“Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

  • / Maqazin / — 13 Fevral 2025

    Nuranın illər əvvəlki mahnısı trend oldu - VİDEO

  • / Maqazin / — 08 Fevral 2025

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

Marketlərdə, restoranlarda, hotellərdə aprelin 1-nə qədər… - VACİB XƏBƏR

Tarix 23.03.25, 21:29

Font ölçüsü : - / +
bitmap-img6


Bayram ərəfəsində qiymət artımı insanları hər il eyni vəziyyətlə qarşı-qarşıya qoyur. Hər dəfə eyni mənzərə: iaşə obyektlərində, turizm zonalarında, hətta nəqliyyat sektorunda qiymət fərqi hiss olunur.

Bu artımın qarşısını almaq mümkündürmü?

AzFakt.com xəbər verir ki, Yenisabah.az məsələni iqtisadçı Fuad İbrahimovla müzakirə edib.

Ekspert bildirib ki, bayram ərəfəsində qiymət artımı artıq adi hala çevrilib:

“Bu tendensiya hər il müşahidə olunur.12 günlük bayram tətilində iftar süfrəsi təşkil edən iaşə obyektlərində qiymətlərin yüksələcəyi qaçılmazdır. Necə ki, Novruz bayramı zamanı çərəzlər və digər məhsulların bahalaşmasını gördük, eyni vəziyyət burada da təkrarlanacaq.  

Bundan əlavə, bayram günlərində bölgələrə səfər edən vətəndaşlar hotel və turizm zonalarında da qiymət fərqini hiss edəcəklər. Təkcə istirahət mərkəzlərində deyil, hətta əvvəllər ödənişsiz olan idman komplekslərindən istifadə üçün belə müəyyən ödəniş tələb olunacaq”.  

İqtisadçı qeyd edib ki, təyyarə ilə səyahət etməyi planlaşdıranlar da qiymət artımına hazır olmalıdırlar:

“Əlverişli biletlər öncədən satıldığı üçün qalan biletlər daha baha qiymətə təklif olunacaq.  

Bütün bunların qarşısını almaq çətindir. Sağlam rəqabət mühiti olsa, müştəriləri cəlb etmək üçün qiymətlər daha sabit qala bilər. Lakin bayramqabağı dövrdə bu vəziyyətdən istifadə edilməsi artıq adət halını alıb. Aprelin ilk günlərindən etibarən qiymətlər yenidən normallaşacaq”.



Xəbərin oxunma sayı : 388




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap