“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Gürcüstanda əcnəbilərlə bağlı cərimələr artırılır - Yeni cəza növü tətbiq olunur

Tarix 23.04.25, 21:12

Font ölçüsü : - / +
bitmap-img6


Gürcüstanda əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin qanun pozuntularına görə tətbiq edilən cərimələr artırılır.

“Report” xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən hazırlanmış qanunvericilik dəyişiklikləri layihəsinə əsasən, bir sıra qayda pozuntularına görə cəza tədbirləri sərtləşdirilir və yeni cəza növü – ölkədən çıxarılma və müəyyən müddətə giriş qadağası tətbiq olunur.

Layihəyə əsasən, əcnəbinin qanuni qalma müddəti bitdikdən sonra Gürcüstanda üç ayadək qalması 180 lari deyil, 1 000 lari cərimə ilə nəticələnəcək. Bundan əlavə, həmin şəxsə ölkəyə 6 ay müddətinə giriş qadağası qoyula bilər. Əgər əcnəbi qanuni müddət bitdikdən sonra bir ilədək Gürcüstanda qalarsa, bu zaman 2 000 lari cərimə və 2 il müddətinə giriş qadağası tətbiq ediləcək. Bir ildən çox qalma halında isə daha uzunmüddətli qadağa nəzərdə tutulur.

Tranzit qaydalarının pozulmasına görə tətbiq edilən cərimə də artırılaraq 100 laridən 500 lariyə qaldırılır. Həmçinin, əcnəbinin Gürcüstana dəvəti, ona xidmət göstərilməsi və ya xidmətlərindən istifadə edilməsi ilə bağlı qanunvericiliyin pozulması halında, əvvəllər 100 lari olan cərimə 2 000 laridək artırılır.

Ən diqqətçəkən dəyişikliklərdən biri isə əcnəbilər tərəfindən cinayət törədilməsi ilə bağlıdır. Qanun layihəsinə əsasən, əcnəbi Gürcüstandan çıxarılacaq və 2 ildən 20 ilədək ölkəyə girişinə qadağa qoyulacaq. Bu, həm əsas, həm də əlavə cəza kimi tətbiq edilə bilər.

Bundan başqa, deportasiya qərarının icrasına əngəl törədən – məsələn, səyahət sənədini qəsdən məhv edən və ya onu əldə etməkdən yayınan şəxslər bir ildən altı ilədək azadlıqdan məhrum edilə bilər.

Qanun layihəsi hazırda parlamentin müzakirəsindədir.



Xəbərin oxunma sayı : 154




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap