“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Bakıda iki məktəblinin qaçırıldığı iddia edilir - VİDEO

Tarix 23.04.25, 23:15

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda məktəbin qarşısında atanın hücuma məruz qaldığı, azyaşlı övladlarının avtomobillə qaçırıldığı iddia olunur.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Səbail rayonu, 49 saylı "İntellekt" məktəb-liseyin qarşısında baş verib.

Uşaqların atası Polad Piriyev deyir ki, o, öz oğlu ilə birgə qardaşı Eyvaz Piriyevin övladlarını da eyni gündə məktəbə gətirirmiş. Uşaqları taksidən düşürdükdən sonra bir neçə nəfər şəxs hücum edərək  azyaşlıları onun əlindən zorla alaraq qaçırıb. O iddia edir ki, hadisə onun keçmiş qayınanası və həyat yoldaşı tərəfindən törədilib. Onlar iki qardaş iki bacı ilə evləniblər. Cütlüklər ayrıldıqdan sonra ailələr arasında uşaqların atada və ya anada qalması ilə bağlı məsələ illərdir öz həllini tapmır.

Polad Piriyev deyir ki, həyat yoldaşından boşanandan sonra məhkəmənin qərarı ilə 2 övladından biri onunla, qızı isə anası ilə qalır. Qardaşı Eyvaz Piriyevin uşaqları ilə bağlı məsələ isə hazırda məhkəmə müstəvisindədir. Qaçırıldığı iddia edilən azyaşlıların dayısı ilə danışdıq. O, anasının nəvələrini oğurlaması iddialarını rədd etdi.

49 nömrəli məktəb-liseydən isə sorğumuza cavab olaraq bildirildi ki, aprelin 16-da dərsdən öncə məktəbin qarşısındakı küçədə ibtidai sinifdə təhsil alan 2 şagirdin valideynləri arasında münaqişə baş verib. Münaqişəyə səbəb məhkəmənin qərarı ilə ayrılmış ata və ana arasında övladları ilə bağlı anlaşılmazlıqdan yaranan məsələ olub. Münaqişə zəminində ata hüquq-mühafizə orqanlarına məlumat verib və hər iki valideyn övladları ilə birgə polis bölməsinə aparılıb. Həmin gündən sonra uşaqlar məktəbə gətirilməyib. Bununla bağlı məktəb rəhbərliyi tərəfindən şagirdlərin valideyni ilə görüş keçirilib. Valideyn isə mayın 1-də məsələyə Apellyasiya Məhkəməsində baxılacağını, uşaqların atada və ya anada qalacağına dair qərarın qəbul ediləcəyini bildirib.

Qeyd edək ki, həmin şagirdlər aprel ayında elektron yerdəyişmə ilə Cəlilabad rayonu, 9 nömrəli məktəbdən 49 nömrəli məktəb-liseyə yerdəyişmə edilib. Rayonda olarkən də ailə münaqişəsi zəminində uşaqların psixoloji təzyiqə məruz qaldığı iddia edilir. Hazırda fakt Səbail Rayon Polis İdarəsində araşdırılır.





Xəbərin oxunma sayı : 196




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap