“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

“Türk Hava Yolları“nın Azərbaycandakı nümayəndəliyi məhkəməyə verildi - Qalmaqal

Tarix 15.12.25, 19:18

Font ölçüsü : - / +
bitmap-img6


THY Anonim Ortaklığı Ana Sözləşməsi” Şirkətinin Azərbaycandakı “Türk Hava Yolları" Nümayəndəliyi məhkəməlik olub.

AzFakt.com Teleqraf-a istunadla xəbər verir ki, şirkəti sözügedən qurumun əməkdaşı məhkəməyə verib.

Belə ki, iddiaçı gecə vaxtı işlədiyi müddət üçün ödənilməyən 161300 manat məbləğində əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədə xahiş edib.

O, iddia tələblərini onunla əsaslandırıb ki, 2011-ci ildə THY-nin Bakı nümayəndəliyinə satış təmsilçisi vəzifəsinə işə qəbul olunub və 12 il qeyd edilən vəzifədə işləyib.

İddiaçı bildirib ki, onunla işəgötürən arasında bağlanmış əmək müqaviləsinin 4.18-ci maddəsinə əsasən işçi gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyir. Həmin müqavilənin 4.19 və 4.20-cimaddələrinə əsasən iş vaxtı 09:00 başlanır, saat 18:00 qurtarır. Nahar vaxtı saat 13:00-dan saat 14:00-dəkdir. İddiaçı qeyd edir ki, əmək müqaviləsində qanuna uyğun olaraq iş vaxtı müəyyənləşsə də, işlədiyi müəssisənin rəhbərinin təzyiqi ilə onun əməyi istismar edilib, onu iş vaxtından artıq, gecə saatlarında məcburi işə çıxardıb.

“Hər dəfə etiraz etdikdə gecə işlədiyim üçün əmək haqqı verəcəklərini, razı olmadığım halda isə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarmaqla hədələdilər. Başqa gəlir yerim olmadığı üçün məcbur qalıb işlədim. Artıq iddia etirazlarını görüb, baş ofisə çağıraraq təzyiq altında ərizə yazdırıb işdən azad etdilər” – iddiaçı bildirib.

Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsi və vəkilinin, şahidin və ekspertin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Qərara əsasən, THY-nin Bakı nümayəndəliyi keçmiş işçisinə 5691,22 manat ödəməlidir.

Qeyd edək ki, THY-nin Bakı nümayəndəliyinin rəhbəri Hamid Eldeleklioğludur.



Xəbərin oxunma sayı : 226




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap