![]() |
|














Bakıda tikinti biznesinin iç üzü - Qazanan məmurlar olur, bir də...
Tarix 23.04.25, 20:36 |
|

“Azərbaycanda tikinti biznesi (çoxmərtəbəli yaşayış binalarının tikintisi) dərəbəyliyin hökm sürdüyü ən böyük sahədir. “Dövlət-özəl tərəfdaşlığı” bizdə varsa, əsasən elə bu sahədədir. Amma bu tərəfdaşlıq mənfi mənadadır. Məmurlar da qazanır, tikinti işbazları da. İtirən isə ölkəmiz və vətəndaşlarımızdır. Çoxları bu sahənin necə işlədiyini bilmir. Odur ki, açıram sandığı – tökürəm pambığı”.
AzFakt.com xəbər verir ki, bu açıqlama ilə hüquqşünas Əkrəm Həsənov çıxış edib. O, tikinti şirkətlərindəki maxinasiyaların detallarını açıqlayıb, onları ifşa edib.
Ə. Həsənov bildirib ki, Azərbaycanda tikinti işi ilə peşəkarlar, yaxud kifayət qədər vəsaiti olan şəxslər məşğul olmur. Sadəcə əlində bir neçə yüz mini olan işbazlar məşğul olur. Hamı pulunu harasa qoyub qısa müddətdə böyük qazanc götürmək istəyir. Tikinti sahəsi də ən uyğunudur:
“Deməli, proses təxmini belə olur. Bir-iki nəfər fürsətçinin gözü düşür hansısa köhnə yaşayış binasına – orada yeni bina tikmək istəyirlər. Öyrənirlər ki, şəhər icra hakimiyyətindən (ŞİH) ilkin razılığın alınmasına nə qədər vəsait lazımdır. Sonra başlayırlar ətraflarına şəriklər toplamağa. Tutaq ki, 10 nəfər olurlar, hərəsi 500 min pul qoyur. Deməli, əllərində 5 mln manat var: bu pulla bina tikmək olmaz, xüsusilə məmurlara ödənilən böyük rüşvətlər fonunda. Buna görə də “maliyyə piramidası” işə düşür.
ŞİH pərdəarxası anlaşma əsasında qanunsuz olaraq sərəncam verir ki, işbazların gözü düşdükləri köhnə binanın altındakı torpağı bu on nəfərin yaratdığı hansısa “Evyıxan” MTK-nin istifadəsinə verir (sərəncam ona görə qanunsuzdur ki, binanın altındakı torpaq oradakı sakinlərin istifadəsindədir və başqasının istifadəsinə verilə bilməz). Sərəncamda gözdən pərdə asmaq üçün qeyd olunur ki, MTK sakinlərlə razılığa gəlməlidir (yeri gəlmişkən, bu məqamda tikiləcək binanın heç təsdiqli layihəsi də olmur: tam özbaşınalıqdır).
Amma təbii ki, razılığa gəlinmir: sakinlərin böyük hissəsi çıxmaq istəmir. MTK həyasızcasına hüquq mühafizə orqanlarının, icra məmurlarının və məhkəmələrin əli ilə binanı qanunsuz olaraq sökür (guya bina qəzalıdır), sakinləri oradan qovur və söz verir ki, hər ay kirayə haqqı verəcək, yekunda isə onlara yeni binada mənzil verəcək.
Bütün bunları qanuni yolla da etmək olar: belə ki, torpağı dövlətdən alaraq tikiləcək binadakı mənzilləri qabaqcadan qeydiyyata aldıraraq gələcək mülkiyyətçilərinə vermək olar, amma etmirlər. Çünki bu halda pul məmurların cibinə deyil, büdcəyə gələcək, bu isə heç kəsə sərf etmir. Buna görə də keçmiş sakinlərlə dəyəri üzərində yazıldığı kağızdan çox olmayan müqavilələr bağlanır (bir müddətdən sonra heç kirayə haqqı da ödəmirlər). Onlar qovulduqdan sonra isə başlayırlar reklam kampaniyasına ki, kim indi buradan mənzil alsa, ona ucuz başa gələcək. Camaat da başlayır əksər hallarda heç normal təsdiqli layihəsi olmayan tikiləcək binadan mənzil almağa və heç bir hüquqi qüvvəsi olmayan müqavilə müqabilində bu işbazlara pul ödəməyə.
Elə ki, pul axını başlayır, şəriklər ilk növbədə çalışırlar ki, tikinti ilə yanaşı mayalarını çıxarsınlar. Axın güclü olduqda bina nisbətən tez (amma yenə də söz verildiyi müddətdən gec) tikilir. Əks halda, proses uzanır, çünki şəriklər gələn pulun başına daş salırlar. Sonra pul çatmır və başlayırlar bir mənzili bir neçə dəfə satmağa. Bütün bunları fiktiv direktor edir ki, axırda cinayət məsuliyyətinə də o cəlb olunsun. Bu arada ev tikilsə belə (bəzən heç tikilib bitirilmir və ya bəyan edildiyindən az mənzil olur), həm şəriklər arasında dava düşür (kimsə daha çox pul yeyir və s.), həm də bir mənzili bir neçə dəfə almış şəxslərlə MTK arasında. Hələ sökülmüş binanın sakinlərini demirəm. Yekunda direktoru həbs edirlər, pulunu itirmiş vətəndaşlara isə deyirlər ki, günahkar cəzasını aldı, pulunuz isə batdı. Ara yerdə məmurlar da işbazlardan yenə pul qoparır”.
Ə. Həsənov bildirib ki, yekunda mənzil yiyəsi olanlar sevinir ki, bəxtləri gətirdi: “Bəzən həmin şəxslər elə şəriklərin adamı olur: onların adına yekunda arxa tarixlə müqavilə qayırırlar və onlar da vicdanlı mənzil alanların üzünə durur ki, sizdən əvvəl almışam, mənzil mənimdir. Baxmayaraq ki, bina nəinki standartlara cavab vermir və xeyli problemi var, hətta mənzillərin sahəsi də bəyan edildiyi sahədən az olur.
Şəriklər tikilmiş binadan da əllərini çəkmirlər. Baxmayaraq ki, qanuna görə binanı mənzil mülkiyyətçiləri idarə etməlidir, MTK idarəetməni əldən vermir ki, əlavə gəlir götürsün. Bina üçün heç bir iş görmədən sakinlərdən pul yığırlar. Hətta ölkənin ən nüfuzlu tikinti şirkətləri (ən tanınmış holdinqlər) həyasızcasına mənzil alqı-satqısı müqaviləsinə bənd daxil edirlər ki, binanı tikəndən sonra da idarəetməni biz həyata keçirəcəyəik. Göz doymur axı! Yəni bu tanınmış holdinqlər əlbəttə yuxarıda qeyd etdiyim bütün bu özbaşınalıqları etmirlər, amma inhisarçı mövqelərindən sui-istifadə edərək mənzilləri çox baha satırlar və hər bir halda sonrakı idarəetməni də sakinlərə sırıyırlar.
Beləliklə, yekunda qazanan korrupsioner məmurlar və tikinti işbazları (şəriklər) olur. Fiktiv direktor da bir neçə il kurort şəraitində həbsxanada cəzasını çəkib çıxır. Ən böyük zərəçəkənlər isə əvvəlki binada mənzilini itirənlər və yeni binada mənzil üçün pul verib mənzil ala bilməyənlərdir.
Mənzil əldə edənləri də udmuş tərəf saymaq olmaz. Çünki bina keyfiyyətsizdir (şəhərin özünün infrastruktunun bərbad olması başqa söhbətdir – yağış zamanı görürük), mənzilin sahəsi azdır, idarəetmə elə bu işbazların əlindədir və s.
Üstəlik mənzili yaşamaq üçün deyil, guya sərmayə üçün alanlar ən acınacaqlı vəziyyətdədir. Çünki Azərbaycanda tikinti maliyyə piramidasıdır. Məmurlar və işbazlar əhalidən pul çıxarmaq üçün dayanmadan tikir və mənzilləri baha satır. Əhalinin pulu isə azala-azala gedir. Bizi yaxın 10 ildə gözləyən kəskin iqtisadi tənəzzül (neftimiz qurtarır, normal hüquqi və iqtisadi sistem yoxdur, başqa nə olmalıdır ki?!) nəticəsində daşınmaz əmlakın qiyməti guppultu ilə düşəcək. Və onda bu bərbad infrastrukturlu şəhərdə keyfiyyətsiz binalarda real dəyərindən qat-qat çox pul ödəmiş mənzil sahibləri dizinə döyəcək...”
Xəbərin oxunma sayı : 145
Sosial
Xəbərlər
-
62 yaşlı Hülya Avşar biaırçı geyimdə çıxdı - VİDEO
-
““Azəristiliktəchizat” subsidiya ilə işləyir, bizdə tariflər aşağıdır” - İlham Mirzəyev
-
Bakıda iki məktəblinin qaçırıldığı iddia edilir - VİDEO
-
“Zelenskinin istefası Rusiyanın danışıqlar üçün tələbləri arasında deyil“ - Peskov
-
FİFA Vinisiusu futboldan uzaqlaşdıra bilər - Bir neçə futbol klubunun sahibi olduğu üçün
-
Əvəz Zeynallının məhkəməsi olacaq - Sabah
-
Daha bir kosmetoloqdan şikayət - “Ayağımdan irin axır”
-
“Neftçi” kubokdan kənarlaşdırıldı - “Sabah” finalda
-
Hindistan əsas sərhəd postunu bağlayır - Pakistandakı səfirlik işçilərini ixtisar edir
-
Bu kənddə xəstələnən peşman olur - VİDEO
-
Gürcüstanda əcnəbilərlə bağlı cərimələr artırılır - Yeni cəza növü tətbiq olunur
-
“Ucuzluq“ və “Esma“da müştərilərin cibini “təmizlədi“ - 3 il həbs cəzası
-
Bakıda tikinti biznesinin iç üzü - Qazanan məmurlar olur, bir də...
-
Qubada körpü qəzalı vəziyyətə düşüb - 30-dan çox kəndə gediş-gəliş çətinləşib
-
“ABŞ Rusiyanın Ukrayna ilə bağlı mövqeyini indi daha yaxşı başa düşür“ - Rubio
-
Əfv Komissiyasının iclası keçirilib - 100-dən çox müraciətə baxılıb
-
Bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ
-
“Miqrantların azalması Rusiyanın iqtisadi inkişafını təhlükə altında qoya bilər“ - Lavrov
-
“Azərbaycanla əməkdaşlığın inkişafı üçün böyük potensial var“ - İran Prezidenti
-
Ermənistana casusluqda ittiham olunan şəxsə - Hökm oxundu
-
Avtobus zolağına daxil olan sürücülərə - Xəbərdarlıq
-
Şəhidin övladları Türkiyədə qızıl və bürünc medal qazanıblar - Fotolar
-
İstanbulda zəlzələ zamanı 151 nəfər özünü binadan atıb - İstanbul Valiliyi
-
Növbəti iki gündə bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Yeddi Gümbəz”də 29 yaşlı qadın öldürüldü - Əri saxlanıldı
-
Baş nazir kimlərin maaşını və neçə faiz artırdı? - Deputat açıqladı
-
Vəkil olmaq istəyən 104 nəfər şifahi müsahibədən keçib - SİYAHI
-
Azərbaycan prezidenti Pekində Xalq Qəhrəmanları Abidəsini ziyarət edib - FOTOLAR
-
“Roma Papası üçün dua oxuyub, onun ruhunu yad edirik“ - Allahşükür Paşazadə
-
PKK özünü aprelin sonuna qədər buraxacaq - KİV
-
“Məzənnə sabitdirsə, hərrac nəticələrinin açıqlanması əhəmiyyət daşımır” - Taleh Kazımov
-
“Nar” dan “OneRepublic” konsertinə xüsusi hədiyyə: Səhnəyə ən yaxın sən ol!
-
Yeni binalarla bağlı dəyişiklik - Vahid istilik sistemi olacaq
-
Mehriban Əliyeva ailəsi ilə Pekini gəzdi - Fotolar
-
İstanbulda iki güclü zəlzələ - Nazir vətəndaşlara xəbərdarlıq etdi
-
Ölkənin Baş Notariusu saxlanılıb? - Anar Süleymanov vəzifəsindən azad edilib
-
Prezident daha bir görüş keçirdi - Fotolar
-
“Vaşinqtonla razılığa gəlmək şansı var“ - Narışkin
-
Çində Prezidentin şərəfinə verilən ziyafətin menyusu - FOTO
-
Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
-
Prezident Çinin Baş naziri ilə görüşdü - FOTOLAR
-
Ağdamda 5, Kürdəmirdə isə 11 məcburi köçkün ailəsinə mənzil verilib - Siyahı
-
Tağıyev qəsəbəsində ağaclar kəsildi - Prokurorluq araşdıracaq
-
Prezidentin rəsmi qarşılanma mərasimindən - Fotolar
-
Nazir rəisi təqaüdə göndərdi - Yeni təyinat
-
“Xalq heç vaxt ərzaqla sınağa çəkilməməlidir” - Azər Əmiraslanov
-
Röya Ayxanın 130 minlik səhnə tərzi - VİDEO
-
Azərbaycanla Çin arasında Birgə Bəyanat imzalandı - TAM MƏTN
-
Putinin Trampa hədiyəsi məlum oldu - FOTO
-
Naxçıvanda 75 yaşlı qadını öldürüb quyuya atdılar - Həmcinsi tutuldu
-
Çinlə vizasız səfərlər haqda sənəd imzalandı - Fotolar
-
Azərbaycanda inflyasiya nə qədər olacaq? - PROQNOZ
-
3 aya 108 maşın yanıb - Sürücülərə müraciət
-
Kartof-soğan niyə ucuzlaşmır? - VİDEO
-
Bu ərazilərdə söküntü olacaq - Kompensasiya şərtləri açıqlandı (VİDEO)
-
Lerikdə polis əməliyyat keçirdi: 10 kiloqram narkotik vasitə aşkarlandı (VİDEO)
-
Şamaxı-Cabanı yolunda sürüşmə: Sürücülər çətinliklə hərəkət edirlər (VİDEO)
-
Borudan televizora qədər... - Bağ evindən oğurluq
-
İlham Əliyevlə Si Cinpinin geniş tərkibdə görüşü oldu - Fotolar
-
Dünyanın ən gözəl insanı odur... - 62 yaşı var
-
Si Cinpin İlham Əliyevi qarşıladı - FOTO
-
Azərbaycan-Çin əməkdaşlığının inkişafı hər iki ölkənin mənafeyinə uyğundu
-
Azərbaycan və Çin arasında humanitar mübadilələr və turizm sahələri inkişaf edir
-
Bu gün instaqramda paylaşılanlar - FOTOLAR
-
Aparatla “burun kiçiltmə“ edənlərə xəbərdarlıq - VİDEO
-
Krım bizim ərazimizdir, Ukrayna xalqının ərazisidir - Zelenski
-
Lökbatanda göl içində üzən evlərin tikilməsinə icazəni hansı qurum verib? - Açıqlama
-
“Azərbaycan və Pakistanla birlikdə yeni addımlar atacağıq“ - Ərdoğan
-
Tarixin ən varlı idmançısı - Maykl Cordan
-
Keçmiş SSRİ və region ölkələrində maaşlar - Azərbaycan sonunculardandır
-
Papanın üzüyü çəkiclə sındırılacaq - Səbəb bu imiş
-
“Azərbaycan hökumətinə nə olub ki?..“ - Sahibə Qafarovadan deputata irad
-
Məktəblini piyada keçidində maşın vurdu - Sürücü saxlanıldı
-
“Hər mövzuda eyni tərəfdəyik” - Tramp
-
Azərbaycan-Çin münasibətlərində yeni səhifə
-
UEFA Azərbaycan klublarına vəsait ayırdı - SİYAHI
-
“Bir gündə iki oğlumu itirdim” - Onlar danışdı, Vardanyan dinlədi
-
Sabah bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ
-
Dövlətə xəyanətdə təqsirləndirilən İvan Svetliçnıyə hökm oxunub - 16 il 1 ay
-
Azərbaycan-Çin münasibətlərində strateji tərəfdaşlıq daha qlobal əməkdaşlığa çevrilir
-
Paytaxtın avtobus dayanacaqları yenilənir - 1,7 milyon manat ayrıldı
-
Ramin Şükürov həbs edildi - Korrupsiya cinayətlərində təqsirləndirilir
-
Gülsüm Əliyevanın qanunsuz fəaliyyəti - Ayağındakı deşikdən 10 aydır irin axır
-
Afaq Bəşirqızı ilə Almaz Ələsgərova arasında nə baş verib? - Qalmaqal
-
Bu şəxslərin pensiyasına əlavələr ediləcək - Açıqlama
-
“Səhralıqda çox qızların başına oyun açıblar” - Model Səmra
-
Kimlər “Lukoyl”un hesabına milyarder olub? - Siyahı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Şölə Məmişova “Aristokrat”da estetik prosedurları icra edir? - FOTO
-
Həmin qadın 200 manat cərimə edildi - VİDEO
-
Deputat tanış və tapşırıqla vəzifələri ələ keçirənlərdən danışdı - VİDEO
-
Prezident və birinci xanım Çinə səfərə getdi - FOTO
-
“Moskva rəsmi İrəvanın Avropa İttifaqına can atmasından narahatdır“ - Lavrovun müavini
-
Azərbaycanda kazino biznesinə icazə verilir? - Milyonların geridönüşü...
-
Bu şəxslər mediator ola bilməyəcəklər - SİYAHI
-
İcazəsiz icra başçısının qəbuluna getdi, direktor danladı - Xəstəxananın şüşəsini sındırdı
-
Azərbaycanda 1,3, Ermənistanda 1,1, Gürcüstanda 0,7 dollara... - Kartof 2,4 dəfə bahalanıb
-
Oğlu şantaj edilən ananın şikayəti ilə - Həbs olundular
-
“7 ildə Eldar Əzizov bu problemləri niyə həll etməyib?” – “Bakı Şəhər Bələdiyyəsi təsis olunmalıdır”
-
Bəzi dövlət qurumlarındakı vəzifə maaşları ilə bağlı - QƏRAR
-
Sosial xidmətlərlə bağlı qanunda - Yeni maddə
-
Turizm Agentliyi xarici jurnalistləri Azərbaycana gətirəcək - 1,8 milyon pul ayrılıb
-
Britaniya səfirindən fransızsayağı addım - Ermənistandakı ingilis diplomat Gorusa niyə gedib?
-
Deputat Ülvi Quliyevin oğlundan Prezidentə şikayət - Nə baş verib?
-
Analar gününü İzmirin Urla bölgəsində qeyd edin - Fotolar
-
Leyla Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü - Fotolar
-
Günəbəxan emalı sexinin fəaliyyəti dayandırıldı - VİDEO
-
Temperatur 29 dərəcəyədək yüksələcək - Sabahın havası
-
Həsənrizə daha 20 ailə köçürülür - Fotolar
-
Mərkəzi Banka yeni direktor təyin edildi - FOTO
-
Leyla Əliyeva Vyetnamda muzeydə - FOTOLAR
-
Bu idarələrə yeni müdir müavinləri təyin edildi - FOTOLAR
-
Təmirə görə bu yollar bağlanıb - Sürücülərin diqqətinə!
-
Mərkəzi Bankın yeni binası bu tarixdə təhvil veriləcək - FOTO
-
“Avant Group“ MTK ağacları kütləvi kəsdi - Cinayət işi açıldı
-
İrandan PUA ilə 6 kq narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
-
Hidayət Heydərov millinin heyətindən çıxarıldı - AÇ-yə getməyəcək
-
“Meyxanaçılar gənclərin tərbiyəsini pozur“ - VİDEO
-
Leysan olan gün evdən qaçıblarmış - Aygünün atası danışdı
TOP 10
ARXİV