![]() |
|














Metropoliten sosial güzəştləri genişləndirir: Gediş haqqı məsafəyə görə ödəniləcək?
Tarix 06.09.25, 20:10 |
|

"Bakı Metropoliteni" QSC aylıq və birsəfərlik gediş haqqı kartlarının tətbiqini nəzərdən keçirir. Qurum sədrinin müşaviri Emil Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, müxtəlif sosial qruplara münasibətdə xüsusi yanaşmalar nəzərdə tutulur: "Tələbələr, sosial yardıma ehtiyacı olan insanlar və digər həssas qruplar üçün ayrıca güzəştli şərtlərin tətbiqi müzakirə mövzusudur. Aylıq və birdəfəlik gediş kartları, digər alternativ yanaşmalar nəzərdən keçirilir. Dünyada məsafədən asılı olaraq fərqli tarif modelləri tətbiq olunur. Bir çox ölkələrdə sərnişinlər qət edilən məsafəyə uyğun olaraq ödəniş edirlər. Azərbaycanda da bu istiqamətdə müəyyən müzakirələr aparılır".
Bu açıqlamalar fonunda ictimai nəqliyyatda tarif modellərinin dəyişməsi, sosial güzəştlərin tətbiqi və beynəlxalq təcrübənin ölkəmizdə necə uyğunlaşdırıla biləcəyi məsələlərini nəqliyyat üzrə ekspertlərlə müzakirə edilib.
AzFakt.con mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Differensiallaşdırılmış tarif sistemi
Nəqliyyat eksperti Eldəniz Cəfərov deyir ki, bu, differensiallaşdırılmış tarif sistemidir və ictimai nəqliyyatın qiyməti müxtəlif amillər əsasında müəyyən olunur: "Məsələn, məsafəyə, gündəlik vaxt aralığına, nəqliyyat növünə və sərnişin kateqoriyasına görə fərqlənə bilər. Yaşlı insanlar, uşaqlar, təqaüdçülər, tələbələr kimi qruplar üçün xüsusi güzəştlər tətbiq olunur. Belə differensiallaşdırılmış tariflər hər bir şəhərin iqtisadi vəziyyəti və əhalinin sosial durumunun öyrənilməsindən sonra müəyyən edilir. Bu, dünya təcrübəsində geniş yayılmış normal bir praktikadır. Xüsusilə, dövlətin sosialyönümlü siyasətinə dəstək olaraq həssas qruplar üçün güzəştlərin tətbiqi həm sosial ədalətin təminatına, həm də ictimai nəqliyyatın əlçatanlığına töhfə verir".
Sərnişin aylıq kart alarkən daha az xərc ödəyir...
Mütəxəssis vurğulayır ki, yaxın gələcəkdə differensiallaşdırılmış tarif sistemi təkcə metroda deyil, ictimai nəqliyyatın digər seqmentlərində də geniş tətbiq edilə bilər: "Məsələn, aylıq kartlardan əsasən həmin şəhərdə yaşayan sakinlərin istifadə etməsi məqsədəuyğun olar. Sərnişin aylıq kart alarkən daha az xərc ödəyir və bu, uzunmüddətli istifadə üçün daha sərfəlidir. Digər tərəfdən, birdəfəlik və ya gündəlik kartlar, həmçinin məsafəyə əsaslanan tariflər isə əsasən şəhərə qonaq gələn turistlər üçün nəzərdə tutulur. Bu sistem, sərnişinlər üçün müxtəlif seçim imkanları yaradır və müxtəlif ehtiyaclara uyğunlaşır. Məsələn, Böyük Britaniya, Londonda ictimai nəqliyyat tarifləri differensiallaşdırılıb. Burada sutkanın saatlarına, getdiyin əraziyə və zonalara görə qiymətlər dəyişir. Hətta hazırda bizdə də bəzi tariflər differensiallaşdırılmış formada tətbiq olunur və bu tendensiyanın genişlənməsi gözlənilir".
İctimai nəqliyyatda "Brutto" modeli
Nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev deyir ki, böyük şəhərlərdə ictimai nəqliyyatın səmərəli təşkili üçün subsidiyalaşdırma geniş şəkildə tətbiq olunur. Bunun üçün əsas mexanizmlərdən biri isə "Brutto müqavilə"lərə keçiddir: "Hazırda bu model bir sıra qonşu ölkələrdə artıq tətbiq olunur. Dünyanın bir çox böyük şəhərlərində isə uzun illərdir ki, uğurla istifadə edilir. "Brutto" modelinin əsas xüsusiyyəti hər kilometrə görə dövlət subsidiyasının ayrılmasıdır. Bu, həm avtobus, həm də metro seqmentində tətbiq oluna bilər və nəticə etibarilə bir çox vacib məsələlərin həllinə imkan yaradır. Bununla gündəlik, həftəlik, aylıq, üç, altı və 12 aylıq abunə biletləri, tələbələr, təqaüdçülər, əlillər və Vətən müharibəsi iştirakçıları üçün güzəştli və ya pulsuz keçidlər, müxtəlif nəqliyyat növləri arasında müəyyən vaxt aralığında pulsuz keçid sistemləri tətbiq oluna bilər. Bu model sərnişinlər üçün həm rahatlıq, həm də maliyyə baxımından qənaəti təmin edir. Eyni zamanda, sərnişin axınının daha optimal şəkildə bölüşdürülməsinə və nəqliyyat sisteminin ümumi effektivliyinin artmasına şərait yaradır. İlkin mərhələdə brutto müqavilələrə keçid vacibdir ki, ictimai nəqliyyatda fəaliyyət göstərən şirkətlərin maliyyə dayanıqlılığı təmin olunsun. Bu model daşıyıcılara sabit gəlir imkanı yaradır və xidmət keyfiyyətinin yüksəldilməsi üçün motivasiya verir".
Bir tərəfdən vətəndaş ödəniş edir, digər tərəfdən isə...
Mütəxəssis vurğulayır ki, hazırda metroda irimiqyaslı layihələr həyata keçirilir: "Gələn ilin əvvəlindən "28 May" - "Cəfər Cabbarlı" xətlərinin ayrılması layihəsinə start veriləcək. Bu layihənin il ərzində icrası planlaşdırılır və nəticədə metronun üç əsas xətti müstəqil şəkildə, daha qısa intervallarla fəaliyyət göstərə biləcək. Bununla yanaşı, gələn ilin sonuna qədər yeni metro xətlərinin və stansiyalarının tikintisinə də başlanması gözlənilir. Layihələrin icrası 2030-cu ilə qədər nəzərdə tutulub. Tətbiq olunduqdan sonra metronun sərnişin tutumu əhəmiyyətli dərəcədə artacaq. Çünki metro yeraltı ayrıca hərəkət zolağına malik olduğundan, digər nəqliyyat növləri ilə müqayisədə daha sürətli və maneəsiz xidmət göstərir. Bu cür irimiqyaslı layihələrin həyata keçirilməsi yeni tarif modellərinə və "Brutto müqavilə"lərə keçidi zəruri edir. Bu modeldə bir tərəfdən vətəndaş ödəniş edir, digər tərəfdən isə əməliyyat xərclərinin böyük hissəsi dövlət tərəfindən subsidiya edilir. Nəticədə isə sistem daha dayanıqlı və effektiv şəkildə fəaliyyət göstərir".
Xəbərin oxunma sayı : 247
Sosial
Xəbərlər
-
Azərbaycanın çay bazarında balans dəyişir: Xaricilər əkir, özləri də aparır
-
Beyləqan sakini ölümlə hədələnir - Vətəndaş hüquq mühafizə orqanlarından yardım istəyir
-
“Kölgələnən“ iqtisadiyyat: Nə qədər dövlətdən gizlədilir?
-
Ağcabədidə ailə faciəsi: Qardaş bacısını bıçaqlamaqda şübhəli bilinir - TƏFƏRRÜAT
-
“Trampın siyasəti ABŞ iqtisadiyyatını tənəzzülə apara bilər“ - KİV
-
Metropoliten sosial güzəştləri genişləndirir: Gediş haqqı məsafəyə görə ödəniləcək?
-
Puldan pul qazanmağın yolları: Sakinlər hansı üsullardan istifadə edirlər?
-
Əfqanıstanda zəlzələ faciəsi: Dağıntılar altından ancaq kişilər çıxarılır, qadınlar “unudulur“
-
Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - “Bu sahə rəisin qohumunun monopoliyasındadır“
-
NATO-nun iki nəhəngi üz-üzə: ABŞ və Fransa arasında diplomatik qalmaqal
-
Britaniya hökumətində səs-küylü istefalar - Starmer kabinetində ciddi dəyişikliklər
-
Manaf Manafovdan işçilər şikayət edir: Bizim anamızı ağladıb…..
-
İnstaqramda bu gün kimlər nələr paylaşdı? - FOTOLAR
-
Pentaqonun adının dəyişdirilməsi milyardlarla dollara başa gələ bilər - “Politico”
-
Bakıda evlərə girməyə çalışan qadın tutuldu - VİDEO
-
Qurban Qurbanovun istədiyi iki transfer niyə baş tutmayıb? - Özü açıqladı
-
Astaradakı kütləvi zəhərlənmənin səbəbi - Açıqlandı
-
Beyləqanda kafedə atışma: iki nəfər xəsarət alıb
-
“Çin Rusiyaya hərbi dəstək göstərmir“ - Ukrayna kəşfiyyatı
-
Sevgilisinə zəng edən arvadına 2 il əzab verdi - Bu qədər həbs aldı
-
“Uğur-2“də qalmaqal: Şirkət rəhbəri sakini şantaj edir?
-
Dələduzluğa məruz qalan vətəndaşdan Vilayət Eyvazova - MÜRACİƏT
-
Avtoxuliqanlıq edən sürücülər həbs olundu - VİDEO
-
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Bakıda “KamAZ“ avtomobilin üzərinə aşdı: Üç nəfər öldü (FOTOLAR)
-
43 yaşında 9-cu sinif məzunu oldu - Şəhlanın uğur hekayəsi
-
“Şərurlu İsfəndiyar” həmişə geyindiyi köynəyin - Qiymətini açıqladı
-
Bakı və bölgələrdə xüsusi əməliyyatlar keçirib - 20-dən artıq şəxs saxlanılıb
-
Maduro Trampın təhdidinə cavab verdi - “Silahlı mübarizə mərhələsinə keçəcəyik“
-
Azərbaycanla normal iqtisadi münasibətlərimiz var - Overçuk
-
Bakı icazə verdi - Paşinyanın təyyarəsi Azərbaycandan keçdi
-
“Santuş istefa verməsə, özümüz tədbir görəcəyik“ - AFFA-nın Baş katibi
-
Tullantı sularını düzgün idarə etməyənlər 12 500 manatadək CƏRİMƏLƏNƏCƏKLƏR
-
“İşə çıxmıram, universiteti uşaqlar idarə edirlər“ - Rektor
-
“Tramp ağır zərbə PUA-larını satmaq üçün qanunvericiliyi dəyişdirəcək“ - “Reuters“
-
Bakıdan rayona qonaq gedən 32 yaşlı kişi öldürüldü - Qayınatası tutuldu
-
Paytaxtda 117 yaşlı tarixi bina qəzalı vəziyyətdə - VİDEO
-
DÇ-2026: Azərbaycan millisi böyük hesabla məğlub olub
-
Ağcabədidə 16 yaşlı qız qətlə yetirildi - Qardaşı saxlanıldı
-
Son 9 ayda əmək müqavilələrinin sayı 33 mindən çox azalıb - Nazir
-
Təhsilin yataqxana dərdi: Problem nə vaxt həll olunacaq?
-
Adi taksilər aeroporta buraxılmayacaq? - Qiymətin bahalaşacağı gözlənilir
-
Pulumuzu qızıla dəyişək? - Qiyməti durmadan artır
-
Xətai icra başçısının “semiçka“ pulu gələn obyekti... - FOTO
-
Arayik və dəstəsinin ibtidai istintaqa ifadələrinin elan olunması başa çatıb - MƏHKƏMƏ
-
Koroğlu Rəhimov küçəsində hərəkətin təşkilində dəyişikliklər edilir - Video
-
Azərbaycan vətəndaşları qoz-fındıq yeməyi kəskin artırıblar – Rəsmi
-
Hindistan Trampın tələbini rədd etdi: “Rusiyadan neft alacağıq”
-
Oğuzda qanunsuz ağac kəsiminə görə cinayət işi açıldı - Saxlanılan var
-
Astarada kütləvi zəhərlənmə - 15 nəfər hospitalizasiya olundu
-
Bakı Apellyasiya Məhkəməsi “Pilot Residence“ yaşayış binasına baxış keçirib - Qanunsuz tikililərlə bağlı
-
Azərbaycanda əhali ayda neçə kq ət yeyir? - Statistika açıqlandı
-
Kamran Əliyev Yasamalda qəbul keçirdi - FOTO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
“Nar” uşaqlar üçün maarifləndirici tədbirlərə dəstək verir - FOTOLAR
-
Bakıda evlərə girməyə çalışan qadının kimliyi bilindi - Video
-
Naxçıvanda təcili yardımlar çağırışa dərmansız gedir? -İDDİA
-
Putin nəhayət Ukraynanın AB-yə üzvlüyünü qəbul edir - Zelenski
-
Hindistan və Rusiyanı Çinə uduzduq - TRAMP
-
“Vardanyanın yaratdığı silahlı birləşməyə qoşulmuşam“ - Təqsirləndirilən şəxs
-
Agentlik itlər üçün 87 min manatlıq aksesuar alır - Daraq, əlcək, corab…
-
“Nəhayət ki, Rusiyadan siqnallar eşidirik“ - Zelenski
-
Füzulidə və Tovuzda yanğın törədənlər tutuldu - RƏSMİ
-
“Şərləyiblər, böhtan atıblar” - Oleq Bakinski bəraət istəyir
-
Azərbaycan hansı ərzaq məhsulları ilə özünü təmin edə bilmir? - Siyahı
-
Rəsmi Bakıdan Moskvaya cavab: Azərbaycanın kompensasiya tələbi fərqlidir
-
Yağış yağacaq, şimşək çağacaq - Sabahın havası
-
Bu yolun təmirinə 2 milyon manat ayrıldı - Sərəncam
-
Nizami rayonunda “Sizin Məkan” kafesində artırma işlərinə hansı məmur icazə verib? - VİDEOFAKT
-
Azərbaycandan Avropaya 20 tona yaxın qurbağa əti ixrac olunub - VİDEO
-
Qəribovların şirkətində geri sayım davam edir - Dövriyyə itkiləri 920 mln. manata yaxınlaşıb
-
“Rusiyanın ikibaşlı qartalı yalnız qərbə və şərqə deyil, cənuba da baxır“ - Putin
-
Aktyor fəhlə kimi işlədilib: Bakı Dövlət Sirkində nə baş verir? (VİDEO)
-
Messi dubl etdi, Argentina qələbə qazandı - VİDEO
-
Yalandır, Rusiya bizə heç bir sığorta ödənişi etməyib - Hökumənin atası
-
Qızılın qiymətində rekord artım - Azərbaycanda da bahalaşdı
-
Azərbaycanın cəmi 8 rayonunda 35 baş qatır qalıb - Siyahı
-
14 yaşlı uşağa işgəncə verməkdə təqsirləndirilən qadın falçı imiş - VİDEO
-
“Makron Fələstinlə bağlı mövqeyini dəyişməsə, ölkəyə buraxılmayacaq“ - İsrail XİN
-
“Çinar“ MTK-dan mənzil almaq üçün 30 min manat ödəyən şəxs aldadıldığını iddia edir - VİDEO
-
Bu qadının Bakıda evlərə girməyə çalışdığı deyilir - VİDEO
-
Naxçıvanda istirahət mərkəzində faciə - Ölənlər və yaralananlar var
-
“Avropa liderləri Trampla söhbətdən narazı qalıblar“ - Bild
-
Binəqədidə bu ərazinin satışa çıxarılması sakinlərin etirazına səbəb olub - VİDEO
-
Nəsrin Cavadzadənin qarın və sinə dekolteli libası - FOTOLAR
-
Babayan Xocalı soyqırımı zamanı qəddarlığı ilə seçilən ermənilərin adlarını açıqladı - FOTOLAR
-
“Avropa Rusiyadan neft almağı dayandırmalıdır” - Tramp
-
Ən çox dövriyyəsi olan investisiya şirkəti hansıdır? - SİYAHI
-
Rusiya XİN AZAL təyyarəsi ilə bağlı məlumat yaydı - Bu qədər təzminat ödənilib
-
Ağdərədə yanğın törədən şəxslər saxlanıldı - Cinayət işi açıldı
-
26 ölkə Ukraynaya qoşun göndərməyə hazırdır - Makron
-
“ABŞ-dan siqnal gözləyirik“ - Volodimir Zelenski
-
Əri ilə dalaşandan sonra zəhər içib... - Rəsmi açıqlama
-
Sabah Bakının bu ərazilərində qaz olmayacaq - Xəbərdarlıq
-
Putin və Si Cinpin arasında maraqlı dialoq - VİDEO
-
Bakı məktəblərində YENİLİK: Sentyabrın 15-dən ləğv olunur
-
Ağdərənin dağlıq ərazisində yanğın olub - VİDEO
-
Şəkini üfunət bürüdü: turistlər şəhəri tərk edirlər - VİDEO
-
“İnterekonomServis“ MTK binanın zirzəmisini qaraj adı ilə satır - ŞİKAYƏT
-
Bu avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmalıdır - Paytaxtın tıxac problemi
-
Tülin Ələkbərova restoranda qadını niyə döyüb? - TƏFƏRRÜAT
-
Geri çağırılan səfir kimdir? - Leyla Abdullayevanın yoldaşı...
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Adam baltalamaq istəyən Ağadadaşı heç bu qədər məhkəməyə çağırmayıblar” - Şərurlu İsfəndiyar
-
Son 30 ildə keçmiş SSRİ ölkələrinin iqtisadiyyatı necə inkişaf edib? - Tam siyahı
-
Kirayə mənzil bazarında artımlar ilboyu davam edir - Ekspert səbəbləri izah edir
-
Prezident bu ölkədəki səfiri geri çağırdı - Sərəncam
-
Tələbə kreditləri bu şəxslərə verilməyəcək - RƏSMİ
-
Xəzərdə əməliyyat keçirildi, iki iranlı saxlanıldı - Video
-
23 aptekdə yoxlama - Pozuntular aşkarlandı
-
Nazir Vilayət Eyvazov Naftalanda vətəndaş qəbulu keçirdi - VİDEO
-
Medvedevdən Avropaya şok hədə: “Qarşılıq torpaqla olacaq”
-
Yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
“1992-ci il fevralın 26-dan martın 8-dək Xocalıda talanlar davam edib“ - Təqsirəndirilən şəxsin etirafı
-
Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illiyi qeyd ediləcək - SƏRƏNCAM
-
Azərbaycanda əhali ildə nə qədər ət yeyir? - Rəsmi statistika açıqlandı
-
İş adamı Zöhrab Qəribova cinayət işi açıldı - 100-dən çox yulğun ağacını qırıb
-
Gecə muzeylərindən sualtı macəralara:Türkiyənin ən yaxşı “Noctourism” təcrübələri
-
Azərbaycanda regionun ən iri Batareya Saxlanc Sistemləri qurulur - Video
-
“Putin və Zelenski hələ danışıqlara hazır deyillər“ - Tramp
TOP 10
ARXİV