“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Bu il ət və ət məhsulları nə qədər bahalaşıb? - Siyahı

Tarix 20.11.25, 16:33

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin yanvar ayı ilə müqayisədə oktyabr ayında Azərbaycanda ət və ət məhsullarının qiymətlərində böyük artım qeydə alınıb.

AzFaktcom"Yeniavaz.com"-a istinadla xəbər verir ki, ən böyük bahalaşma konservləşdirilmiş mal ətində, sümüklü və sümüksüz mal ətində, həmçinin mal farşında müşahidə olunub.

Məlumata görə, sümüksüz mal ətinin orta satış qiyməti yanvarda 17,56 manat olduğu halda, oktyabr ayında 19,30 manata yüksəlib. Bu isə 1,74 manatlıq (təxminən 10%) artım deməkdir. Konservləşdirilmiş mal ətində isə qiymət 12,85 manatdan 14,45 manata yüksələrək 1,60 manat bahalaşıb.

Sümüklü mal ətinin qiymətində də diqqətçəkən artım var – ilin əvvəlində 14,46 manat olan məhsul oktyabrda 15,94 manata satılıb. Bu isə 1,48 manatlıq yüksəlişdir.
Qoyun ətində artım 1,02 manat, mal ciyərində 0,78 manat, suda bişmiş və hisə verilmiş kolbasa məhsullarında isə artım müvafiq olaraq 0,81 və 0,74 manat təşkil edib.

Toyuq əti bazarında isə dəyişiklik minimal olub. Toyuq ətində qiymət artımı cəmi 5 qəpik, toyuq filesində isə 3 qəpik səviyyəsində qalıb. Əlavə toyuq məhsullarında ümumiyyətlə dəyişiklik qeydə alınmayıb.

Ümumilikdə statistika göstərir ki, qırmızı ət və ət məhsulları seqmentində bahalaşma daha kəskin, quş ətində isə qiymətlər əsasən stabil qalıb.






Xəbərin oxunma sayı : 1729




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap