“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Vahid Axundov vəfat etdi - Prezident və birinci xanım nekroloq imzaladı

Tarix 15.12.25, 14:05

Font ölçüsü : - / +
bitmap-img6


Prezident İlham Əliyev sabiq dövlət müşaviri Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıb.

AzFakt.com-un məlumatına görə, mətndə deyilir:

"Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış ictimai xadim, iqtisad elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimi və Əməkdar dövlət qulluqçusu Vahid Cümşüd oğlu Axundov 2025-ci il dekabrın 14-də ömrünün 84-cü ilində vəfat etmişdir.

Vahid Axundov 1942-ci il fevralın 2-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1959¬–1964-cü illərdə Azərbaycan Neft və Kimya İnstitutunda mühəndis-iqtisadçı ixtisası üzrə ali təhsil almışdır.

Vahid Axundov 1969-cu ildə iqtisad elmləri namizədi və 1981-ci ildə iqtisad elmləri doktoru alimlik dərəcələrini, 1986-cı ildə professor elmi adını almışdır.

Əmək fəaliyyətinə 1959-cu ildən başlayan Vahid Axundov 1964-cü ilədək Bakı dəri-qalantereya fabrikində və Bakı avtomobil ehtiyatı hissələri zavodunda müxtəlif işlərdə çalışmışdır. O, 1965–1966-cı illərdə Azərbaycan Respublikası Dövlət Plan Komitəsində iqtisadçı, 1966–1970-ci illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda böyük və baş iqtisadçı, 1970–1987-ci illərdə Azərbaycan Respublikası Dövlət Plan Komitəsinin Elmi Tədqiqat İqtisadiyyat və Planlaşdırma İnstitutunda şöbə müdiri, elmi işlər üzrə direktor müavini və direktor, 1987–1991-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunda elmi işlər üzrə prorektor vəzifələrini tutmuşdur.

Vahid Axundov 1991–1993-cü illərdə Azərbaycan Respublikası Prezidentinin müşaviri və Azərbaycan Respublikasının iqtisadi siyasət üzrə Dövlət müşaviri, 1993-cü ilin may–noyabr aylarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin İqtisadi siyasət və beynəlxalq əməkdaşlıq mərkəzinin direktoru – Baş nazirin baş iqtisadi müşaviri olmuşdur. O, 1993-cü ildən 2017-ci ilədək Azərbaycan Respublikasının İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri vəzifəsini icra etmişdir.

Vahid Axundov uzun illər Azərbaycanın milli maraqlarının qorunması naminə bilik və bacarığını əsirgəməyərək, peşəkarlığı və təşəbbüskarlığı sayəsində ölkədə iqtisadi islahatların uğurla aparılmasında, iqtisadiyyatın bütün sahələrinin dinamikliyinin təmin olunmasına yönəlmiş dövlət proqramları və konsepsiyalarının hazırlanıb müvəffəqiyyətlə gerçəkləşdirilməsində təqdirəlayiq fəaliyyət göstərmişdir. Öz işində hər zaman obyektivlik və prinsipiallıq nümayiş etdirməklə dövlətçilik mövqeyindən çıxış etməsi ona dərin hörmət və ehtiram qazandırmışdır. Vahid Axundovun tədqiqatçı alim kimi iqtisadiyyatın ayrı-ayrı problemlərinin öyrənilməsinə dair 150-dən artıq sanballı araşdırması mütəxəssislər tərəfindən rəğbətlə qarşılanmışdır.

Vahid Axundovun dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyəti və iqtisad elminin inkişafındakı xidmətləri yüksək qiymətləndirilmişdir. O, 1992-ci ildə "Əməkdar elm xadimi", 2006-cı ildə "Əməkdar dövlət qulluqçusu" fəxri adlarına layiq görülmüş,

2007-ci ildə "Şöhrət", 2012-ci ildə "Şərəf" ordenləri ilə təltif edilmişdir.

Tanınmış ictimai xadim, bacarıqlı təşkilatçı və təvazökar insan Vahid Cümşüd oğlu Axundovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Eldar Əzizov

Şahmar Mövsümov

Natiq Əmirov

Mikayıl Cabbarov

Azər Əmiraslanov

Ziyad Səmədzadə



Xəbərin oxunma sayı : 238




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap