Damla İranda hicabsız konsert verdi, zal bağlandı - VİDEO Çimnaz çılpaq şəkillərini satışa çıxardı - FOTO Aygün Kazımovadan cazibədar - Fotolar Xanəndə yeni eşq yaşamağa başlayıb? - FOTO
Axtar
 
  • / Maqazin / — 02 İyul 2024

    Damla İranda hicabsız konsert verdi, zal bağlandı - VİDEO

  • / Maqazin / — 26 İyun 2024

    Çimnaz çılpaq şəkillərini satışa çıxardı - FOTO

  • / Maqazin / — 25 İyun 2024

    Aygün Kazımovadan cazibədar - Fotolar

  • / Maqazin / — 19 İyun 2024

    Xanəndə yeni eşq yaşamağa başlayıb? - FOTO

  • / Maqazin / — 18 İyun 2024

    Məşhurlarımız özlərinə hansı biznesi qurublar? - SİYAHI

  • / Maqazin / — 06 İyun 2024

    “Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin

Bu prospektdə təmir aparılır - VİDEO

Tarix 02.07.24, 18:05

Font ölçüsü : - / +
bitmap-img6


Paytaxtın Azadlıq prospektində əsaslı təmir işləri davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, təmir işləri prospektin Mixail Kaveroçkin küçəsindən Cəfər Xəndan küçəsinədək olan hissəsində aparılır.

Prospektdə köhnə asfalt-beton örtüyünün frezlənməsi, yolun profilə salınması işləri icra olunub. Hazırda yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. “İnşaat Norma və Qaydaları”na uyğun, tərtib olunmuş qrafiklə sürətlə və keyfiyyətlə icra edilən təmir işlərinin son mərhələsində sözügedən ərazi üfüqi nişanlanma xətləri ilə təmin olunacaq.

Təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.

“Təmir müddətində sürücülərdən sözügedən ərazidə müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur”, - deyə Agentlikdən bildirilib.






Xəbərin oxunma sayı : 487




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap