“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Adi taksilər aeroporta buraxılmayacaq? - Qiymətin bahalaşacağı gözlənilir

Tarix 05.09.25, 21:42

Font ölçüsü : - / +
bitmap-img6


Sentyabrın 8-dən sonra Heydər Əliyev Beynəlxalq Aeroportu ərazisində adi taksi sifariş etmək olmayacaq. 

Azərbaycan Sürücülər Assosiasiyasının rəhbəri Elşad Eldarovun dediyinə görə, taksi xidməti ilə işləyən sürücülər hava limanında sifariş qəbul edə bilməyəcəklər.

Onun sözlərinə görə, sürücülər sərnişinləri hava limanına aparırdılar və geri dönərkən də müştəri götürə bilirdilər. Lakin indi onlar nə hava limanında, nə də girişdəki şlaqbaumun arxasında dayana bilməyəcəklər, çünki orada dayanmaq və saxlamaq qadağandır. Hava limanı ərazisində isə yalnız qırmızı rəngli “London” taksiləri işləyə biləcək.

Sürücülər bildiriblər ki, “Bolt” artıq bu dəyişikliklər barədə onları xəbərdar edib. Onların sözlərinə görə, digər taksi şirkətləri müştəri götürə bilməyəcəyindən indi hava limanından şəhərə gediş ən azı 40-50 manat, hətta daha da baha başa gələcək. Taksi sürücüləri bunu sentyabrın 19-dan 21-dək Bakıda keçiriləcək “Formula 1” Azərbaycan Qran Prisinə turistlərin gəlməsi ilə əlaqələndirirlər və ümid edirlər ki, yarış bitdikdən sonra məhdudiyyətlər aradan qaldırılacaq.

Lakin Heydər Əliyev Beynəlxalq Aeroportundan haqqin.az-a bildirilib ki, hazırda hava limanı “sərnişinlərin rahatlığını və xidmət keyfiyyətini artırmaq məqsədilə taksi xidmətlərinin təkmilləşdirilməsi üzərində işləyir”. Əlavə ediblər ki, “taksilərin hava limanına giriş-çıxışına heç bir məhdudiyyət yoxdur və yeniliklər tətbiq olunduqca ictimaiyyətə rəsmi məlumat veriləcək”.



Xəbərin oxunma sayı : 238




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap