“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Pulumuzu qızıla dəyişək? - Qiyməti durmadan artır

Tarix 05.09.25, 21:20

Font ölçüsü : - / +
bitmap-img6


“Bu gün qızıl diversifikasiya olunmuş ehtiyat idarəetmə üsulu kimi qəbul olunur. Bir çox ölkələr ehtiyatlarını artıq qızıl ibarəsinə çevirir. Beləliklə, qızılın qiyməti durmadan artır”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında iqtisadçı Fuad İbrahimli deyib. O bildirib ki, bu gün istər qızıl, istərsə də əmlak bazarında Azərbaycan əhalisinin real gəlirlərindən dəfələrlə yuxarı qiymət fonu formalaşıb:

“Bu gün nəzərə almaq lazımdır ki, istər qızıl, istərsə də əmlak bazarında Azərbaycan əhalisinin real gəlirlərindən dəfələrlə yuxarı qiymət fonu formalaşıb. Əmlak bazarında süni bahalaşma istənilən halda çökə bilər.

Qızılda isə iş fərqlidir. Qızılın qiymətləri bazar birjalarında formalaşır. Yəni burada Azərbaycan reallığı bunu əhatə etmir. Amma orada da spekulyativ alətlər hər zaman hərəkətə gələ bilər. Bu gün qızıl diversifikasiya olunmuş ehtiyat idarəetmə üsulu kimi qəbul olunur. Bir çox ölkələr ehtiyatlarını artıq qızıl ibarəsinə çevirir. Beləliklə, qızılın qiyməti durmadan artır”.

Ekspert vurğulayıb ki, qızıl qiymətlərində qəfil ucuzlaşma ssenarisi də istisna deyil:

“Amma biz unutmamalıyıq ki, müasir dövrdə birjalarda spekulyativ alət deyilən anlayış var. Tələbatla qızılın qiymətinin arta biləcəyi halda, qəflətən əks fon yarana bilər. Belə olan təqdirdə qızıl qiymətləri ucuzlaşma istiqamətində uçuruma doğru gedə bilər. Bunu da nəzərə almaq lazımdır. Bu baxımdan, vətəndaşlara hansısa dəqiq tövsiyə vermək düzgün olmaz”.

Qeyd edək ki, “Goldman Sachs Group Inc.” Hesabatına görə, əgər Federal Ehtiyat Sisteminin (FED) müstəqilliyi təhdid altına düşərsə və investorlar xəzinə istiqrazlarının az da olsa bir hissəsini qızıla çevirərsə, qızılın qiyməti bir unsiya üçün təxminən 5000 dollara qədər bahalaşa bilər. Əsas proqnoz 2026-cı ilin ortalarınadək qızılın bir unsiya üçün 4000 dollara yüksəlməsini nəzərdə tutur; az riskli proqnoza görə qızıl 4500 dollar; çox riskli proqnoza görə isə 5000 dollar səviyyəsinə çatacaq.



Xəbərin oxunma sayı : 226




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap