|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
"Türkiyə və Azərbaycan vahid komanda kimi hərəkət edir" - İlham Əliyev
Tarix 03.09.22, 15:35 |
|
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Çernobbio şəhərində İtaliyanın “İl Sole 24 Ore” qəzetinin müxbiri Roberto Boncorniyə müsahibə verib.
AZƏRTAC müsahibəni təqdim edib:
Roberto Boncorni: Sabahınız xeyir, cənab Prezident. Bizi qəbul etdiyinizə görə sağ olun. Son görüşümüzdən sonra bir çox dəyişikliklər baş verib və biz regionda dinamikanı anlamağa çalışırıq.
Prezident İlham Əliyev:
- Bizim regionda vəziyyət sülhə doğru inkişaf edir, mən buna ümid edirəm. Mən İtaliyaya Brüsseldən gəldim. Orada mənim, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri arasında üçtərəfli görüşümüz oldu. Biz razılığa gəldik ki, bir ay müddətində Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh sazişi ilə bağlı praktiki danışıqlara başlamaq məqsədilə görüşəcəklər. Bu, bizim İkinci Qarabağ müharibəsinin bitməsindən demək olar ki, dərhal sonra irəli sürdüyümüz təklif idi. Biz bildirdik ki, bizim sülhə, sülh sazişinə ehtiyacımız var. Bununla razılaşmaq üçün Ermənistana təqribən iki il lazım oldu. Zənnimcə, bu, görüşün ən mühüm nəticələrindən idi. Əlbəttə, bu sülh danışıqlarının gedişatından çox şey asılı olacaq. Zaman çərçivəsi və məzmun nədən ibarət olacaq. Hesab edirəm ki, biz bir neçə ay ərzində sülh sazişini yekunlaşdırıb imzalaya bilərik. Ermənistan tərəfi eyni iradə nümayiş etdirsə, zənnimcə, bu, realdır. Biz sülh sazişinin üzərində qurulmalı olduğu beş baza prinsipini irəli sürdük və Ermənistan bunu qəbul edib.
- Yəni, bu, iki ölkəni və bütün regionu birləşdirən infrastrukturun yaradılması istiqamətində çox vacib addım ola bilər.
- Tamamilə haqlısınız. Azərbaycan, Ermənistan və digər qonşularımızı birləşdirən infrastrukturun yaradılması məsələsi müharibənin bitməsindən sonra imzalanmış üçtərəfli Bəyanatda öz əksini tapıb. Azərbaycan azad olunmuş ərazilərdə artıq irimiqyaslı infrastruktur layihələrinin icrasına başlayıb. Biz birinci beynəlxalq hava limanını istifadəyə vermişik. İkinci beynəlxalq hava limanının uçuş-enmə zolağı artıq fəaliyyət göstərir və tezliklə hava limanının açılışı olacaqdır. Biz elektrik stansiyaları tikmişik və elektrik xətləri çəkmişik. Avtomobil yolları, tunellər, körpülər və dəmir yolları inşa edirik. Bütün işlər gedir və biz bu işləri yalnız qonşular ilə bağlılığı təmin etmək və daxili istifadə üçün görmürük. Bu səylər, həmçinin Ermənistan vasitəsilə Azərbaycanı özünün Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizinin icrasına yönəldilib.
- İcazə verin, qaz məsələsinə keçək. Çünki bu, vacib məsələdir. Avropa Rusiyanın təbii ehtiyatlarından asılılığına son qoymağa çalışır. Siz qeyd etdiniz ki, iyul ayında Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen ilə görüşdünüz və Azərbaycandan Avropaya nəql edilən qazın həcminin iki dəfə artırılması, sərmayə qoyuluşu ilə bağlı anlaşma memorandumu imzaladınız. Burada söhbət 2027-ci ilədək ixracın 10 milyarddan 20 milyard kubmetrə çatdırılmasından gedir. Cənab Prezident, bu, mühüm addımdır. Lakin bu, Rusiyanın Avropaya ixracı ilə müqayisədə kiçik həcmdir. Çünki 2021-ci ildə Rusiya Avropaya 155 milyard kubmetr qaz nəql edib. Sizin rəhbərliyinizlə Azərbaycan həcmi artırmaq baxımından Avropanın digər hissələrinə qaz nəql etmək məqsədilə hər hansı əlavə layihələri nəzərdən keçirirmi? Buna böyük ehtiyac var.
- Bəli, mən bunu anlayıram. Biz hazırda sərmayə qoyuluşu baxımından yeni imkanlar və planları nəzərdən keçiririk. Ancaq sizin istinad etdiyiniz vəziyyət olduqca yenidir. Heç kəs buna hazır deyildi. Bizim bütün enerji layihələrimiz, o cümlədən təbii qazın nəqli ilə bağlı olan layihələrimiz mövcud həcmlərə əsaslanıb. Biz Azərbaycandan qaz alan Avropa şirkətləri ilə müqavilələri uzun illər əvvəl imzalamışıq. Daha sonra biz boru kəmərlərinə sərmayə qoyduq. Biz Avropaya yalnız bir il yarım əvvəl qaz nəql etməyə başladıq. 2021-ci ilin ilk günündə biz İtaliyaya qaz nəql etməyə başladıq. Beləliklə, bizim nəzərdə tutduğumuz planlar tam şəkildə həyata keçirilib.
Xanım Ursula Fon der Lyayen ilə istinad etdiyiniz görüşə gəldikdə isə, biz hasilatı qısa zamanda artırmaq məsələsini müzakirə etdik. Avropaya ixracı iki dəfə artırmaq böyük işdir. Bu, xırda məsələ deyil. Buraya sərmayə yatırılmalı, texniki imkanlar genişləndirilməlidir. Çünki hazırda Avropaya qaz nəql edən boru kəmərimiz TAP-ın ötürmə qabiliyyəti 10 milyard kubmetrdir. Yəni, biz onu 20 milyard kubmetrə çatdırmalıyıq. Bu isə maliyyə vəsaiti və səhmdarlar arasında razılıq tələb edir və bu, bir prosesdir.
Bizim ehtiyatlarımıza gəldikdə, mən konfransda bu haqda danışdım. Təsdiq edilmiş ehtiyatlarımızın həcmi ən azı 2,6 trilyon kubmetr qaz təşkil edir. Potensial olaraq biz Avropaya 20 milyard kubmetrdən artıq da qaz ixrac edə bilərik. Lakın biz anlamalıyıq ki, Avropa bizim üçün yeganə bazar deyil. Biz Türkiyəni İtaliya ilə eyni həcmdə qazla təchiz edirik. İxrac 10 milyard kubmetr təşkil edir və Türkiyə bazarının tələbatı da artmaqdadır. Bazar o qədər böyük olmasa da, biz Gürcüstanı da qazla təchiz edirik. Bizim bu il ümumi ixracımız 22-23 milyard kubmetr təşkil edəcək. Ancaq hasilatı artırmaq üçün yataqlara böyük sərmayə qoyulmalı və texniki imkanlar genişləndirilməlidir. Söhbət təkcə TAP-dan getmir. Biz TANAP-ı genişləndirməliyik. Biz TANAP-ı 16 milyard kubmetrdən 32 milyard kubmetrə qədər genişləndirməliyik. Bəli, bunun üçün bizə yeni kəmər tikmək lazım olmayacaq. Bizə yalnız kompressor stansiyalarının istifadəyə verilməsi lazım olacaq. Bu isə sərmayə gözləyir.
Bir mühüm məqamı da qeyd etməliyəm ki, biz nə əvvəllər, nə də indi öz qarşımıza Avropa bazarında Rusiya qazı ilə rəqabətə girmək kimi hədəf qoymamışıq. Bizim öz yerimiz var. Biz Avropanın üç ölkəsi ilə, yəni, İtaliya, Yunanıstan və Bolqarıstanla müqavilələr imzalamışıq. Avropanın digər ölkələrinin də tələbatı var və biz həmin tələbatı qiymətləndiririk. Sizin də qeyd etdiyiniz kimi, digər layihələr də var. Məsələn, Balkan dövlətlərinə qədər uzanan İon-Adriatik kəməri, tezliklə istifadəyə veriləcək Yunanıstan-Bolqarıstan interkonnektoru və digər interkonnektorlar. Ancaq bütün bunlar masanın üzərində bir pazlı xatırladır. Bizim potensial istehlakçılarla fəal dialoq aparmağımız, sərmayədarlarla, maraqlı tərəflərlə həm istehsalat, həm də distribütor işlərində, həmçinin qiymətlə bağlı danışıqlar aparmaq kimi qarşımızda görüləsi çox iş dayanır.
- Cənab Prezident, icazə verin, Sizə uzunmüddətli perspektivlə bağlı sual verim. Ölkənizin potensialı çox genişdir və o, mühüm strateji mövqeyə malikdir. Məsələn, 30 illik mübahisədən sonra, 2021-ci ildə Siz Türkmənistanla Xəzər dənizində “Dostluq” qaz yatağının işlənməsi ilə bağlı müqavilə imzalamısınız. Siz, məsələn, Transxəzər kəmərinin tikintisini nəzərdən keçirirsinizmi? Çünki bununla siz Qazaxıstanın və Türkmənistanın qaz yataqlarını birləşdirərək təkcə Avropa deyil, bütün region üçün misilsiz bir qaz qovşağına çevrilə bilərsiniz.
- Bəli, siz haqlısınız. Mən Azərbaycanın Türkmənistanla “Dostluq” yatağının birgə işlənilməsi qərarını tarixi qərar kimi dəyərləndirirəm. Çünki biz hər iki ölkənin milli maraqlarına, qardaşlıq münasibətlərimizə əsaslanaraq bu qərarı vermişik. İndi bizim qarşımızda bu yatağın işlənilməsinə başlanması kimi hədəf dayanır. Bu, qaz deyil, əsasən neft yatağıdır.
Transxəzər layihəsi ilə bağlı sualınıza gəldikdə isə, bu layihə uzun illərdir ki, müzakirə olunur. Bu məsələnin 15 ildir müzakirə olunduğunu xatırlayıram. Amma praktiki nöqteyi-nəzərdən heç bir addım atılmayıb. Biz Cənub Qaz Dəhlizinin tikintisi ilə bağlı təşəbbüs irəli sürdükdə aparıcı rolu öz üzərimizə götürdük, biz komanda yaratdıq, xarici dövlətlərlə, istehlakçılarla, şirkətlərlə danışıqlar apardıq. Biz, həmçinin əsas investor idik. Bakıdan Ceyhana qədər kəmərin tikintisi zamanı da belə oldu. Onu demək istəyirəm ki, bu layihənin təşəbbüskarı tranzit ölkələr deyil, resursların sahibləridir. Tranzit ölkələr yalnız dəstək verə, ərazi təmin edə və ya ortaq sərmayədar, yaxud tranzit haqlarını qəbul edənlər ola bilərlər. Başqa sözlə desək, Transxəzər kəməri Azərbaycanın layihəsi deyil. Bizim neft və qaz layihələrimizə gəldikdə isə onların hamısı icra olunmuşdur. Biz indi elektrik enerjisinin Avropaya ixraci ilə bağlı layihəni icra edirik. Ancaq Transxəzər layihəsi isə Türkmənistanın resurslarına əsaslanır. Ona görə də əgər Türkmənistan hökuməti Transxəzər kəmərini tikmək qərarına gələrsə, bu, onların qərarı olacaq. Əgər onlar belə bir qərar verərlərsə, əlbəttə ki, biz onları dəstəkləyəcəyik. Ancaq burada biz təşəbbüskar olmayacağıq.
- Azərbaycan kiçik, lakin müasir dövlətdir və üç güclü regional dövlətin - Sizin güclü müttəfiqiniz olan Türkiyə, Rusiya və İranın əhatəsində yerləşir. Həmişə balansı qoruyub saxlamağa müvəffəq olmusunuz. Lakin son altı ayda vəziyyət köklü şəkildə dəyişib və Siz qazla bağlı Avropaya daha da yaxınlaşırsınız. Siz Rusiya tərəfindən hərbi deyil, kommersiya və diplomatik sahələrdə hər hansı təzyiqlə üzləşirsinizmi?
- Xeyr, qətiyyən yox. Bunun səbəbi odur ki, bizim regiondakı münasibətlərimiz çox yaxşı balanslaşdırılmışdır, onların öz dinamikası var. Bizim hər bir qonşu ilə xüsusi ikitərəfli əməkdaşlıq gündəliyimiz var və bu gündəlik bütün qonşularla fərqlidir. Biz hər bir qonşumuzla ədalətli və səmimi davranırıq, heç vaxt vədimizi pozmuruq. Əgər nəyisə deyiriksə, qonşularımız əmin olurlar ki, biz onu edəcəyik. Bizim sözümüzün imzamız qədər qüvvəsi var. Ona görə də bu çətin vəziyyətdə biz nə Rusiyadan, nə də İrandan mövqeyimizlə bağlı hər hansı mesaj almamışıq. Bizim mövqeyimiz çox sadədir. Biz hər bir dövlətin ərazi bütövlüyünü daim dəstəkləyirik və bu, fundamental mövqedir. Bəli, bu, bizim öz problemimizə əsaslanırdı. Çünki bizim ərazi bütövlüyümüz pozulmuşdu və biz indi ərazi bütövlüyümüzü bərpa etdikdən sonra da bu mövqedəyik. Çünki ölkənin ərazi bütövlüyü zor tətbiq edilərək pozula bilməz, bu, beynəlxalq hüququn pozulmasıdır. Bu mövqe kiminsə xoşuna gələ bilər, kiminsə yox, ancaq onlar bunu nəzərə almalıdırlar. Qısa olaraq demək istəyirəm ki, bizim regional inkişafla bağlı narahatçılıq yaradan heç bir məqamımız yoxdur.
Siz Türkiyənin bizim müttəfiqimiz olduğunu dediniz. Türkiyə qlobal səviyyədə güclü dövlətdir və əlbəttə ki, bizim keçən il Türkiyə ilə imzaladığımız müttəfiqlik haqqında Bəyannamə regional sabitlik üçün çox əhəmiyyətli amildir. Türkiyənin Azərbaycana həm siyasi, həm də mənəvi dəstək göstərdiyi İkinci Qarabağ müharibəsi bitəndən sonra bizim münasibətlərimiz daha da gücləndi. Beləliklə, bu, çox mühüm amildir. Türkiyə və Azərbaycan regionda bir çox məsələlərlə bağlı demək olar ki, vahid komanda kimi hərəkət edir. Bu da hamı tərəfindən nəzərə alınmalıdır.
- Gəlin, mövzumuzu iqtisadiyyata yönəldək. Düşünürəm ki, bu gün Azərbaycan enerjidən çox gəlir əldə edir. Ancaq Siz qeyd etmisiniz ki, iqtisadiyyatın şaxələndirilməsi ölkəniz üçün başlıca prioritetdir. Bu proses necə gedir? Belə görünür ki, bu proses Sizin təsəvvür etdiyiniz kimi getmir?
- Gəlirlərlə bağlı onu demək istəyirəm ki, belə bir ümumi fikir var: yüksək neft qiymətləri ixracatçılara həddindən artıq əlavə sərvət gətirir. Bəli, bu, doğrudur. Bizim gəlirlərimiz artıb. Ancaq, eyni zamanda, biz kapital bazarlarında pul itirmişik, çünki bizim Dövlət Neft Fondunun sərvətləri müxtəlif alətlərdədir. Kapital bazarı çöküb. Ona görə də biz digər suveren fondlar kimi pul itirmişik, ancaq elə də çox pul itirməmişik. Bəzi suveren fondlar 100 milyard dollardan çox vəsait itiriblər. Biz 2-3 milyard dollar itirmişik.
Şaxələndirməyə gəldikdə isə, əlbəttə ki, ixracımızı şaxələndirməyimizdən asılı olmayaraq, bizim qeyri-neft və qeyri-qaz ixracımız neft və qaz ixracına uyğun gəlməyəcək. Çünki neft və qaz ixracı artır. Məsələn, keçən il biz İtaliyaya 9,6 milyard kubmetr, bu ilin 7 ayında isə 11 milyard kubmetr təbii qaz ixrac etmişik. Qazın qiyməti düşdü. Beləliklə, şaxələndirmə bizim üçün ümumi daxili məhsulda öz əksini tapan statistika deyil, o, xalqımız üçün iş yerləri təmin etmək və yaxşı həyat şəraiti yaratmaq deməkdir. Məsələn, bu ilin altı ayındakı ümumi daxili məhsulumuza baxsanız, nə görəcəksiniz? Ümumi daxili məhsul 6,2, qeyri-enerji sektorunda isə demək olar ki, 10 faiz, qeyri-enerji ilə bağlı sənayedə isə 11 faizdən çox artıb, qeyri-enerji ixracı 25 faiz artıb. Beləliklə, bu, göstərir ki, artım göz qabağındadır, ancaq bu, kifayət deyil. Buna görə də bizim daha çox islahatlara, qeyri-enerji sektorunda daha çox sərmayəyə və bunu üçün də, əlbəttə ki, biznes mühitinə ehtiyacımız var. Əlbəttə ki, o sahədə irəliləyişlər var. Lakin bütün bu bürokratik maneələri və keçmiş sovet dövrünün psixoloji mirasını aradan qaldırmaq üçün hələ də çox iş görməliyik.
- Əlbəttə, Siz azad olunmuş əraziləri yenidən qurmalısınız. Azad olunmuş ərazilərdə işlərin şaxələndirilməsində İtaliya şirkətlərinin ölkənizə kömək etməsi üçün yeni müqavilələr imzalana bilərmi?
- İtaliya şirkətləri işğaldan azad olunan ərazilərdə aktiv fəaliyyət göstərirlər. İtaliya şirkətlərinin gördüyü işlər miqyasına görə Türkiyə şirkətlərindən sonra ikinci yerdədir. Türkiyə şirkətlərinin birinci yerdə olması təbiidir. Çünki Türkiyə bizim müttəfiqimiz, yaxın dostumuz və qonşumuzdur. Onların məşhur tikinti şirkətləri var. İkinci yerdə isə İtaliya şirkətləridir. Mən sizə misal göstərə bilərəm. Məsələn, bizim Memorial və Zəfər muzeylərimiz təkcə Bakıda deyil, işğaldan azad olunmuş şəhərlərdə də İtaliya şirkətləri tərəfindən dizayn olunub və tikiləcək. İtaliya şirkətləri işğaldan azad olunmuş dörd rayonda - Ağdam, Füzuli, Qubadlı və Kəlbəcərdə elektrik stansiyalarını avadanlıqlarla təchiz edib.
- Yaşıl enerjidən bəhs edirsiniz?
- Bu, hidroenerjidir. Şirkətin adı “Ansaldo”dur. Daha bir İtaliya şirkəti bizim xahişimizlə Şuşada yeni məscidin layihəsini dizayn edib və onu icra edəcək. Beləliklə, bu, bizim münasibətlərimizin nə dərəcədə yaxın olduğunu göstərir. Çünki Şuşa hər bir azərbaycanlı üçün müqəddəs məkandır. Şuşada tikiləcək yeni məscidin layihəsi İtaliya şirkətinə həvalə olunub. Bu, o deməkdir ki, bizim aramızda çox yüksək dərəcədə etimad var və bu addımı atmışıq. Bizim böyük planlarımız da var. Məsələn, bərpaolunan - külək, günəş və su elektrik stansiyalarının qurulmasında daha çox İtaliya şirkətini dəvət etmək üçün böyük planlarımız var. Dünən Baş nazirlə görüşüm zamanı biz İtaliya şirkətlərinin Azərbaycan tərəfindən maliyyələşdirilən və Azərbaycanda İtaliya şirkətlərinin icra etdiyi müqavilələrin dəyərini nəzərdən keçirdik. Həmin müqavilələrin dəyəri on milyard dollardan çoxdur. Beləliklə, İtaliya Azərbaycanda yaxşı təmsil olunub. Lakin əminəm ki, işğaldan azad olunan bölgələrdə Türkiyədən sonra öz ikinciliyini bütün yenidənqurma prosesi zamanı qoruyub saxlayacaq.
- Dünən Sercio Mattarella ilə çox yaxşı görüşünüz oldu. Bu, ilk görüşünüz deyildi. Çoxşaxəli strateji tərəfdaşlıqla bağlı nə deyə bilərsiniz?
- Tərəfdaşlığımız uğurla həyata keçirilir. Bizim ikitərəfli gündəliyimiz getdikcə genişlənir. Təbii ki, bunun əsas hissəsini enerji və ticarət təşkil edir. Lakin bunlar yeganə mövzular deyil. Dünən səfirliyimizin yeni binasında biz İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə bağlı sənədlərin mübadiləsinə həsr edilmiş gözəl mərasimin şahidi olduq. Bunlar ADA Universiteti və İtaliyanın beş universiteti - Luiss Universiteti, Turin Politexnik Universiteti, Milan Politexnik Universiteti, Bolonya Universiteti və Romanın Sapienza Universitetidir. Gözəl məkanda yerləşən universitet binası inşa edilməkdədir və 2024-cü ilin sonunadək hazır olacaq.
Biz Avropa İttifaqı-Azərbaycan tərəfdaşlığı çərçivəsində fəal əməkdaşlıq edirik. İtaliya hər zaman Azərbaycanın Avropa İttifaqı ilə yaxınlaşmasını güclü şəkildə dəstəkləyib. İtaliya hər zaman bizim NATO ilə daha sıx əməkdaşlıq qurmaq səylərimizi dəstəkləyib. Əlbəttə, bu gün Bakını İtaliya sahilləri ilə birləşdirən 3500 kilometrlik enerji körpüsü enerji təhlükəsizliyi körpüsüdür. Bu, təkcə İtaliyaya şamil edilmir. Əminəm ki, İtaliya Azərbaycanın karbohidrogen resurslarını Avropanın digər yerlərinə ötürəcək ölkə olacaqdır.
Beləliklə, burada enerji seqmenti, iqtisadiyyat və ticarətin inkişafı mövzuları var. İtaliya bizim əsas ticarət tərəfdaşımızdır. Bundan başqa, təhsil, mədəniyyət və bir sıra digər sahələr var. Yəni, strateji tərəfdaşlıqla bağlı bəyanat fəaliyyətdədir.
- Sonuncu qısa sual. Rusiya ilə bağlı bütün çətinliklərin fonunda yeni İpək Yolunun Xəzər üzərindən keçməsi və zəruri infrastruktur olduğu halda ölkəniz kommersiya mərkəzinə çevrilə bilər. Bu haqda nə vaxtsa düşünə bilərdiniz?
- Bəli, siz haqlısınız. Biz bunun üzərində illər öncə çalışmağa başlamışıq. Biz Xəzər dənizində ən böyük ticarət limanı inşa etmişik. Bu gün o tam gücü ilə çalışır və biz artıq onu genişləndirməliyik. O, 25 milyon ton yük və 1 milyon konteyner qəbul etmək imkanına malik olmalıdır. Biz Bakıda gəmiqayırma zavodu inşa etmişik. Biz Xəzər dənizinin şərq sahillərindən neft və digər yük daşıyan hər növ gəmilər inşa edə bilirik. Biz dəmir və avtomobil yolları tikmişik. Çin və Mərkəzi Asiya ölkələrindən Azərbaycan vasitəsilə ixrac artmaqdadır və zənnimcə, artım 20 faiz səviyyəsindədir.
Bütün bu işlər Rusiya-Ukrayna müharibəsindən əvvəl görülüb. Rusiya-Ukrayna müharibəsi Xəzərin şərq sahilindəki şirkətlər üçün bir siqnal oldu ki, bu marşrut daha da yaxından nəzərdən keçirilməlidir. Biz isə yaxşı tariflər təklif edir və bütün zəruri logistika dəstəyi təmin edirik. Yəni, açıq dənizə çıxışı olmayan ölkə olaraq Azərbaycan bu gün regional nəqliyyat mərkəzinə çevrilir - təkcə Şərqdən Cənuba və geriyə deyil, həmçinin Şimaldan Cənuba. Cənub-Şimal nəqliyyat dəhlizi Azərbaycandan keçir və başqa marşrut variantı yoxdur. Həmin dəhliz, məsələn, Rusiya şirkətləri üçün əhəmiyyətli olur, çünki bu gün sanksiyalar səbəbindən onlar Avropa məntəqələrinə yük daşıya bilmir. Yəni, Azərbaycandan keçərək İrana və Fars körfəzi sahillərinə gedən marşrut Rusiya şirkətləri üçün ən cəlbedici olur. Bunu Fars körfəzindən Azərbaycan vasitəsilə Rusiyaya uzanan marşrut haqqında da demək olar.
Biz iki dəhliz üzərində yerləşirik – Cənub-Şimal və Şərq-Qərb. Əlbəttə, bu, Azərbaycanın geosiyasi əhəmiyyətini artırır və yeni iş yerlərinin yaradılmasına imkan verir. Biz Cənub-Şimal nəqliyyat dəhlizinin Şərq-Qərb dəhlizi qədər vacib olacağı qənaətindəyik. Bizim üçün onlar bərabər dərəcədə əhəmiyyətlidir. Çünki hər iki dəhliz bizim ərazimizdən keçir.
- Cənab Prezident, nəzakətinizə və ölkənizlə bağlı məlumat verdiyinizə görə Sizə təşəkkür edir, uğurlar diləyirəm.
- Sağ olun.
Xəbərin oxunma sayı : 796
Müsahibə
Xəbərlər
-
Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO
-
“Mançester Yunayted” Arda Güləri istəyir - 50 milyonluq təklif
-
Azərbaycanla Çin arasında əməkdaşlıq müzakirə olunub - FOTOLAR
-
Toyuq ətinə tələbat kəskin artdı: bahalaşma olacaq?
-
Bakıda yeni tikilən bina çökə bilər - VİDEO
-
QHT-lər üçün ayrılan xarici pullar kəşfiyyat şəbəkələrinə xərclənir - Tiflis meri
-
“Azərbaycanda yeni iş yerləri açılacaq“ - Deputat açıqladı
-
Şotlandiyanın pakistanəsilli baş naziri istefa verdi - Səbəb
-
Mehriban Əliyevadan Ülviyyəyə təbrik - “Səninlə fəxr edirəm!”
-
“Bank of Baku”nun problemli kreditləri 19% artıb – Ən çox şikayət olunan bankdır
-
Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - TƏFƏRRÜAT
-
Xarabalığı xatırladan sağlamlıq mərkəzi: 10 min sakinin probleminə kim əncam çəkəcək?
-
Dövlət başçımızın Almaniya səfəri çox yüksək dəyərləndiririlməlidir
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Azərbaycan şahmatçısı Avropa çempionu oldu - Tarixə düşdü
-
Paşinyan Vladimir Putinin andiçmə mərasiminə getməyəcək - KİV
-
Ərdoğanın bu hərəkəti gündəm oldu - VİDEO
-
“Sadıkovun verdiyi 800 mini Məmmədova çatdırmışam” - Məhkəmədə qalmaqal
-
“Rusiya ordusu yeni hücuma hazırlaşır“ - Ukrayna Prezidenti
-
“Nar” hər kəsə sərfəli günlük internet paketlərini təqdim edir
-
Si Cinpin Avropaya səfər edəcək - Bu tarixdə
-
Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb - VİDEO
-
Hökməlidə təhlükəli vəziyyət: Dirəklər hər an aşa bilər - VİDEO
-
Qeyri-qanuni nikahlar hansı fəsadlara yol açır? - VİDEO
-
Abşeronda narkokuryerlərə qarşı əməliyyat keçirildi - FOTO/VİDEO
-
Hakan Fidanla Antoni Blinken arasında görüş olub - FOTO
-
NATO Baş katibi gözlənilmədən Kiyevə səfər edib - “Ukrayna aylarla silah-sursatsız qaldı“
-
“Araz” market qiymətini 1,99 manata endirdiyi məhsulu 2,99 manata satır? – FOTO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycan Cənubi Qafqazın təhlükəsizlik qarantıdır
-
Hamilə qadına səhvən Hepatit C diaqnuzu qoyuldu - Xəstəxana 20 min cərimələndi
-
Xarici sözlərin milli qarşılıqları niyə yaradılmır? - VİDEO
-
İsa Qəmbər də başqanlığa namizəd oldu - Daha iki namizəd var...
-
“Putinin Ukrayna planı iflasa uğrayıb“ - Blinken
-
Anar Məmmədli saxlanılıb, araşdırma aparılır - DİN
-
Urmiya gölü altı aya quruyacaq - FOTO
-
“Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır“ - TƏBİB
-
Mövlam Şıxəliyev prokurorluğa qarşı iddia qaldırıb - Keçmiş rəis maddi ziyan tələb edir
-
Prezident iki yeni nazir müavini təyin etdi - Sərəncamlar + DOSYELƏR
-
İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib - FOTOLAR
-
Azadlığa buraxılan tanınmış MMA idmançısı yenidən həbs edilib - Prokuror narazı qalıb
-
Xırdalanda gecə ilə ağacları kökündən çıxarıb izini itirdilər - FOTO/VİDEO
-
Qazaxda mina partlayışı olub - Xəsarət alan var
-
Prezidentin yeni təyin etdiyi icra başçısı kimdir? - DOSYE
-
Konsulun vəzifələri artırıldı - FƏRMAN
-
Torpaq mübadiləsinə qanun icazə verirmi? - Konstitusiya Məhkəməsindən açıqlama
-
“Siyasi məhbus deyiləm və siyasi fəaliyyətimə görə həbs olunmamışam“ - Nazim Bəydəmirli
-
Avropa İttifaqının əsas iqtisadi lokomotivi olan Almaniya Azərbaycanla əlaqələrə önəm verir
-
Prezident icra başçısını vəzifəsindən azad etdi - YENİ TƏYİNAT
-
Dörd ildən sonra eyni ünvanda oxşar cinayət törətdi - Zaqataladakı hadisənin TƏFƏRRÜATI
-
Ermənistanda delimitasiyaya qarşı olanlar İrəvan-Armavir yolunu bağlayıb - VİDEO
-
Lalə Ümid yeni kitabını təqdim etdi – FOTOLAR
-
Xarici ticarət dövriyyəsi niyə azalır? - ŞƏRH
-
Bu il Kəlbəcərdə yeni SES-lər istismara veriləcək - FOTO/VİDEO
-
Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb - FOTO
-
“Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib - VİDEO
-
Vətən müharibəsində itkin düşən altı hərbçiyə şəhid statusu verilib - FOTO/RƏSMİ
-
“Rusiya ordusu yaxın gələcəkdə ciddi problemlərlə üzləşə bilər“ - ABŞ institutu
-
“Nar”dan sərfəli smartfon təklifi
-
Prezident Çin rəsmisini qəbul etdi
-
I Qarabağ müharibəsi zamanı tanınmadan dəfn edilmiş 64 nəfərin şəxsiyyəti müəyyənləşib - RƏSMİ
-
Azərbaycanda həm kişilərin, həm də qadınların orta çəkisi 200 qram azalıb – Rəsmi
-
Suda qalmış avtomobilləri necə ayırd etmək olar? - ƏSAS ƏLAMƏTLƏR
-
Bloknotdan oxunan hazır cavablar: Ağ Evlə bağlı “çevriliş” iddiası
-
Nikol və Annanın pul sevdaları: Milyonluq şam yeməyi - TƏHLİL
-
“COP29-un keçirilməsi böyük məsuliyyətdir” - Elçin Əmirbəyov
-
Evlərin bahalaşması ipoteka krediti ilə mənzil almaq istəyənlərə çətinlik yaradır - VİDEO
-
Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOLAR
-
Almaniyanın iki ölkə arasında sülh müqaviləsinin imzalanmasında maraqlı olduğunu bir daha nümayiş etdirirdi
-
Məni bikinidə görsən, başqasına baxmazsan - Roza
-
Bunlar qlobal iqtisadiyyatı dağıdır – BVF rəhbəri
-
Sülh müqaviləsi və onun 5 prinsipinin təşəbbüskarı Azərbaycandır - İlham Əliyev
-
Daşınmaz əmlak kreditlərini ən çox hansı banklar verir? – Tam siyahı
-
Entoni Blinken Prezident İlham Əliyevə zəng edib: nələr müzakirə olunub?
-
Ordumuz təhvil verilən kəndlərə daxil olub? - İDDİA
-
Rektordan maraqlı təyinat - ”Mercedes-Benz“in keçmiş işçisini özünə müşavir götürüb
-
Azərbaycan İsrailə 18 ton dondurma satıb – 1 kiloqramı 7 manata
-
Vətənlə alver etmirik, sərt cavab veriləcək - Zaxarova
-
Dünya ən böyük fəlakətin şahidi olacaq – Abbas
-
Maaşlar yenidən artırıla bilərmi? - VİDEO
-
Bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Dünyada qızılcaya ən çox yoluxma Azərbaycanda qeydə alınıb – ÜST nümayəndəsi
-
“Rusiyanın Qafqazdakı maraqlarını pozmaq intihardır“ - Ermənistanın Aİ-dəki səfiri
-
Bakıda geomaqnit qasırğası olacaq - XƏBƏRDARLIQ
-
Pomidor üç manat, xiyar iki manat: Qiymətlər niyə əl yandırır?
-
Avro-2024: Azarkeşlər üçün yeni QADAĞA
-
Sədərək rayonunda sursat partladı - İki nəfər həlak oldu
-
Bakıda restoranda yanğın olub: Üç nəfər tüstüdən zəhərlənib
-
“Zelenskinin legitimliyi tezliklə şübhə altına düşəcək“ - Putinin sözçüsü
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO
-
DİM imtahan cavablarını açıqladı - Buradan yoxlaya bilərsiniz
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 38 nəfər ələ keçirildi - VİDEO
-
Okampo və daşnakların Berlindəki uğursuzluğu: Göyə sovrulan pullar - VİDEO
-
“Mançester Yunayted” Çempionlar Liqasında oynamayacaq - SƏBƏB
-
Bölgələrdə kartofun qiyməti ucuzlaşdı - VİDEO
-
Almaniya Rusiya pullarının müsadirəsini istəmir – Səbəb
-
“Generala belə edənlər, görün əsgərin başına nə oyun açırlar” – “Tərtər işi”
-
“Türkiyə ilə sərhəd məntəqəsi istismara hazır vəziyyətdədir“ - Ermənistan XİN
-
29-da Bakıda 30 dərəcə isti olacaq - Sabahın havası
-
Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb - FOTO
-
Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram”
-
Gündəlik 10 manata sığmayan tələbə həyatı: Gənclər hansı güzəştləri gözləyirlər?
-
“Altı ayda Qəzzada 13 min uşaq ölüb” - BMT
-
Bakının bu küçələri də plana düşdü - Söküntü işləri aparılacaq + VİDEO
-
“Mask gözlənilmədən Çinə səfərə gedib“ - KİV
-
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib - VİDEO
-
Büdcədə artıqlıq yaranıb: Maaşlar artırıla bilər? - VİDEO
-
İctimai yerlərdə açıq-saçıq geyinmək: “Bizə çox şey deyirlər, amma ciddiyə almırıq”
-
Subayların arzusunda olduğu robot hazırlandı - VİDEO
-
Tibb bacısının özünə vurduğu iynədən sonra komaya düşməsi ilə bağlı TƏFƏRRÜAT - VİDEO
-
“Ferrari” “Lamborghini”yə qarşı: Krossoverlərin yarışında hansı qalib gəldi? - VİDEO
-
Səhiyyə naziri işğaldan azad edilmiş ərazilərdə tikiləcək tibb müəssisələri barədə danışıb - VİDEO
-
Ağdamda tank əleyhinə mina partladı: Xəsarət alan var
-
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
-
“Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram“ - Xuraman Şuşalı
-
“Nə baş verdiyini bu gün desəm...“ - Salah Kloppla niyə mübahisə edib?
-
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
-
Məhkumlar yaşa görə əmək pensiyası alırlar? - RƏSMİ CAVAB
-
Niyə toy üzüyü sağ ələ taxılır? - MARAQLI SƏBƏB
-
TƏBİB rəsmisi həkimlərin maaşından danışdı - VİDEO
TOP 10
ARXİV