“Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

“Pentaqon işçilərini yalan detektoru ilə yoxlayır” - “Bloomberg”

Tarix 23.03.25, 14:31

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Müdafiə Nazirliyi İlon Maskın Pentaqona səfəri ilə bağlı məlumatların sızmasının mənbəyini müəyyən etmək üçün yalan detektorundan istifadə də daxil olmaqla daxili araşdırmaya başlayıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat yayıb.
Bildirilib ki, ölkənin müdafiə naziri Pit Heqsetin aparat rəisi Co Kasper milli təhlükəsizlik məlumatlarının “icazəsiz açıqlanması” ilə bağlı araşdırma aparılmasına göstəriş verib.
Xatırladaq ki, İlon Mask xərclərin azaldılması və yenilikləri müzakirə etmək üçün martın 21-də Pentaqona səfər edib. Səfərindən bir müddət əvvəl “The New York Times” hərbçilərin Maska mümkün ABŞ-Çin müharibəsi ilə bağlı planları ilə bağlı “tam məxfi brifinq” verməyi planlaşdırdığını bildirib. Bu məlumatı “The Wall Street Journal” mənbələri də təsdiqləyib. Hərbçilərin Maska məlumat verib-vermədiyi bəlli deyil.
Pentaqon rəsmiləri mediada “tam məxfi” brifinqlə bağlı xəbərləri yalan adlandırıb. ABŞ Prezidenti Donald Tramp nəşrləri “gülünc” adlandırıb. Martın 21-də jurnalistlərə açıqlama verən Tramp etiraf edib ki, “Tesla”ya rəhbərlik edən İlon Maskın maraq toqquşması ola bilər və ona heç vaxt bu cür məlumatlara çıxış imkanı verməyəcək.



Xəbərin oxunma sayı : 430




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap