“Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO “Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 06 İyun 2024

    “Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin

  • / Maqazin / — 01 İyun 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

14 yaşlı qız anasından xəbərsiz ərə verildi - Həbs edilən var

Tarix 23.05.24, 12:36

Font ölçüsü : - / +
bitmap-img6


Ağcabədi rayonunda 14 yaşlı qızla evlənən şəxs cinayət məsuliyyətinə cəlb edilib.

"Qafqazinfo” xəbər verir ki, barəsində Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılan Hindarx qəsəbə sakini, 25 yaşlı Tufan Qubadov (ad və soyadlar şərtidir) məhkəmə qarşısına çıxarılıb.

Bildirilib ki, Tufan 6 ay əvvəl Ağcabədidəki "Yunus” şadlıq evində toy edərək dayısı qızı olan 14 yaşlı Səbinə ilə evlənib. Həmin vaxt qızın anası ölkədə olmadığından toydan xəbərsiz olub. O, övladının Tufanla evləndirilməsini öyrəndikdən sonra DİN-ə müraciət edib və araşdırma aparılıb. Araşdırmalarla yetkinlik yaşına çatmayan qızın öz razılığı ilə evləndirilməsi müəyyən edilib və T.Qubadov barəsində cinayət işi açılıb. Həmçinin qızın atası və nənəsinin iştirakı ilə evləndirilməsi bəlli olub.

Ağcabədi Rayon Məhkəməsinin 16 may tarixli hökmü ilə dayısının 14 yaşlı qızı ilə evlənən şəxsə 1 il 2 ay həbs cəzası verilib.



Xəbərin oxunma sayı : 910




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap