“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

PKK özünü aprelin sonuna qədər buraxacaq - KİV

Tarix 23.04.25, 15:42

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyədə fəaliyyəti qadağan edilmiş və terror təşkilatı kimi tanınan Kürdüstan Fəhlə Partiyası (PKK) aprelin sonuna qədər özünü buraxmaq barədə qərar qəbul edəcək.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.
Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rəsmi nümayəndəsi Ömər Çelik aprelin 21-də jurnalistlərə bildirib ki, uzun müddətdir davam edən kürd probleminin həlli məsələsində cari ay ərzində əhəmiyyətli irəliləyişlər ola bilər.
Nəşr qeyd edir ki, aprelin 22-də terror fəaliyyətinə görə ömürlük həbs cəzası çəkən PKK lideri Abdullah Öcalanla görüşən kürdpərəst DEM partiyasının nümayəndələri də analoji ruhda danışıblar.
Digər tərəfdən, nəşrin yazdığına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana PKK-nın aprelin sonuna qədər silahlı qarşıdurmanı dayandıracağı və özünü buraxacağı barədə məlumat verilib.
Qeyd edək ki, “Sözcü” qəzeti daha əvvəl mənbələrə istinadla xəbər vermişdi ki, əsas qüvvələri İraqda yerləşən PKK mayın 5-də İraq Kürdüstanının Süleymaniyyə şəhərində konqres keçirəcək və orada özünü buraxmaq məsələsi həll olunacaq. PKK-nın tərksilah edilməsi və buraxılması prosesi iyun ayına qədər başa çatdırılacaq.
Xatırladaq ki, fevralın 27-də Mərmərə dənizinin İmralı adasında həbsdə olan Öcalan bütün PKK-ya bağlı qrupları silahlarını yerə qoymağa və təşkilatı buraxmağa çağırıb. Bu çağırışa cavab olaraq martın 1-də PKK atəşkəs elan edib və özünü buraxmaq məsələsinə baxılması üçün qurultay çağırmağa hazır olduğunu bəyan edib.
Türkiyə ilə PKK arasında münaqişə 1984-cü ildən davam edir. Türkiyə hakimiyyəti PKK-nı milli təhlükəsizliyə təhdid hesab edir və mütəmadi olaraq respublika ərazisində onun tərəfdarlarına qarşı reydlər, eləcə də Şimali İraq və Suriyada əməliyyatlar həyata keçirir.



Xəbərin oxunma sayı : 325




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap