Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

Verilən bütün vədlər hər zaman yerinə yetirilir

Tarix 19.04.24, 8:00

Font ölçüsü : - / +
bitmap-img6


Regionların inkişafı dövlətimizin iqtisadi siyasətinin əsasıdır. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən hər bir ölkənin inkişafında iqtisadi amilin rolunu önə çəkərək belə bir çağırışı səsləndirdi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Həmçinin bu hədəf də qarşıya qoyuldu ki, neft kapitalını insan kapitalına çevirək. Ölkə Prezidentinin qarşıya qoyduğu bu hədəflər regionların potensial imkanlarından səmərəli istifadəni bir tələbə çevirdi. 
     
Regionların inkişafında əsas amillərdən biri infrastruktur layihələrinin uğurla həyata keçirilməsidir. Cənab İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında bir daha diqqəti bu kimi məqamlara yönəltdi. Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, əhalinin rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdır. Son illər ərzində əsas infrastruktur layihələri icra edilmişdir. Azərbaycanda həyata keçirilmiş infrastruktur layihələri ölkəmizi tamamilə yeni bir səviyyəyə yüksəltdi. Elektrik enerjisi, avtomobil yolları, dəmir yolları, su kəmərləri, içməli su, o cümlədən suvarma ilə bağlı olan layihələr öz səmərəsini göstərir. Əvvəlki illərdə bu sahəyə aid bir çox böyük layihələr icra edilmişdir. Bunlar arasında ilk olaraq Taxtakörpü-Ceyranbatan suvarma kanalı qeyd edilir. Şəmkirçay su anbarı da çox böyük infrastruktur layihələri sırasındadır. Hər bir layihənin uğurlu sonluqla başa çatdırılması maliyyə imkanlarımızın təqdimatıdır."
      
Qeyri-neft sektorunun, kənd təsərrüfatının inkişafı, məşğulluğun artırılması, vətəndaşların rifah halının yaxşılaşdırılması və su ehtiyatlarımızdan səmərəli şəkildə istifadə edilməsi, bütün bu amillər qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağa əsas verir. Cənab İlham Əliyev çıxışında qarşıdakı illərdə həyata keçiriləcək digər layihələrdən də danışaraq onların reallığa çevrilməsi üçün böyük vəsait tələb edildiyini bildirdi. Azərbaycan güclü dövlətdir, öz gücünə, imkanlarına arxalanır. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işləri ölkəmizin iqtisadi imkanları barədə aydın təsəvvür yaradır. Qısa müddətdə iki Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, üçüncünün istifadəsinin  cari ilin sonu, 2025-ci ilin əvvəlləri üçün  nəzərdə tutulması Azərbaycanın yol infrastrukturunun yenilənməsinə, tranzit imkanlarının genişləndirilməsinə göstərdiyi diqqətin bariz nümunəsidir. Hər bir bölgənin inkişafında, iqtisadi imkanlarının artmasında infrastruktur layihələri əhəmiyyətli rol oynayır. Cənab İlham Əliyev sözügedən təməlqoyma mərasimindəki nitqində diqqəti bu reallıqlara da yönəltdi ki, qazlaşdırmanın səviyyəsi 96 faizə çatıb. Elektrik enerjisi ilə təminat və yeni elektrik stansiyalarının yaradılması geniş vüsət alıb və əhəmiyyətli dərəcədə irəliləyişə nail olunub. Ölkəmizdə yeni, müasir yollar diqqətdən kənarda qalmır. Bu hədəf açıqlandı ki, növbəti illərdə hökumətin qarşısında duran əsas infrastruktur layihələri içməli su və suvarma layihələri olacaq.

Gülnar Hüseynova



Xəbərin oxunma sayı : 463




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap