Röyanın “Halloween” tərzi - Fotolar Günelin təsbehi türk mediasının gündəmində - FOTO Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

  • / Maqazin / — 21 Oktyabr 2024

    Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO

  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

İlham Əliyev ABŞ Prezidentinin xüsusi köməkçisini qəbul etdi - FOTO

Tarix 21.10.24, 11:45

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenteri qəbul edib.

AzFakt.com xəbər verir ki, Maykl Karpenter qəbula görə təşəkkürünü bildirib. O, ABŞ-in Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanmasını dəstəklədiyini vurğulayaraq, sülh müqaviləsinin imzalanması üçün hazırkı şəraitdə tarixi imkanların olduğunu deyib.

Sülh müqaviləsinin imzalanması ilə regional əməkdaşlıq üçün geniş imkanların yaranacağını vurğulayan qonaq bildirib ki, ABŞ-in bu prosesin irəli aparılmasında qəti dəstəyi var.

Sülh müqaviləsinin və onun əsasını təşkil edən beş prinsipin təşəbbüskarının məhz Azərbaycan olduğunu deyən dövlət başçısı vurğulayıb ki, ölkəmiz regional sülh gündəliyini dəstəkləyir. Prezident İlham Əliyev qeyd edib ki, Ermənistanın sülh müqaviləsinin mətni üzrə son təkliflərini 70 gündən sonra göndərməsi bu ölkənin prosesin irəli aparılması niyyəti ilə bağlı müəyyən suallar doğurur. Ermənistanın konstitusional əsasda Azərbaycana qarşı ərazi iddialarının sülh müqaviləsinin imzalanması yolunda başlıca maneə olduğunu bildirən Prezident İlham Əliyev ölkəmizin prosesin irəli aparılması üçün bundan sonra da qəti addımlarını davam etdirəcəyini vurğulayıb.

Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli gündəliyə aid olan məsələlər barədə də fikir mübadiləsi aparılıb.








Xəbərin oxunma sayı : 1330




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap