Röyanın “Halloween” tərzi - Fotolar Günelin təsbehi türk mediasının gündəmində - FOTO Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Oktyabr 2024

    Röyanın “Halloween” tərzi - Fotolar

  • / Maqazin / — 28 Oktyabr 2024

    Günelin təsbehi türk mediasının gündəmində - FOTO

  • / Maqazin / — 22 Oktyabr 2024

    Tünzalə Ağayeva qəzətdən plaş geyindi - VİDEO

  • / Maqazin / — 21 Oktyabr 2024

    Günay İbrahimlinin sevgilisi ilə görüntüləndi - VİDEO

  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

Prezident “MAN Truck&Bus“ şirkətinin baş direktorunu qəbul etdi - FOTOLAR

Tarix 22.10.24, 11:20

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Prezidenti İlham Əliyev “MAN Truck&Bus” şirkətinin baş direktoru Aleksandr Vlaskampı qəbul edib.

AzFakt.com xəbər verir ki, COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı təbriklərini çatdıran qonaq bunun çox önəmli bir tədbir olduğunu vurğulayıb.

Aleksandr Vlaskamp COP29-da nəqliyyat sahəsinin də mühüm amil olduğunu deyərək, bu istiqamətdə Azərbaycanla əməkdaşlığın önəminə toxunub.

Dövlət başçısı qeyd edib ki, COP29-a hazırlıq işləri artıq son mərhələdədir. Prezident İlham Əliyev vurğulayıb ki, ölkəmizdə bu işlərə bir ildən də az vaxt olmasına baxmayaraq, Azərbaycan COP29-un yüksək səviyyədə keçirilməsi üçün səylərini əsirgəmir. Dövlət başçısı COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı 198 ölkənin yekdil dəstəyini yüksək qiymətləndirərək bu cür tədbirin regionda birinci dəfə ölkəmizdə təşkil edilməsinin böyük önəm daşıdığını qeyd edib.

Prezident İlham Əliyev Azərbaycanda yaşıl və bərpaolunan enerjiyə keçid istiqamətində böyük işlərin görüldüyünü və artıq bir sıra mühüm layihələrin reallaşdırıldığını bildirib.

Dövlət başçısı ölkəmizdə nəqliyyat sisteminin də səmərəli fəaliyyəti üçün tədbirlər görüldüyünü deyib və bu baxımdan “MAN Truck&Bus” şirkəti ilə əməkdaşlığın əhəmiyyətinə toxunub.

Görüşdə ölkəmizlə “MAN Truck&Bus” şirkəti arasında potensial əməkdaşlıq imkanları ilə bağlı müzakirələrin aparılmasından məmnunluq ifadə edilib, şirkətin Azərbaycanda fəaliyyətinə dair fikir mübadiləsi aparılıb. Bu şirkətin istehsalı olan çox sayda texnikanın ölkəmizdə istifadə edildiyi bildirilib. Azərbaycanın artan sosial-iqtisadi potensialı və ehtiyacları nəzərə alınaraq şirkətin məhsullarının alınması ilə yanaşı, ölkəmizdə yerli istehsal imkanları da müzakirə olunub və bunun üçün vahid işçi qrupu çərçivəsində araşdırmaların həyata keçirilməsi barədə razılıq əldə edilib.







Xəbərin oxunma sayı : 1249




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap