Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

Azərbaycanda neçə şəhid ailəsi var? - Rəsmi məlumat

Tarix 15.05.25, 17:49

Font ölçüsü : - / +
bitmap-img6


2025-ci il aprel ayının 1-i vəziyyətinə Azərbaycanda şəhid ailələrinin üzvü olan 18 235 nəfərə Prezident təqaüdü təyin olunub. Bir nəfərə düşən orta aylıq təqaüdün məbləği 384,44 manat təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

2025-ci il aprel ayının 1-nə "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslər, onların dul arvadları və 18 yaşına çatmamış uşaqları üçün təyin edilən Prezident təqaüdünü alanların sayı 180 nəfər olub (Bir nəfərə düşən orta aylıq təqaüdün məbləği 966 manat).

“Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş şəxslərə, onların dul arvadlarına və 18 yaşına çatmamış uşaqlarına təyin edilən Prezident təqaüdünü 179 nəfər alır (Bir nəfərə düşən orta aylıq təqaüdün məbləği 1 523 manat).

20 Yanvar şəhidinin ailəsi üçün verilən Prezident təqaüdü 85 nəfərə şamil olunur (Bir nəfərə düşən orta aylıq təqaüdün məbləği 547 manat).

Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinin 30 nəfər üzvünə də Prezident təqaüdü verilir (Bir nəfərə düşən orta aylıq təqaüdün məbləği 600 manat).



Xəbərin oxunma sayı : 232




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap