“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

“Mən kreslodan yapışmıram, təhlükəsizlik zəmanətləri şərti ilə seçkilərə hazırıq” - Volodimir Zelenski

Tarix 14.12.25, 16:47

Font ölçüsü : - / +
bitmap-img6


Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, vəzifəsindən yapışmır və hesab edir ki, dövlət hadisələrin istənilən inkişafına, o cümlədən təhlükəsizlik vəziyyəti imkan verərsə, seçkilərin keçirilməsinə hazır olmalıdır.

APA xəbər verir ki, o, bunu media konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Zelenski təsdiqləyib ki, seçkilərin mümkün keçirilməsi ilə bağlı siqnallar Amerika Birləşmiş Ştatlarından, o cümlədən ABŞ prezidenti səviyyəsində daxil olub. Bununla yanaşı, o, Rusiyadan da oxşar siqnalların gəlib-gəlmədiyi barədə şərh verməkdən çəkinib.

“Ən vacib məqam odur ki, mən kreslodan yapışmıram. Mən hesab edirəm ki, Ukrayna hadisələrin istənilən inkişafına hazır olmalıdır”, – deyə prezident vurğulayıb.

O qeyd edib ki, seçkilər keçiriləcəyi təqdirdə təhlükəsizliyin təmin olunması üçün beynəlxalq tərəfdaşlara müraciət edib. Həmçinin Zelenski xalq deputatlarına vəziyyət imkan verərsə, seçki prosesinin təşkili üçün mümkün mexanizmləri hazırlamaq tapşırığı verib.

Onun sözlərinə görə, müvafiq variantlar yaxın vaxtlarda hazırlanmalıdır ki, belə bir qərar qəbul ediləcəyi halda dövlətin aydın fəaliyyət planı olsun.

Daha əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski bildirmişdi ki, Prezident Administrasiyasının yeni rəhbərinin müəyyənləşdirilməsi prosesi o qədər çox təklif, müzakirə və təzyiqlə müşayiət olunur ki, bəzən konkret bir şəxsi vəzifəyə təyin etməkdənsə Prezident Administrasiyasını ləğv etmək daha asan görünür.



Xəbərin oxunma sayı : 319




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap