Son vaxtlar vəziyyət nisbətən qənaətbəxşdir. Artıq həmvətənlərimiz həyat keyfiyyətini yaxşılaşdırmaq üçün psixoloqlara üz tuturlar. Bu barədə maarifləndirici yazılara, araşdırmalara, televiziya verilişlərinə də rast gəlinir. Bu vəziyyətdə isə tamamilə başqa problemlər ortaya çıxır. Bu gün özünü “psixoloq” adlandıran şəxslər yağışdan sonra göbələk kimi çoxalıb. Altı aylıq kurs bitirənlər psixoloq kimi fəaliyyət göstərirlər. Dünənə qədər başqa sahədə çalışanlar qəfildən televiziya verilişlərində psixoloq kimi təqdim olunurlar. Sosial şəbəkələrdəki vəziyyət isə tamamilə nəzarətdən kənardır. Belə olan surətdə biz öz ruh halımızı kimə etibar etməliyik? Necə etməliyik ki, aldanmayaq, şəxsi mənafelərin qurbanı olmayaq, qaş düzəltmək istədiyimiz yerdə gözümüzü də itirməyək? Əgər həqiqətən artıq el məsəlinə çevrilmiş o ifadədə deyildiyi kimi, psixoloqların da psixoloqa ehtiyacı varsa, necə? Haradan bilək ki, hansı praktik psixoloq hansı diploma, hansı savada, hansı təcrübəyə, hansı vicdana malikdir? Hətta səriştəsinə və təhsilinə şübhə etmədiklərimizin bizi öz maraqlarına uyğun manipulyasiya edib, asılılıq yaratmaq təhlükəsi belə istisna deyilsə?
Psixoloq, psixoterapevt, psixiatr, nevroloq, nevropatoloq-bunların hansına hansı halda müraciət etməliyik? Sosial psixoloqla klinik psixoloq, psixiatrla psixoterapevt arasında hansı fərqlər var?
Kulis.az psixoterapevt Elmir Əkbərlə müsahibəni təqdim edir.
-Doktor, sizi xoş gördük!
- Salam, sizin və xalqımızın keçmiş də olsa yeni ilini təbrik edirəm. İlimiz uğurlu olsun!
- Doktor, ölkəmizdə psixoloqların hazırkı səviyyəsi sizi qane edirmi? İnsanlarımız necə etsin ki, psixoloq seçimində yanılmasın?
- Birincisi, psixoloq bu sahədə konkret təhsili olan peşəkar mütəxəssis deməkdir. Yəni, istər psixoterapevt adlanmaq üçün, istər psixoloq adlanmaq üçün, istər psixiatr adlanmaq üçün bu sahə üzrə həmin şəxsin diplomu olmalıdır. Bu, birinci şərtdir. Özü də bu diplomu ona hansısa uydurma bir qurum yox, dünya üzrə tanınmış və özünü təsdiqləmiş bir ali təhsil müəssisəsi verməlidir ki, bu insan ixtisasca psixoloqdur, psixiatrdır və ya psixoterapevtdir.
Bilirsiniz, biz bu gün bilmirik, özünü psixoloq adlandıran təhsilsiz dələduzlarla mübarizə aparaq, yoxsa təhsili başqa sahədə olan, amma nədənsə psixoloq kimi fəaliyyət göstərən dələduzlarla.
Baxın, bu gün mən özümü ona görə psixoterapevt adlandırıram ki, məndə ali təhsil müəssisəsinin diplomu var və orda yazılıb ki, mənə həkim psixoterapevt ixtisası verilib. Həmçinin mənə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin vəsiqəsi verilib ki, bu sahə ilə məşğul olmağa haqqım olsun.
Ancaq əldəqayırma psixoloqlar, psixiatrlar, hətta bəzən bəzi dırnaqarası nevropatoloqlar özlərini rahatlıqla psixoterapevt adlandırırlar.
İkinci vacib məsələ odur ki, hələ təhsilli olmaq, savadlı olmaq demək deyil. Savadlı mütəxəssisi təhsilli, amma savadsız, səriştəsiz insandan fərqləndirən bir sıra xüsusiyyətlər var.
-Doktor, tutaq ki, psixoloq həm müvafiq təhsil alıb, həm də savadlıdır. Bəs onun öz travmaları varsa, necə? Psixoloqlar işlə təmin olunarkən psixoloji testdən keçirlərmi?
- Bir insan praktik psixoloq, praktik klinik psixoloq və ya praktik psixoterapevt kimi fəaliyyət göstərirsə, onun bütün peşə fəaliyyəti “supervisor” (xüsusi nəzarətçi - S. Ə.) tərəfindən tənzimlənməlidir. Daha aydın desək, mütəxəssis özü həftədə bir dəfə seans keçməlidir. Öz supervayzeri ilə. Məsələn, mən özüm iki təhsil almışam, bunlardan biri Vyana-Avstriya psixoterapiya məktəbidir, biri də Bexterev məktəbi. Bunların hər birindən mənim hər metodika üzrə ayrı supervayzerim var. Hansı ki, onlara müraciət edirəm, onlar mənim həm şəxsən özümlə məşğul olur, həm də işimi nəzarətdə saxlayırlar. Beynəlxalq lisenziyalar bunu tələb edir.
Çox heyf ki, Azərbaycanda bu ənənə yoxdur. Yəni, bu şəxslərin öz həyatı daim nəzarətdə olmadır ki, şəxsi həyatlarında baş verən problemlər analiz etdiyi, konsultasiya etdiyi adamlara təsir göstərməsin. Əks halda o baş verir ki, həmin “yarımfabrikat” psixoloqlar öz ailəsində olan problemlərini ona müraciət etmiş insanların başlarında çatladırlar. Onların üzərində öz problemlərini sınaqdan keçirərək özlərini realizə edirlər, özlərini müalicə edirlər. Nəticədə çox bərbad, acınacaqlı vəziyyət ortaya çıxır.
Hələ mən demirəm ki, ən qədim sənətlərdən olan fahişələr bu gün özünü psixoloq kimi təqdim edirlər. Azərbaycan Psixologiya Liqası olaraq bundan çox narahatıq. Bu, Azərbaycan psixoloqlarının adına böyük ləkə gətirir. Qeyd etdiyim o qədim üzdəniraq peşənin sahibləri özlərini sosial şəbəkələrdə asanlıqla psixoloq kimi qələmə verir və təəssüflər olsun ki, bəzi vicdansız televiziya verilişləri də pul müqabilində onları efirə çıxarırlar. Nəticədə də insanlar elə bilir ki, elə psixoloq belə olmalıdır. Heç kim fikirləşmir ki, necə oldu, bu adam birdən-birə psixoloqa çevrildi? İnsanların laqeydliyi də buna şərait yaradır. Necə ki, insanlar qonşusunun oğlunun narkomaniya qurbanı olduğunu görür, amma səsini çıxarmır, eləcə də belə fırıldaqçıları görməzdən gəlirlər. Halbuki dövlət nəzarəti ilə yanaşı, ictimai qınaq da olmalıdır. İnsanlarımız bu tip dələduzları sosial şəbəkələrdə ifşa etməlidirlər. Vicdan, qeyrət insanları vadar etməlidir ki, cəmiyyət olaraq onları ifşa etsinlər ki, bu adam psixoloq deyil, ay camaat, dünənə kimi bu şəxs, başqa işlə məşğul idi.
- Elmir bəy, klinik psixoloq ona müraciət edən xəstəyə resept yaza bilərmi?
- Baxın, nəinki klinik psixoloq, ümumiyyətlə həkim olmayan heç bir kəs müalicə, resept yaza bilməz. Bu, qızıl qaydadır. Yazırsa, o da bir fırıldaqçıdır, canidir, resept yazmaqla cinayət törədir. İnsanın əhvali-ruhiyyəsinə, psixi aparatına, ruhuna təsir göstərən dərmanları ancaq həkim psixoterapevt və ya həkim psixiatr təyin edə bilər.
Ümumiyyətlə, psixoloji problemlər iki qrupa bölünür. Biri sırf sosial psixoloji problemlərdir ki, bura ailə-məişət zəminində baş verən problemlər, konfliktlər, davalar, valideyn-övlad, ər-arvad problemləri və sair daxildir. Bunlarla psixoloqlar məşğul ola bilərlər. Amma əgər məhz tibbə bağlı diaqnozlarla işlənilirsə - söhbət depressiya, panik atak, təşviş-həyəcan pozuqluğu, obsessiv kompulsiv pozuntu, müxtəlif davranış pozuntuları, asılılıqlar, narkomaniya, qumarbazlıq və sairdən gedir. Bunlar artıq sırf tibbi problemlərdir. Və bunun diaqnozunu ilk növbədə həkim psixoterapevt qoymalıdır. Lazım gəlsə, müəyyən yüngülvari müalicə yazmalıdır, ondan sonra onun seanslarını ya özü aparmalı, ya da klinik tibbi psixoloqa həvalə etməlidir. Yenə də diaqnozu klinik psixoloq qoya bilməz, həkim psixoterapevt qoya bilər. Uzaqbaşı psixoterapevt tapmayanda diaqnozu həkim psixiatr qoya bilər. Həkim psixiatr isə yalnız dərman müalicəsi apara bilər, seans apara bilməz, bunun üçün xəstə klinik psixoloqa yönləndirilməlidir. Çünki onun buna səlahiyyəti çatmır, uyğun təhsili yoxdur.
- Deməli, həm seans terapiyasını, həm də dərman müalicəsini paralel şəkildə yalnız psixoterapevtlər apara bilər?
- Bəli, həkim psixoterapevtin həm psixiatrın işini, həm də klinik psixoloqun işini görməyə haqqı çatır. Çünki onun təhsili daha genişdir. Məsələn, biz müalicə işi fakültəsini oxuyuruq. Azərbaycanda yeganə tibbi təhsil Azərbaycan Dövlət Tibb Universitetinin verdiyi altı illik təhsildir. Bundan sonra isə biz keçirik psixiatriya üzrə internatura və ya rezidentura və yaxud ordinatura (hər ölkədə adı bir cür səslənir) mərhələsinə. Ondan sonra isə ayrıca ikinci bir internaturanı və ya rezidenturanı keçirik, ondan sonra isə üçüncü bir mərhələ keçərək psixoterapiyanın konkret bir istiqaməti üzrə ixtisaslaşırıq. Yəni, həkim terapevt ən azı, üç təhsil almalıdır. Məsələn, mən əlavə olaraq klinik tibbi psixologiya üzrə də təhsil almışam. Bu elə də vacib deyil, olmaya da bilər, psixoterapevt adlanmaq üçün. Oxucularımız bilməlidirlər ki, Azərbaycanda psixoterapevt peşəsinə yiyələn həqiqi mütəxəssislər sayca çox azdır, barmaqla sayılacaq qədər az.
Bu gün dırnaq lakı ilə də psixoterapiya edən adamlar peyda olub. Yəni, bilirsiniz, özünə hörmət edən, şəxsiyyəti, ləyaqəti, şərəfi olan bir insan nəyə görə başqa adı oğurlamalıdır? Savadı, özünü təsdiq etmiş bir stomatoloq niyə özünü ginekoloq adlandırsın axı? Əgər bunu edirsə, deməli, dələduzdur, tərbiyəsizdir. Mənim guya xəstəliklər haqqında anlayışım yoxdur? Hansısa bir ürək xəstəliyi, böyrək xəstəliyi olan adama ümumi bir resept yaza bilmərəm? Təbii ki, yaza bilərəm. Amma mən bunu eləmərəm, çünki özümə də, qanunlara da hörmətlə yanaşıram. Hər bir həkim ona müraciət edən insanın yerində öz doğmasını təsəvvür etməlidir.
- Bəzən belə hallar da olur, dərman müalicəsi lazım olan xəstələrə uzun-uzadı seanslar keçilir, və ya əksinə, seansla keçəcək problemi olan xəstəyə çoxlu ağır dərmanlar yazırlar. Belə çıxır ki, heç kəs “əlinə düşən” pasiyenti buraxmaq istəmir?
- Bəli, həkim karuselinə salırlar adamı. Tutaq ki, adamın panik atakı var, həyəcan və təşvişi var, amma onu müxtəlif analizlərə, MRT-yə, KT-yə göndərirlər. Əzizlərim, psixoloji problemi olan adama bunların heç biri lazım deyil. Bu problemi olan insanlara heç nevroloqlar, nevropatoloqlar da diaqnoz qoya bilməz. Çünki, nevroloqlar C kateqoriyasından olan kodlaşdırılmış xəstəliklərlə işləyə bilərlər. Sadaladığımız xəstəliklər isə F kateqoriyasına aiddir. Yəni, sırf psixoloji problemdir, nevroloji problem deyil.
- Doktor, uşaqlıq travmalarını hansısa üsulla şüuraltından silmək mümkümdürmü?
- Ümumiyyətlə, bu gün baş tutan çox böyük dələduzluqlardan biri də odur ki, “YouTube”də türk dilində müxtəlif videolar yerləşdirirlər, şüuraltının təmizlənməsi barədə. İnsanlar da oraya gedib ətək-ətək pul tökürlər. Nəticədə isə heç nə əldə etmirlər. Çünki insan şüuraltısıyla işləmək ancaq psixoanalitik məktəblərə aiddir. Orda da şüuraltını silmək nəzərdə tutulmur, bu, çox uzun, böyük bir prosesdir. Burda insan uşaqlıqdan bəri yaşadığı travmaları yenidən yaşayır, onlarla üzləşir, onları dərk edir, anlayır və necə deyərlər “həzm edir”.
- Elmir bəy, siz daha çox hansı müalicə üsuluna üstünlük verirsiniz, seanslara, yoxsa dərman müalicəsinə?
- Ümumiyyətlə, mən bir həkim psixoterapevt olaraq daha çox dərmansız müalicəyə üstünlük verirəm. Mən yalnız zəruri hallarda dərmandan istifadə edirəm. Həmişə xəstələrə izah edirəm ki, dərman yaranmış fəsadı aradan qaldırır, səbəbləri isə psixoterapiya seansları aradan qaldırır. Və hər zaman çalışıram ki, mümkün qədər az, yüngül, problemsiz dərman yazım.
- Doktor, bu qədər iş - gücün arasında vaxt edib suallarımızı cavablandırdığınız üçün həm öz adımdan, həm oxucularımız adından sizə təşəkkürümü bildirirəm.
-Mən təşəkkür edirəm.
Xəbərin oxunma sayı : 532
Müsahibə
Xəbərlər
-
“İstirahət edə bilmərəm“ - Ancelina Coli
-
Sabiq komanda yoldaşı Messinin baş məşqçisi oldu - 2 illki müqavilə bağladı
-
PA-nın dekabr ayına olan vətəndaş qəbulu açıqlandı - CƏDVƏL
-
Ticarət obyektləri bağlandı - 200-dən çox insan İŞSİZ QALDI
-
Sabah Bakının bu ərazisində qaz olmayacaq - Xəbərdarlıq
-
Qanunsuz yolla dərman vasitələrini Azərbaycana keçirmək istədilər - FOTO
-
Rufonun əmri ilə azərbaycanlı avtoritet vəhşicəsinə döyüldü - Vəziyyəti ağırdı
-
Sabahın havası bu insanlar üçün əlverişli olmayacaq - XƏBƏRDARLIQ
-
“Grand Motors“ məhkəmə qarşısında - Külli miqdarda cərimə oluna bilər
-
Bu cihazlarda “Whatsapp“ işləməyəcək - SİYAHI
-
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir?
-
Qar yağacaq, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
-
Xaricdən alınan diş fırçası ölkədə 6 dəfə baha satılır - Rəqəmlər
-
Deputat kəndçilərə xəstə heyvan verildiyini dedi - Nazir etiraz etdi
-
Azərbaycan - İran birgə təlimlərinin pərdəarxası – “Bakının iki hədəfi var...”
-
“Temu” vətəndaşları belə aldadır - Ekspert dövlət agentliyinə irad bildirdi
-
“4400 məktəbdən 1500-nün bağlanması planlaşdırılır” - Deputatdan açıqlama
-
Metrodan istifadə edənlərin nəzərinə! - Qrafik dəyişir
-
Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları birgə təlimdə - FOTO
-
“Bələdiyyə seçkilərində namizədlərin sayının çox olması...“ - Məzahir Pənahov
-
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir
-
“Ayıbdır, bu nə müavinətdir verilir?“ - Deputatdan veteran təqaüdlərinə etiraz
-
Bəzi seçki dairələrinin hüdudlarına dəyişiklik edildi - Siyahı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycan və İranın birgə hərbi təlimi başa çatıb - FOTOLAR
-
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
-
Bakı Ağır Cinayətlər Məhkəməsinin yeni hakimləri - FOTO
-
Milli Məclis gələn ilin dövlət büdcəsini qəbul edib - Gəlir və xərclər təsdiqlənib
-
“NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır“ - FTX direktoru
-
Qadın ərindən gizlin qonşu ilə intim əlaqədə oldu: “Necə kişisən ki...“ - Şok təfərrüat
-
“Politico“ nəşri dezinformasiya yaymaqda davam edir“ - Hikmət Hacıyev
-
18 yaşlı qız evdən qaçdı, Bakıda qanlı cinayət törətdi
-
“Bundan sonra da hər zaman can Azərbaycanın yanında olacağıq“ - Yaşar Gülər
-
Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - Siyahı
-
Etibarnamə ilə avtomobil idarə edənlərin NƏZƏRİNƏ
-
Yüksək Texnologiyalar Parkının adının dəyişdirildi - SƏRƏNCAM
-
Zurabişvilinin səlahiyyət müddəti bitir - Yeni prezident bu tarixdə seçiləcək
-
Aqil Ələsgər 8 ölkənin mediasına COP29 barədə danışdı - FOTOLAR
-
Bakı Dairəvi yolunda sıxlıq azalacaq - Fotolar
-
Nazir rəisi işdən çıxardı - Polkovnik-leytenanta vəzifə verdi
-
Milyonlarla pulu ölkəyə qaytarmayanlar saxlanılıb - ADLAR
-
Yunanıstan Ermənistana “S-300” göndərəcək - KİV
-
Türkiyə polisindən İŞİD-ə qarşı əməliyyat - 54 şübhəli saxlanıldı
-
Bakıya leysan, dağlıq ərazilərə qar yağacaq - Sabahın havası
-
“MDB məkanında sabitliyin pozulması yolverilməzdir“ - Putin
-
Qız qaçıran şəxs maşın baqajında ölü tapıldı - Yevlaxda dəhşətli cinayət
-
Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik Tok”da xərcləyib - MƏHKƏMƏ
-
Sabiq rəis Mehman Haşımov həbs edilib - Rüşvətə görə
-
Milli Məclisin iclası başladı: Dövlət büdcəsinin müzakirəsi davam edir
-
ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - FOTOFAKT
-
Qaz limitində dəyişiklik olacaq? - Açıqlama
-
UEFA Çempionlar Liqası: V tura bu gün start veriləcək
-
Bu məhsulun qiyməti 6 manat bahalaşdı - SƏBƏB
-
Əhaliyə şad xəbər - Pulsuz tibbi xidmətlərin sayı artırılır
-
Kərə yağları ilə bağlı ŞOK: Dəhşətli FAKTLAR
-
Mingəçevir su anbarında zəlzələ olub - 3.1 bal gücündə
-
Bəzi bölgələrə yağış yağır - FAKTİKİ HAVA
-
İsti qidalar xərçəngə səbəb olur - Diqqətli olun!
-
35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
-
“Black Friday“ endirimləri realdır? - VİDEO
-
Ərdoğanın NATO lideri ilə qapalı görüşü - Nə danışdılar?
-
Azərbaycanda ətlə bağlı mühüm QƏRAR VERİLDİ
-
İnstaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
Ronaldo “Fənərbaxça“ya keçir, ya yox? - Mourinyo danışdı
-
Sosial şəbəkələrdə açıq-aydın qumar oyanılır - DİN hərəkətə keçdi
-
Taksi qiymətlərində yenidən dəyişiklik - VİDEO
-
“Akkuyu” AES Türkiyənin enerji ehtiyacının 10%-ni ödəyəcək - Türkiyə Prezidenti
-
Prezident Donald Trampa zəng etdi -Nələr müzakirə olunub?
-
DTX 70 kiloqram qızılla tutulan hərbi attaşeni həbs edib - Məhkəmə qərar verdi
-
“Kök pişiyə oxşayırsan“... - Aptek müdiri işçini niyə döyüb?
-
Türk ordusundan İraqın şimalında əməliyyat - PKK-nın 10 terrorçusu zərərsizləşdirildi
-
Aynur Qurbanlıya yüksək vəzifə verildi - Direktor təyin olunub
-
Xalası oğluna ərə verilən 11 yaşlı qızla bağlı yeni DETALLAR
-
145 saylı məktəbdən NARAZILIQ: İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
-
“Azərbaycan Atabəyləri“ filmindən yeni görüntülər yayımlanıb - VİDEO
-
Naxçıvana ən çox bu ölkələrdən pul göndərilib - Siyahı
-
“İsrail Livanda atəşkəs razılaşmasını təsdiqlədi”
-
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi
-
“Sərhədlərin açılması barədə əhalimizlə açıq danışmalıyıq” - Deputat
-
Nazir və komitə sədrlərinin qəbul günləri açıqladı - CƏDVƏL
-
Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək - 182 min manat ayrıldı
-
Sabah bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Vilayət Eyvazov Balakəndə vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağını öpdürdü - VİDEO
-
Hərbi ekspert Ədalət Verdiyev həbs edildi - Baş Prokurorluq məlumat yaydı
-
Deputat əmisi qızını işdən çıxarıb - Yerinə öz xanımını təyin edib
-
Qaşqay türklərinə qarşı davam edən diskriminasiya - İranın pozulan Əsas Qanunu
-
Ayan Afaqla yaşadığı qalmaqaldan danışdı - VİDEO
-
Müdafiə Nazirliyinin sabiq xidmət rəisinə 10 il yarım iş verildi - 2 milyonluq əmlakı alındı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycanda 2 min manatdan yüksək maaş alanlar kimlərdir? - SİYAHI
-
Türk iş adamı Bakıda 13 il həbs cəzası ala bilər - 8,8 milyonluq qalmaqal
-
Bakıda iş adamı yazdığı mesaja görə qadın işçisini döyüb - Video
-
Xırdalanda 4 ay əvvəl qazon əkilən parkda yenidən qazon əkiləcək - TENDER
-
Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO
-
“Netanyahu edam edilməlidir” - Xamenei
-
Bakının restoran biznesində ən çox gəlir gətirən rayonları - SİYAHI
-
Azərbaycanda yeni bələdiyyələr yaradıldı - Siyahı
-
“Trampın dövründə transgenderlər ordudan qovula bilər” - “Tayms”
-
Bu dərmanların istifadəsi ölümə səbəb olur - XƏBƏRDARLIQ
-
12 yaşlı qızın dəhşətli hekayəsi: Əlil şəxsə məcburi ərə verildi, körpəsi bətnində öldü
-
Azərbaycanın Avropanın qaz təminatındakı rolu nədir? - Müqayisəli siyahı
-
Gələn il inflyasiya bu qədər olacaq - Taleh Kazımovdan açıqlama
-
“Putin Ukrayna ilə bağlı sülh prosesinə hazır olduğunu dəfələrlə təsdiqləyib“ - Peskov
-
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində diqqətçəkən media reklamı: 1.8 milyon necə və kimlərə ayrılıb?
-
Parkinqdə avtomobilin nömrəsini çıxaranlar cərimələnə bilərmi? - CAVABLAR
-
Azərbaycan və İran xüsusi təyinatlılarının “Araz - 2024“ birgə təlimi keçirilir - FOTOLAR
-
MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan etdi - Şərtlər
-
Ölkədən gizli şəkildə 17 milyonluq metal çıxarıblar - Prokurorluq detalları açıqladı
-
Bakıda hansı ərazilər söküləcək? - Komitə sədrindən açıqlama
-
ANAMA-dan 60 min manatlıq Yeni il şənliyi üçün şərt: Spirtli içkilər sertifikatlı olmalıdır
-
Hava ilə bağlı xəbərdarlıq - Leysan, sel, qar...
-
Badımcanı Gürcüstana 34 qəpiyə, Ərəbistana 24 manata satırıq - QİYMƏTLƏR
-
“Arda bizim güvəndiyimiz futbolçudur” - Ançelotti
-
Milli Məclisin plenar iclası başlayıb - Gündəlikdə 12 məsələ var
-
Gürcüstanda prezident seçkiləri keçiriləcək - Bu il
-
Dünyanın heyran qaldığı, Türkiyə turizminin inciləri - FOTOLAR
-
Ağdaşda qardaşlar arasında mülk davası qanla bitdi - Biri öldü, biri saxlanıldı
-
“Belə pul qazanmaq əxlaqsızlıqdır“ - Turizm şirkətlərinin qanunsuz qazanc yeri
-
Əli Əsədov qərar imzalayıb - Meşələrə vurulan ziyanla bağlı
TOP 10
ARXİV