|
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
Sivilizasiyanın toxunmadığı yer: Oranı görmədən qayıtmayın
Tarix 10.04.24, 22:43 |
|
İordaniyanın landşaftı Yer kürəsinin digər yerlərindən çox fərqlidir: ərazisinin təxminən 90%-i yarımsəhra və səhralardır. Ən məşhur səhrası isə Vadi Rumdur. Bu səhranı “sivilizasiyanın, zamanın toxunmadığı yer” adlandırırlar. “İordaniyanın cənubundakı Vadi Rum səhrası (Wadi Rum) Yer kürəsini tərk etmədən özünüzü başqa planetdə tapmaq üçün bir fürsətdir. Zamandan kənarda və zahirən məkandan kənarda bir yer…”, - deyə qədim səyyahlar Vadi Rumu belə təsvir ediblər.
İordaniyanın ən böyük vadisi qumdaşı və qranitdən yaranıb. Bura təkcə ölkənin deyil, dünyanın unikal təbii görməli yerlərindən biridir.
Səhraya “Ay Vadisi” də deyirlər. Astronavt James İrvin Vadi Rumu gördükdən sonra deyib: “Bu yer Ayda olduğum vaxtda gördüklərimə Yer kürəsində ən yaxın yerdir”. Astronavtın bu sözlərindən sonra “Ay Vadisi” adı bütün dünyada populyarlaşıb.
“Vadi Rumu görmədən qayıtma”
Vadi Rum Qırmızı dəniz sahilindəki tarixi Aqaba şəhərindən 60 kilometr məsafədə yerləşir. Turizm şirkətləri Vadiyə özəl və qrup turları təşkil edirlər. Vadi Ruma giriş üçün 7 dinar (16 AZN) ödəmək lazımdır. “Jordan Pass” alan turistlər Vadiyə pulsuz daxil ola bilirlər. Amma öncə, Vadii Rumn turist bürosunda bileti təsdiqlətdirmək lazmdır. Turistlər arasında “İordaniyaya getdinsə Vadi Rumu görmədən qayıtma” fikirləri geniş yayılıb. Özəl tura qoşulmaq üçün adambaşına 65 ABŞ dolları (110 AZN) ödəyib qeyri-adiliyi gözlərimizlə görmək üçün çöl safarisi turuna qoşulduq.
Vadi çöl safarisi üçün ən sevimli turist marşrutu hesab olunur. Səhrada Jeep traslarından başqa heç bir yol yoxdur. Dəvələr başqa bir məşhur nəqliyyat vasitəsidir, səhradan piyada getmək mümkün deyil.
Turistlər həmçinin Vadi Rumun yaxınlığında Əl Hicaz qatarına minib vadini gəzə bilirlər. Hicaz dəmir yolu 1900-1908-ci illər arasında Osmanlılar tərəfindən müsəlmanların müqəddəs yerlərə səfərlərinin təşkili məqsədi ilə tikilib.
Vadi Ruma daxil olan kimi qarşımızda inanılmaz dərəcədə gözəl bir mənzərə açılır: Vadi Rum inanılmaz gözəlliyi və unikallığı ilə şifahi təsvirə meydan oxuyur. Burada hər şey valehedicidir: rənglərlə oynayan qayalar, bir-birinə qarışmayan çoxrəngli qumlar, sonsuz səma və sükut... Zamanla təbii qüvvələrin - küləklərin, günəşin və yağışın təsiri ilə bu səhrada füsunkar bir mənzərə formalaşıb: ən qəribə formalı qayalar, təbii tağlar, quyular və kanyonlar yaranıb. Ara-sıra səhranın qumlarının rəngi dəyişir – qırmızıdan sarıya çevrilir.
Jeep safari turunda bizi müşayiət edən Abdulla adlı bələdçimiz vadinin iqlim xüsusiyyətləri haqqında danışır: “Gün ərzində küləklər üzündən temperatur kəskin dəyişir. Gündüz və axşam temperaturu arasında böyük fərq var. Məsələn, iyul ayında İordaniyanın attraksionlarına baş çəksəniz, o zaman gündüz 32 dərəcəyə, axşam və gecə isə 13 dərəcəyə hazır olun”.
Vadi Rum qayalarının bəzilərində rəsmlər diqqət çəkir. Səhradakı petroqliflər, yazılar və arxeoloji tapıntılar 12 min illik insan həyatının və ətraf mühitlə qarşılıqlı əlaqənin sübutudur. Burada 25 min mağara rəsmi 20 min yazı ilə birləşib. Hər qaya qeyri-adi dizaynı olan bir memarlıq əsəridir.
YUNESKO-nun Rum Vadisini Dünya İrs Siyahısına daxil etməsinin səbəbi də məhz bu tarixiliyi və əsrarəngizliyi qorumaq arzusudur.
Bədəvilərin həyat tərzi
Bütün bunlarla yanaşı, Vadi Rum heç də təbiətin sivilizasiyadan uzaq cansız guşəsi deyil. Ta Nəbati krallığı dövründən bədəvilər - köçəri ərəblər səhrada məskunlaşıblar. Onlar öz adət-ənənələrini qoruyaraq çadırlarda yaşayır, dəvə, qoyun-quzu saxlayırlar. Bəzi çadırların yanında yolsuzluq avtomobillərini də görmək olur. Səhrada mağaralarda yaşayanlar da var.
Tur zamanı bədəvi çadırlarının birində isti çaya qonaq oluruq. “Ucsuz-bucaqsız səhranın ortasında, çadırda küləyin yaratdığı tozanaqlar, insanlardan uzaq tənhalıqda necə yaşamaq olar?” sualını köçəri ərəb gözümüzdən oxuyur: “Bu, əsrlərdən bəri bizim həyat tərzimizdir. Ocaq qalayıb yemək, çay hazırlayırıq. Artıq elektrik enerjisi də var. Ramazan ayında hamımız oruc tuturuq. İndi iftar açmağa hazırlaşırıq. Təsərrüfatımız dolanışığımıza kömək olur”.
Bələdçimiz ərəblərin son dövrlər səhrada turizmlə əlaqəli ənənəvi üslubda qurduqları müasir qonaq evləri ilə də bizi tanış edir. Səhrada gecələyən turistlər ərəb musiqisi dinləyə, çay və ya kofe içə, qum altında bişən dadlı yeməkdən yeyə bilirlər. Turlara günəşin qürubunu izləmək və gecənin sakitliyində səmada sayrışan ulduzları seyr etmək də daxildir.
Hollivud filmlərinin çəkiliş meydanı
Vadi Rum Mars səthinə bənzərliyi ilə məşhur olduğuna görə bir neçə Hollivud filmlərinin çəkilişi üçün də məşhur məkan olub. Son illərin ən çox səs salan “Marslı” filminin çəkilişlərinin aparıldığı məkanla tanış oluruq. Vadi Ruma Marsın yerdəki filialı da deyilir. “Uzaq planetlər haqqında filmlər üzərində işləyərkən rejissorlar daha çox Vadi Rumu seçirlər”, - deyə Abdulla bildirir.
Səhrada həmçinin “Transformerlər - Məğlubların qisası”, “Qırmızı planet”, “Marsda son günlər” və s. filmlər də çəkilib. Bundan əlavə, Vadi Rum dünya kinosu tarixinə 1962-ci ildə “Oskar” mükafatı qazanmış “Ərəbistanlı Lourens” filminin çəkiliş məkanı kimi düşüb. Film 1916-1918-ci illərdə Böyük Ərəb Üsyanında mühüm rol oynamış Britaniya zabiti və səyyahı Tomas Edvard Lourensin tərcümeyi-halından bəhs edir. Zabit daha sonra “Yeddi hikmət sütunu” adlı xatirə kitabını nəşr etdirib və qısa versiyada kitab “Səhrada yüksəliş” adlanıb. Kitabın səhifələrində Vadi Rumun inanılmaz mənzərələrini təsvir etməyə çox yer ayrılır və müəllif onun qaya birləşmələrini “möcüzəli göydələnlər” adlandırır. Sonralar Vadi Rum dağlarından biri “Yeddi hikmət sütunu” adını alıb.
Ulduzların, qumun və günəşin həmişə sakit vadisi öz həyatını yaşayır və hər kəsi səhranın sakitliyini yaşamağa, üfüq xətlərində azmağa, ruhunu sakitləşdirməyə dəvət edir… ("Kaspi" qəzeti)
Xəbərin oxunma sayı : 1000
Maraqlı
Xəbərlər
-
“Yaxşı maaş versəydilər, dörd-beş yerdə işləməzdim” - Həmidə Ömərova
-
“Azərbaycan Premyer Liqasında iştirak edəcək klubların sayında artım olmayacaq“ - AFFA prezidenti
-
Vahid Ələkbərov sərvətinin böyük hissəsini Rusiyadan çıxarıb: Gizli yerdə saxlayır
-
“Paşa Bank” Səlim Müslümovun oğlunu məhkəməyə verdi – Borca görə
-
“Ukraynalıların gələcəyi Qərbi qətiyyən maraqlandırmır” - Zaxarova
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
“Gürcüstan Parlamenti “xarici təsir” qanununu sabah qəbul edəcək” - İrakli Kobaxidze
-
Bəzi rayonlarda yağış intensivləşib, qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA
-
Müəllimlərin işə qəbulu üzrə müsabiqə... - İxtisaslarla bağlı dəyişiklik (SİYAHI)
-
77 yaşlı deputat ona qarşı “oyun“dan danışdı: “Hazırda hakimiyyətdə olan bəzi şəxslər...“
-
Beş ailə üzvünü qətlə yetirən Əhmədin müəmmalı sonu: O, azadlığa buraxılacaq?
-
Xankəndidəki Qarabağ Universiteti yeni tədris ilinə hazırdır - VİDEO
-
“HAMAS-ın mindən çox üzvü Türkiyə xəstəxanalarında müalicə alır“ - Ərdoğan
-
Polkovnik-leytenantla Abel Məhərrəmov arasında QALMAQAL: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi
-
Yağış 6 il əvvəl 17 milyona tikilən yolu yararsız hala saldı – Fotolar
-
Biləsuvarda gənc oğlan arvadına dəhşətli işgəncələr verdi, qayınatasını öldürdü – Şok təfərrüat
-
Qobustanda 378 şagirdin oxuduğu məktəb qəzalı vəziyyətdədir - VİDEO
-
İcra başçısının qəbulunda məmura kəllə atan şəxs həbs edildi - FOTO
-
Sabah Azərbaycanın bəzi ərazilərində su kəsiləcək - Xəbərdarlıq
-
Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək - RƏSMİ
-
Bölgələrdə evlərin kirayə qiymətləri artıb - VİDEO
-
Səbail icra hakimiyyətinin şöbə müdiri parkda obyekt tikdirir - Oğlu başçının sürücüsüdür
-
60 kiloqramdan çox narkotiki satmaq istəyən şəxslər saxlanıldılar - FOTO/VİDEO
-
Azərbaycanda unun qiyməti yenə ucuzlaşdı - Çörəyin qiyməti dəyişməz qalıb
-
Oliqarx İsmayılov gəlinini həbslə hədələyir – ŞOK AİLƏ DRAMI
-
“Kiçik ada dövlətlərinə yardım bizim üçün mənəvi borcdur“ - Prezident İlham Əliyev
-
HHQ-nin hərbi hissələrində MAXE qəbuluna başlanılıb - VİDEO
-
Avtoşluq edən şəxs: “Akumlyatorun “zaryadka“ yığması üçün etdim...“
-
Sumqayıtda ana və 2 azyaşlı övladı 11 gündür itkin düşüb - FOTO
-
Hakim təyin olunan vəkillər - SİYAHI
-
Özbəkistana 115 min əmək miqrantı qayıdıb - İlin sonuna qədər 300 min olacaq
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
İnstaqramda tanış olduğu qadın kişi çıxdı - Bakıda ağlagəlməz fırıldaq
-
Meteohəssas insanların nəzərinə: Geomaqnit qasırğası gözlənilir
-
Şahin Bağırov Mühafizə Xidmətinin rəisini təqaüdə göndərdi - Yerinə o gətirildi
-
Külək, leysan, dolu, qar - Sabahın havasl
-
Masazırda ağacların kəsilməsinin “icazəsini“ Nurlan Həsənov verib? - VİDEO
-
Ağcabədidə 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var
-
Bəzi məhsulların qiyməti artıb - SİYAHI
-
Media Agentliyi yeni müsabiqə elan etdi – 10 gün müddət var...
-
25 il ölmüş bacısının adı ilə yaşayıb - Hakimdən şok açıqlama
-
Dövlət qulluqçularının nəzərinə: Cavablar AÇIQLANDI
-
Vətəndaşlara ciddi xəbərdarlıq edildi - bank kartları...
-
Xocalı Rayon Məhkəməsinə yeni sədr təyin olunub - Sərəncam
-
Rusiyalı deputatın avtomobili partladıldı - “Allaha şükürlər olsun ki...” (VİDEO)
-
Broyler toyuqlarının bu hissələrini yeməyin - Xəbərdarlıq
-
Gürcüstanda tələbələrin tətili başlayıb - Aksiyaya 30 universitet qoşulub
-
Prezidentdən yeni təyinatlar - SƏRƏNCAM
-
Bakıda estetik cərrahlara qarşı əməliyyat - Tutulanlar var
-
Qarabağ Universitetinə qəbul planı təsdiqlənib - Təhsil ödənişsiz olacaq
-
İş adamı Göyçayda təbiətə ciddi ziyanlar vurub – ETSN rəsmiləri isə b una göz yumur
-
Yeni qərar qüvvəyə minir - Taksilərin qiyməti artacaq
-
Azərbaycanın “Brend tələbə”ləri - SİYAHI
-
Rahidə Baxışova 3-cü dəfə ərə gedir? – VİDEO
-
Prezident qəbullar keçirdi- FOTOLAR
-
Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub - Prezidentdən sərəncam
-
Balakəndə narkokuryerlərdən 10 kiloqram marixuana aşkarlanıb - FOTO
-
Rusiyanın yeni müdafiə naziri kimdir? - Belousovun DOSYESİ
-
2 azyaşlını vuran müğənnini hansı cəza gözləyir? - Açıqlama
-
Qubadlının Mahruzlu və Zilanlı kəndlərində tikinti işlərinə başlanılıb - FOTO
-
Prezident Millətlər Birliyinin baş katibini qəbul etdi
-
Bakıda təhlükə saçan yol: “Nə piyada keçidi var, nə də səki” - VİDEO
-
Asan yolla qazanc əldə etmək istədi, böyük məbləğdə pulunu İTİRDİ - VİDEO
-
Minimum əməkhaqqı artırılır - Təkliflər hazırlanır
-
Putin bu şəxsləri öz komandasında görmək istəyir - ADLAR
-
Bu avtomobillərin sürücüləri cərimələnəcəklər - VİDEO
-
Azərbaycanda yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
-
Rayon xəstəxanalarında həyəcan təbili: Həkim çatışmazlığı - VİDEO
-
Xocalıya köç başlayır: Evlərin təhvilvermə prosesinin vaxtı açıqlandı
-
Bakıda sakinləri narahat edən akustik səs kirlənməsi: DİN-dən açıqlama - VİDEO
-
Azərbaycan xalqını indi daha böyük inam birləşdirir
-
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı söyüş söydü - VİDEO
-
“Yoxa çıxan” Mahir, ümidləri doğrultmayan Musa, toparlanan Şahruddin: Legionerlərimizin uğursuzluğu
-
Fermerlər şikayətçidirlər: “Məhsulumuzu 70 qəpikdən alırlar...”
-
İsmayıllıda yol çökdü - Təhlükəli vəziyyət yarandı + VİDEO
-
Putin müdafiə nazirini dəyişdi - Şoyqunu yeni vəzifəyə təyin etdi + FOTO
-
Gömrük bağlamanı aça bilərmi? - Rəsmi açıqlama
-
Xəstəxanada 17 yaşlı qız müəmmalı şəkildə öldü - “Tibb bacısı qızıma adını bilmədiyi iynəni vurub” + VİDEO
-
Şuşa şəhəri Baş plana uyğun yenidən qurulur
-
Sabahın havası meteohəssas insanlar üçün təhlükəlidir - XƏBƏRDARLIQ
-
Ermənistan sərhədindən cəmi 1 km aralıda yerləşən Əlibəyli kəndi – VİDEO
-
Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək - XƏBƏRDARLIQ
-
“ABŞ İsraili dəqiq silahlarla təchiz etməyi dayandırmayıb“ - Blinken
-
Problemli kreditlər hansı valyutada daha çoxdur? – Son məlumat
-
Mal-qara ilə baş verən qəzalarda hallarda məsuliyyəti kim daşıyır? - VİDEO
-
Şuşanın yeni tarixi inkişafla başlayıb
-
Yağıntılı hava şəraiti davam edir: Bəzi rayonlara dolu düşüb
-
Parkda avtoxuliqanlıq etdi, həbs olundu - FOTO/VİDEO
-
Radikal müxalifət parlamentə və polisə qarşı zorakılıqlar planlaşdırır - Kobaxidze
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO
-
Bakıda obyektin gecə saatlarında sökülməsi narazılıq yaratdı: “Yata bilmirik” - VİDEO
-
Xatirə İslamın videosu yayıldı: Mini ətəkdə... - VİDEO
-
Moldovada siyasi qütbləşmə pik həddə - TƏHLİLİ
-
25 minə yaxın şagird və abituriyent imtahan verib: Nəticələr nə zaman elan ediləcək?
-
Gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət - VİDEO
-
“Həmin məqamlara görə, o pullardan imtina edirəm“ - Dilarə Əliyeva
-
“Netanyahu Hitleri qısqandıracaq səviyyəyə çatıb” – Ərdoğan
-
Şuşanın dirçəldilməsi geniş vüsət alıb
-
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayır
-
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutmanın ləğvi onlayn ticarətə necə edəcək? - ARAŞDIRMA
-
İranda hər altı saatda bir məhbus edam edilir - FOTO
-
Maaşlar saathesabı verilə bilər - Bu, kimə xeyir edəcək?
-
“ABŞ təhlükə altındadır” - Tramp
-
Sürücülərdən tıxac problemi ilə bağlı təklif - SORĞU + VİDEO
-
Rusiyada daşqınlar davam edir - Minlərlə ev su altında qalıb
-
Tələbələr gizli qulaqlılardan istifadə edirlər? - VİDEO
-
Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir? - ARAŞDIRMA
-
Şimal-qərb küləyi güclənəcək, arabir yağış yağacaq - XƏBƏRDARLIQ
-
Xaricdə ödənişli təhsil alan müharibə veteranları üçün güzəşt edilə bilərmi? - VİDEO
-
Günlük villa kirayələrinə maraq artıb - VİDEO
-
Rayonlarda yağış yağıb, şimal-qərb küləyi əsib - FAKTİKİ HAVA
-
“ABŞ-nın hökmranlığı sona çatıb” - Hindistan XİN
-
34 ölkədə qadağan olunan məhsul - Azərbaycanda çiçəklənmə dövrünü yaşayır
-
25 minə yaxın şagird və abituriyent Azərbaycan dili fənnindən imtahan verəcək - Bu gün
-
“Avroviziya-2024”ün qalibi mükafatını səhnədə sındırıb - VİDEO
-
Keçmiş arvadı və onun sevgilisi ilə bir evdə yaşayan kişi qatil oldu - VİDEO
-
Makron Kremli hədələdi: “Əgər Rusiya həddi aşsa...”
-
DİN-dən vətəndaşlara xəbərdarlıq: “Sosial şəbəkələrdə diqqətli olun”
-
Yeni tələblərə görə, köhnə nəqliyyat sahibləri avtomobillərini yeniləməkdə maraqlı olacaqlarmı? - VİDEO
TOP 10
ARXİV