| |
|
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
Ramiz Mehdiyevin Rusiyaya yazdığı sensasiyalı məktub üzə çıxdı: nələr planlanırmış?
Əhmədzadənin yerinə Sultan-zadə - Adnan Əhmədzanin yerinə keçən Rüfət Sultan-zadə kimdir?
“360Marcom“ MMC KOBİA üçün niyə bu qədər önəmlidir? - ARAŞDIRMA
Şirvanda qeyri-müəyyənlik - İlqar Abbasov Mehdiyevin güdazına gedə bilər...
Yaxın vaxtlarda MSK-da “təmizlik” gözlənilir - Ramiz Mehdiyevin adamlarından
Dövlət Gömrük Komitəsində kürsü savaşı - Müavin və idarə rəisi Şahin Bağırovun yerinə göz dikib
Prezidentin açılışını etdiyi Hövsan stadionunda Ticarət Mərkəzi tikilir - İcazə sənədi yoxdur?
Anar Əlizadə Azərbaycanı tərk edib - Adı Adnan Əhmədzadə işində hallanırdı
Binəqədi rayonunda fərdi yaşayış evi obyektə çevrilib - Hacıbaba Babayevin saxta arayışı ilə...
Tendersiz 53 milyonluq sifariş! - AYNA-nın heyrət doğuran qanunsuzluğu üzə çıxdı
250 milyonluq dələduzluqda ittiham olunan azərbaycanlı iş adamı kimdir? - 11 şübhəli var
Azərbaycanın yeni iqtisadi hədəfləri: Qeyri-neft sektorunda davamlı artım
Tarix 30.11.25, 21:38 |
|
Son illərdə dünya iqtisadiyyatında müşahidə olunan qeyri-müəyyənliklər aktuallığını qoruyur. Proses özünü neft-qaz kimi strateji enerji məhsullarının qiymətlərindəki dalğalanmalarda da büruzə verir. Qlobal iqtisadi proseslər fonunda Azərbaycan da bu proseslərdən kənarda qalmır. Neft istehsalının ildən-ilə aşağı düşməsi, bu sahədən gələn gəlirlərin azalması prioritet kimi qeyri-neft sektorunun inkişafını ön plana çıxarır.
Qısa müddətdə çoxsaylı açılışlar
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirilir. Dövlət başçısının birbaşa iştirakı ilə istər paytaxtda, istərsə də bölgələrdə iqtisadiyyatın şaxələndirilməsində mühüm rola malik istehsalat müəssisələri istifadəyə verilir.
AzFakt.com mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Çox qısa zaman kəsiyində Prezident İlham Əliyev Qaradağ rayonunda "Matanat-A" şirkətinin "AZWOOL" mineral daş yunu zavodunun, Abşeron rayonunun Hökməli qəsəbəsində "Scandens Pharmaceutical Industries Ltd" MMC-nin dərman preparatları istehsalı müəssisəsinin, İmişlidə "Promalt" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) arpa emalı müəssisəsinin, Sabirabad Sənaye Məhəlləsində müxtəlif istehsalat mərkəzlərinin açılışlarında iştirak edib.

Göründüyü kimi, istifadəyə verilən istehsalat müəssisələri qeyri-neft sektorunun müxtəlif istiqamətlərini özündə cəmləşdirir ki, bu da sözügedən sahənin inkişafına kompleks yanaşmanın ortaya qoyulduğunun göstəricisidir.

Qarşıya qoyulan hədəflər
Qeyri-neft sektorunun inkişafı ilə bağlı qarşıya qoyulan hədəflərə dair statistik göstəricilər də müsbətdir. Hökumətin hesablamalarına əsasən, 2022-2025-ci illərdə Azərbaycanda ümumdaxili məhsulun (ÜDM) orta illik artımı 3.3% səviyyəsində proqnozlaşdırılır. ÜDM-dəki bu artımın əsas təkanverici qüvvəsi isə qeyri-neft-qaz sektorudur. Proqnoza əsasən, dördillik dövr üzrə ÜDM-in orta illik artımının 6.1% olacağı gözlənilir. Bu göstərici strategiyada müəyyən edilmiş hədəfdən daha yüksəkdir.
Prioritet elan etdiyi istiqamətlər bəllidir
Qeyd edək ki, Milli Məclisdə gələn ilin büdcə zərfinə dair müzakirələr zamanı açıqlanan hədəflər də qarşıdakı dövrdə qeyri-neft sektorunun ölkə iqtisadiyyatında və ÜDM-də payının aparıcı mövqeyə çıxarılmasının prioritet təşkil etdiyini söyləməyə əsas verir. Azərbaycanın uzun illər yüksək olan icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti gələn il ilk dəfə olaraq 19%-ə endiriləcək. Bu göstərici uzun illər 20%-in üzərində olub. Ortamüddətli perspektivdə 2029-cu ilin sonuna icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbətinin 13%-ə endirilməsi nəzərdə tutulur. Dünyadakı mövcud qlobal tendensiya və qeyri-müəyyənliklər nəzərə alındıqda, sözügedən hədəfə çatmaq çətin bir dinamika kimi qiymətləndirilsə də, dövlət başçısının prioritet elan etdiyi istiqamətlər bəllidir.

2026-cı il üçün 57% nəzərdə tutulub
Gələcək illərdə ölkənin maliyyə dayanıqlığı, sabit iqtisadi inkişaf üçün sağlam maliyyə imkanlarının formalaşdırılması baxımından büdcə gəlirlərinin nisbətində qeyri-neft sektorunun çəkisinin ağırlıq təşkil etməsi mühüm amildir. Bu baxımdan, gələn ilin büdcə layihəsinə nəzər saldıqda prosesin artıq dönməz mahiyyət aldığının şahidi oluruq. Bu rəqəm 2026-cı il üçün 57% nəzərdə tutulub. İcmal büdcədə bu göstərici 63%-ə çatır. Qeyd edək ki, ortamüddətli hədəf qeyri-neft gəlirlərinin 69%-ə yüksəlməsidir. 2025-ci ilin ilk doqquz ayının göstəricilərinə əsasən isə, özəl sektorun qeyri-neft-qaz vergi daxilolmalarındakı payı 77%-i ötüb. 2025-ci ilin proqnozları nəzərə alınmaqla, əhalinin gəlirlərinin əsas mənbəyi olan əməkhaqqı fondu qeyri-neft-qaz özəl sektorda 2019-2025-ci illərdə üç dəfə artıb.
Artan ixrac tempi
Verilən qərarların müsbət nəticəsi özünü qeyri-neft sektoruna aid ixrac tempində də büruzə verir. Məsələn, cari ilin yanvar-oktyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6.6 faiz artaraq 2.99 milyard dollar təşkil edib. Qeyd olunan dövrdə yeyinti məhsulları üzrə ixrac 19.8 faiz artaraq 962.1 milyon dollara bərabər olub. Cari ilin on ayında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 49.6 faiz, meyvə-tərəvəz 30 faiz, kimya sənayesi məhsulları 22.8 faiz, pambıq iplik 8.8 faiz, alüminium və onlardan hazırlanan məmulatlar 3.8 faiz artıb. Aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 19.1 faiz artaraq 1.03 milyard dollar təşkil edib.

Son illərdə Azərbaycanda yaradılan əlverişli investisiya mühiti, bu istiqamətdə aparılan ardıcıl islahatlar qeyri-neft sektoruna yatırılan xarici və daxili sərmayələrin də artmasına səbəb olub. İşğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələr, yeni sənaye parklarının, azad iqtisadi zonaların yaradılması, tranzit və infrastrukturun inkişaf etdirilməsi istiqamətində atılan addımlar qeyri-neft sektorunun inkişafı istiqamətində qarşıya qoyulan hədəflərə çatmaqda mühüm rol oynayır.
Görünən odur ki, ölkə iqtisadiyyatın şaxələndirilməsinə, neft-qaz sektorundan gələn gəlirlərdən asılılığın minimallaşdırılmasına yönəlmiş fəaliyyət ardıcıl şəkildə davam edir. Bu siyasətin nəticələri yaxın illərdə iqtisadi artım göstəricilərində daha aydın hiss olunacaq.
Xəbərin oxunma sayı : 1357
İqtisadiyyat
Xəbərlər
-
DTX Balakənin sabiq icra başçısının həbsi ilə bağlı məlumat yaydı - VİDEO
-
Ermənistan Aİ-dən yardım istəyib - Seçkilərə xarici müdaxilə ilə bağlı
-
Nazirlikdən dəm qazı ilə bağlı əhaliyə - Müraciət
-
Qızların oxumasına “yaxşı baxılmayan” kəndin ilk ali təhsilli qadını - Video
-
İl ərzində ən çox Günəş işığı alan şəhərlər - SİYAHI
-
“Partlayış səslərinə görə təşvişə düşməyin” - MN-dən əhaliyə çağırış
-
Metroda sıxlıq müşahidə olunur - Qatarlar tunellərdə dayanıb
-
Saray bağlarında Samur-Abşeron kanalında antisanitar vəziyyət - VİDEO
-
“Onu məndən daha çox sevirlər” - Tramp
-
Paytaxtda qazılan yolun sakinlərə yaratdığı təhlükə - VİDEO
-
Masallı meşələri zibillik poliqonuna çevrilib - VİDEO
-
Cəbrayılın Horovlu kəndinə növbəti köç karvanı yola salınıb - FOTO
-
Bu il Azərbaycana 10 ölkədən 2,7 min ton tualet kağızı idxal edilib - Siyahı
-
Yaponiya-Çin gərginliyi pik həddə: Qarşılıqlı hədələr durmadan artır
-
Məktəb direktorunun işə bərpa tələbi rədd edildi: Ali Məhkəmənin qərarı
-
“Gürcüstan Aİ-nin böhranına baxmayaraq, Avropanın bir hissəsi olmaq istəyir“ - Kavelaşvili
-
Zelenski danışıqlar barədə: “Bu artıq kompromisdir”
-
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib - XƏBƏRDARLIQ
-
“P-Aqro” MMC onlarla fermerin pambığını alıb, pulunu vermir - Vətəndaşlardan şikayət
-
Bəzi dağlıq ərazilərdə yollar buz bağlayacaq - Xəbərdarlıq
-
“Zelenski Krımı milyon faiz qaytara bilməyəcək“ - Putinin köməkçisi
-
Azərbaycanda ən yüksək və ən aşağı əməkhaqqı hansı sahələrdə verilir? – Siyahı
-
Qusarda ağır qəza: İki nəfər öldü, dörd nəfər yaralandı
-
Eyni mənzil bir neçə nəfərə satılıb? - Vətəndaşlar ayağa qalxdılar
-
“Mən kreslodan yapışmıram, təhlükəsizlik zəmanətləri şərti ilə seçkilərə hazırıq” - Volodimir Zelenski
-
Hesabat verən müəssisələr qarşısına yeni tələb qoyulub - QƏRAR
-
Bakının mərkəzində təhlükə: Torpaq sürüşməsi riski (VİDEO)
-
Xəstələrlə təmasda olanlar da vərəmə yoluxa bilərlər? - VİDEO
-
“Azercell” bu xidmətləri də bahalaşdırır - DETALLAR
-
Ukrayna Silahlı Qüvvələri rusların müdafiəsini yarıb - Kupyanskıda təmizləmə əməliyyatları aparır
-
Ən çox orta aylıq əməkhaqqı bu rayonlarda verilir - SİYAHI
-
“Azərbaycan Kitab Mükafatı“ təsis ediləcək: Müsabiqə ədalətli keçiriləcək?
-
“İki həyat yoldaşım var, mal-mülküm olmasaydı, mənə sahib çıxmazdılar” - VİDEO
-
Bəzi ərazilərdə leysan olacaq, qar yağacaq - Sabahın havası
-
Paytaxt restoranlarında Yeni il qiymətləri - VİDEO
-
Sumqayıtda böyük söküntü başlayır - VİDEO
-
Nəsimi rayonunda “qanunsuz artırma” - İcazəni kim verib?
-
Bu rayonlarda qar yağır - FAKTİKİ HAVA
-
Macarıstanda Orban əleyhinə kütləvi etiraz - uşaq zorakılığı qalmaqalı ölkəni silkələdi
-
“Watsapp“da qohumunun adı ilə 550 manatını mənimsədilər - VİDEO
-
Baba Rzayev 57.2 milyonluq layihələri tendersiz həyata keçirir - İşin birini 10 manatlıq şirkət görəcək
-
Sudanda BMT obyektinə zərbə endirildi: Altı nəfər həlak oldu
-
Argentina dünya çempionatından kənarlaşdırıla bilər - Korrupsiya qalmaqalına görə
-
Bakıda kanalizasiya suları vətəndaşın həyətinə axır - VİDEO
-
Son günlərin dələduzluğu - “Linkə daxil ol 850 manat qazan” VİDEO
-
“Almaniyanı “sıfırdan yeniləmək” lazımdır“ - Fridrix Merz
-
Xətai rayonunda iki ildir abadlıq işləri niyə yarımçıq qalıb? - VİDEO
-
Suriyada ABŞ hərbçilərinin qətlinə görə İŞİD-i ciddi qisas gözləyir - TRAMP
-
Əmək haqqının verilmə qaydasında dəyişiklik - VİDEO
-
Taksi sürücüsü həbs edildi: Hava limanından müştəri götürübmüş
-
Ərdoğan Putinlə görüşündən danışdı: “Dedi ki, sözümə əməl edəcəyəm“
-
“Bəzi abituriyentlərin cavabları şübhə yaratdığı üçün elan edilməyib“- Dövlət İmtahan Mərkəzi
-
İndoneziyada sel daşqanları - Ölənlərin sayı 1000-i keçdi
-
Qızıl külçələri telefonda gizlədib ölkəyə keçirmək istədi - VİDEO
-
Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalında azalma qeydə alınıb - STATİSTİKA
-
“Rusiya-Ukrayna münaqişəsində sülh uzaqda deyil“ - Ərdoğan
-
Tayland-Kamboca sərhədində döyüşlər yenidən qızışıb - “Reuters“
-
Əczaçılıq məhsullarının istehsalı iki dəfə artıb, spirt və gübrə istehsalı isə azalıb - STASTİKA
-
Bu şəxslərin gəlirlərindən daha çox pul tutulacaq - Gələn ildən
-
Sabah Bakıya sulu qar yağacaq - XƏBƏRDARLIQ
-
Elçin Əmirbəyov Polşada görüşlər keçirib - FOTO
-
Bakıda quldurluq edib Tərtərdə gizlənən şəxs saxlanıldı - VİDEO
-
Azərbaycanlı kapitan Ukraynada öldü... - Vətən müharibəsindən sağ qayıtmışdı
-
“16-cı NATO günləri” - kontr-admiral Azərbaycana gəldi
-
Cari ildə ölkədə 544 min ton ət istehsal olunub - STATİSTİKA
-
Azərbaycan qazı və Slovakiya texnologiyası: Yeni tərəfdaşlığın formulu
-
Yas mərasimlərində yeni TREND: Dəfnetmədə vağzalı səsləndirmək dində necə qarşılanır?
-
General Müdafiə Nazirliyində yüksək vəzifəyə - Təyin olundu
-
Bakıda 44 yaşlı kişinin qətlinin təfərrüatı - VİDEO
-
Salaha Səudiyyə Ərəbistanından təklif - Həftəlik 2,8 milyon
-
Xırdalanda güclü yanğın: İki nəfər xəsarət alıb, 20 sakin təxliyə edilib
-
Direktorla mübahisədən sonra işçi özünə xəsarət yetirdi - Kollecdə qalmaqal
-
“Təkər aləmi“ kimi tanınan bazar sökülür - VİDEO
-
“Rusiya - Ukrayna müharibəsinin həllində əhəmiyyətli irəliləyiş var“ - Tramp
-
Astarada sərxoş kişi arvadını döydü - Odun parçası ilə
-
Gözlənilən arxiv açıldı - Fotolarda Tramp da var
-
Bu gündən hava kəskin soyuyacaq - XƏBƏRDARLIQ
-
“Aygün Kazımova ilə illəri boşuna itirmişik” - Röya Ayxan
-
İbtidai sinif test toplusuna daxil edilmiş suallardan narazılıq - VİDEO
-
Deputat mandatı ləğv edilən Abbasov haqda şok: “Qadının evinə girib…”
-
Maddox DMCC müəmması: Rövşən Təhmrazov və Nubar Əliyeva kimdir?
-
Azərbaycanda əməkhaqqı ayda iki dəfə veriləcək - Yeni qanun
-
“Bəzən göndərməyə pulum olmayıb, nəvaziş görməyib” - Nərimanın atası
-
Zal Yusifovun oğlunun İŞİ: qarşı tərəfin iddiası təmin olunmadı
-
Sabiq nazirin əsl soyadı açıqlandı - Arxivdən TAPILDI + FOTOLAR
-
Aqibət Məmmədovun şirkəti daha tender qazandı - 1,5 milyonluq
-
Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib - Fotolar
-
“Türkiyə danışıqlara ev sahibliyi edə bilər...“ - Ərdoğan
-
Naxçıvanda yas mərasimində 20-dən çox şəxs zəhərləndi - Dəm qazından
-
Kamran Əsədova cinayət işi açıldı - Abituriyentlərə cavabları belə ötürürmüş
-
Borcunu qaytarmayan şəxslər nə qədər cərimə olunur? - CAVAB
-
Təhsil Nazirliyi bu şirkətə 195 min ödəyəcək - Tender keçirilməyib
-
Həftəsonu Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
Şamaxıda film kimi oğurluq: “İmperial“ın sahibinin 49 minlik qızılını apardılar
-
Azərbaycan futboluna mərc oyunlarının təsiri:hansı oyunlar qumara qoyulub?
-
Temperatur 5-7 dərəcə enəcək, bəzi yerlərdə qar yağacaq - XƏBƏRDARLIQ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Sürücülər ən çox hansı sığorta şirkətindən şikayət edirlər? - SIYAHI
-
ABŞ ekvadorlu cinayətkar haqqında məlumat üçün beş milyon dollar ödəyəcək - FOTO
-
“Hədəfimiz Cənubi Qafqazda sülhün möhkəmləndirilməsidir“ - Ermənistan Prezidenti
-
Şahin Şıxlınskiyə yekun ittiham elan olunub - İşi aparan və ifadə verənlər ermənilərdir
-
Azərbaycanda 2.8 tondan çox qızıl istehsal edilib - STASTİKA
-
“Körpü Bina Tikinti” MMC Dərnəgüldə bu ağacları məhv etdi - FOTO
-
Beyləqanda Heydər Əliyevin xatirəsi yad edildi - FOTOLAR
-
Messi Hindistanda 21 metrlik heykəlinin açılışında iştirak edəcək - FOTO
-
Nikah, boşanma, ölüm və doğuş sayı - 10 ayın statistikası
-
DTX əməkdaşları Fəxri xiyabanda Heydər Əliyevin xatirəsini anıblar - FOTO/VİDEO
-
Töhmət alan Rafael Hüseynov istefa verir? - AÇIQLAMA
-
Leysan olacaq, qar yağacaq - Sabahın havası
-
Azərbaycan əhalisinin gəlirləri 8 % artıb - RƏSMİ
-
Mehdiyevlərin bankı ən çox şikayət olunandır - Siyahı açıqlandı
-
Britaniya kral ailəsində qalmaqal: Şahzadə Uilyamın əmisi ondan qisas almağa çalışır?
-
“Azərişıq“ Xocavənd rayonunun elektrik şəbəkəsini yeniləyir - VİDEO
-
Mehdiyevlə bağlı daha bir qərar verildi - Həbibbəyli açıqladı
-
Sumqayıtda məktəbin qarşısında acınacaqlı vəziyyət: Yol keçilməz olub
-
DİN-in şəxsi heyəti Ulu Öndərin xatirəsini yad etdi - VİDEO
-
ABŞ Venesuela nefti daşıyan əlavə tankerləri ələ keçirə bilər - “Reuters“
-
Yanğın baş verən binanın sakinlərinə kompensasiya verilib? - VİDEO
-
Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi - FOTOLAR
-
Vüqar Qurbanov direktor müavinini işdən çıxardı - Yeni təyinat
TOP 10
ARXİV






