Damla İranda hicabsız konsert verdi, zal bağlandı - VİDEO Çimnaz çılpaq şəkillərini satışa çıxardı - FOTO Aygün Kazımovadan cazibədar - Fotolar Xanəndə yeni eşq yaşamağa başlayıb? - FOTO
Axtar
 
  • / Maqazin / — 02 İyul 2024

    Damla İranda hicabsız konsert verdi, zal bağlandı - VİDEO

  • / Maqazin / — 26 İyun 2024

    Çimnaz çılpaq şəkillərini satışa çıxardı - FOTO

  • / Maqazin / — 25 İyun 2024

    Aygün Kazımovadan cazibədar - Fotolar

  • / Maqazin / — 19 İyun 2024

    Xanəndə yeni eşq yaşamağa başlayıb? - FOTO

  • / Maqazin / — 18 İyun 2024

    Məşhurlarımız özlərinə hansı biznesi qurublar? - SİYAHI

  • / Maqazin / — 06 İyun 2024

    “Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin

“Nasosnu” üçün 237 min manatlıq güllər alınacaq – Siyahı

Tarix 02.07.24, 18:22

Font ölçüsü : - / +
bitmap-img6


Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının Zeynalabidin qəsəbəsində (Nasosnu) Nümayəndəliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, tender müsabiqələrinin qalibi “Eko Ferma Azərbaycan” MMC (VÖEN – 1203022601) olub.
“Eko Ferma Azərbaycan” MMC Sumqayıt İcra Hakimiyyəti başçısının Zeynalabidin qəsəbəsində Nümayəndəliyinə müxtəlif güllər, ağac və qazon satacaq qarşılığında 237 min manat alacaq.

Satın alınacaq güllər, ağac və qazon aşağıdakı kimi olacaq:
Viola (bənovşə gülü) – 15 000 ədəd
Geran (Ətirşah gülü) – 15 000 ədəd
Xrizantema (Payız gülü) – 15 000 ədəd
Begoniya (Yuxu gülü) – 15 000 ədəd
Primula gülü – 15 000 ədəd
Oleand (Söyüdgülü) – 5 000 ədəd
Portulaq (Rozmarin gülü) – 15 000 ədəd
Zinniya gülü – 15 000 ədəd
Kasmeya – 15 000 ədəd
Limon küknar – 5 000 ədəd
Zeytun ağacı – 2 500 ədəd
Qazon – 60 000 kv. metr

Qeyd edək ki, tender müsabiqəsinin qalibi olan “Eko Ferma Azərbaycan” MMC 02 fevral 2022-ci il tarixində dövlət qeydiyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Qurban Xəlilov, ev 8, m. 59-da yerləşir. MMC-nin qanuni təmsilçisi Masimov Rüfət Ramazan oğludur.

Onu da bildirək ki, Masimov Rüfət Ramazan oğlu (VÖEN – 1202799512) əvvəllər fərdi sahibkar kimi Sumqayıt Şəhər İcra Hakimiyyətinin keçirdiyi çoxsaylı tender müsabiqələrinin qalibi olub.



Xəbərin oxunma sayı : 484




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap