Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

Afrikada daşqınlara görə 2,4 milyon insan didərgin düşüb – 1000-ə yaxın ölən var

Tarix 17.09.24, 12:47

Font ölçüsü : - / +
bitmap-img6


Sentyabr ayından bəri Qərbi Afrikada baş verən daşqınlar nəticəsində ən azı 2,4 milyon insan didərgin düşüb, 1000-ə yaxın insan həyatını itirib.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Bildirilib ki, təbii fəlakət məhsulu da sıradan çıxararaq, regionda ərzaq və təhlükəsizliklə bağlı onsuz da ağır vəziyyəti daha da gərginləşdirib. Eyni zamanda, bəzi proqnozlara görə, Qərbi Afrika ölkələrində yağıntılar yaxın gələcəkdə də davam edəcək.
Bloomberg yazır ki, Çadda daşqınlar nəticəsində azı 340 nəfər ölüb, daha 1,5 milyon insan evsiz qalıb. Nigerdə ​​273 nəfər təbii fəlakətin qurbanı olub, 130 min nəfər evsiz qalıb.
Qeyd edək ki, sentyabr ayında Qərbi və Mərkəzi Afrika 30 ildə ilk dəfə anormal yağışa məruz qalıb. Hər yerdə sel və sürüşmələr meydana gəlib. Ən böyük zərər Mali, Niger, Nigeriya və Çada dəyib. BMT-nin Uşaq Fondunun məlumatına görə, Qərbi və Mərkəzi Afrika ölkələrində son həftələrdə 4 milyondan çox insan daşqınlardan zərər çəkib, 300 min ev dağılıb, 500 minə yaxın insan isə evlərini itirib.
Sinoptiklər yaxın günlərdə bölgədə yağışların intensivliyinin artacağı ilə bağlı xəbərdarlıq edirlər.



Xəbərin oxunma sayı : 469




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap