“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Maduro Trampın təhdidinə cavab verdi - “Silahlı mübarizə mərhələsinə keçəcəyik“

Tarix 06.09.25, 11:31

Font ölçüsü : - / +
bitmap-img6


Venesuela Prezidenti Nikolas Maduro ABŞ Prezidenti Donald Trampın təhdidinə cavab verib.

"Report" xarici mediaya istinadən xəbər verir ki, Maduro hazırda silahsız mübarizə mərhələsində olduqlarını, lakin "lazım gələrsə", silahları işə salacaqların bildirib.

"Biz sülh tərəfdarıyıq, amma, eyni zamanda, döyüşçü bir millətik. Kimsə – nə bu gün, nə də gələcəkdə bizi əsarət altına ala bilər. ABŞ Venesuelada zorakılıq yolu ilə rejimi dəyişdirmək planlarından əl çəkməlidir. Əgər hücum olarsa, xalqımız milli, yerli və regional səviyyədə planlı və təşkilatlanmış şəkildə silahlı mübarizə mərhələsinə keçəcək", - Maduro qeyd edib.

Venesuela xalqına hörmət olunmaq şərti ilə hər zaman dialoqa və danışıqlara açıq olduqlarını vurğulayan prezident: "Venesuellanın Karib dənizindəki ərazi suları xalqa məxsusdur. Sui-qəsdlər, təhdidlər, çevrilişlər və müdaxilələr Karib hövzəsi və Cənubi Amerikaya qayıtmamalıdır".

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Venesuela hərbi təyyarələrinin ölkəsinin Hərbi Dəniz Qüvvələrinə təhdid yaradacağı halda, onları vuracaqlarını açıqlayıb.



Xəbərin oxunma sayı : 316




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap