“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Trampın siyasəti ABŞ iqtisadiyyatını tənəzzülə apara bilər“ - KİV

Tarix 06.09.25, 20:32

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Prezidenti Donald Tramp administrasiyasının ticarət və immiqrasiya siyasəti ölkə iqtisadiyyatını tənəzzüllə təhdid edə bilər.

"Report"un məlumatına görə, ekspertlərin belə bir qiymətləndirməsinə istinadən "The Washington Post" (WP) nəşri yazıb.

Nəşr vurğulayıb ki, iqtisadiyyat Trampın vəd etdiyi qızıl dövrdən əvvəl də tənəzzül vəziyyətinə düşə bilər. WP iyulda illik müqayisədə 2,7 % təşkil edən inflyasiya səviyyəsinə, eləcə də avqust ayında ABŞ-də iş yerlərinin sayının cəmi 22 min nəfər artması fonunda əmək bazarı üzrə göstəricilərə diqqət çəkib.

ABŞ-nin sabiq prezidenti Barak Obamanın keçmiş müşaviri Ceyson Furmanın sözlərinə görə, tənəzzül dövrlərini nəzərə almasaq, bu, 60 ildən çox müddət ərzində iqtisadiyyatın həcminə nisbətən ən zəif işə qəbul göstəriciləridir.

Nəşr qeyd edib ki, Uoll-stritdə bəziləri tənəzzül ehtimalını nəzərdən keçirir. Bununla yanaşı, nəşr Amerika iqtisadiyyatında tənəzzülün 50 %-dən çox ehtimalla baş verəcəyinə inanan "Renaissance Macro Research"in iqtisadçısı Nil Dattun qiymətləndirməsinə istinad edib. Eyni zamanda, administrasiyadakı məmurlar tənəzzül ehtimalını qətiyyətlə rədd ediblər.



Xəbərin oxunma sayı : 250




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap