“Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO “Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 06 İyun 2024

    “Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin

  • / Maqazin / — 01 İyun 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

“Nar” ölkə üçün önəmli sosial layihələri dəstəkləməyə davam edir

Tarix 23.05.24, 17:36

Font ölçüsü : - / +
bitmap-img6


“Nar” cəmiyyətin sosial və iqtisadi həyatına müsbət dəyişikliklər gətirən faydalı layihələrə dəstəyini fəal şəkildə davam etdirir.

AzFakt.com xəbər verir ki, Azərbaycanı BMT-nin Qlobal Sazişində təmsil edən ilk telekommunikasiya brendi kimi “Nar” BMT-nin Davamlı İnkişaf Məqsədlərinə uyğun olaraq fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyasını təşviq etmək və təhsilə dəstək istiqamətindəki Korporativ Sosial Məsuliyyət (KSM) layihələrinə xüsusi önəmlə yanaşır.

Mobil operator üçün sosial layihələrin əhəmiyyətini vurğulayan “Nar”ın Baş İcraçı Direktoru Qunnar Panke bildirib: “Korporativ sosial məsuliyyət biznes olaraq strategiyamızın əsas sütunlarından biridir. Təkcə 2023-cü ildə biz 30 sosial təşəbbüsü dəstəkləmişik, son 3 ildə isə sosial layihələrə 10 milyon manatdan çox sərmayə yatırmışıq. Bu, bizim cəmiyyətdə müsbət dəyişiklik etmək öhdəliyimizə sadiqliyimizi göstərir. “Nar” olaraq gələcəkdə də müxtəlif sosial layihələr həyata keçirməyə davam edəcəyik”.

“Nar”ın dəstəyi ilə ərsəyə gətirilən ilk Azərbaycan jest dili elektron lüğəti – “jestdili.az” 30 mindən çox eşitmə və nitq məhdudiyyətli azərbaycanlıya Azərbaycan jest dilini tamamilə pulsuz öyrənmək imkanı verib. “Jestdili.az” əvəzsiz və faydalı resurs olmasına görə beynəlxalq dərəcədə də yüksək qiymətləndirilib və “Korporativ Məsuliyyət” kateqoriyasında ən uğurlu layihə kimi Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyasının “Qızıl Dünya Mükafatı”na layiq görülüb.

“Nar”ın KSM strategiyasının digər istiqaməti Azərbaycan gəncləri arasında idman və sağlam həyat tərzinin təbliğidir. “Nar” 2023-cü ildən Azərbaycan Voleybol Federasiyasının rəsmi tərəfdaşıdır və milli komandalarımızın həm yerli, həm də beynəlxalq arenalarda qazandığı uğurlarla qürur duyur. Bundan əlavə, “Nar” “Zirə” futbol klubunun rəsmi tərəfdaşı kimi futbol, şahmat, boks və digər idman növləri üzrə təşəbbüsləri dəstəkləyir.

“Nar” sosial təşəbbüslərin həyata keçirilməsinə davamlı olaraq öz töhfəsini verir. “Nar”ın faydalı sosial layihələri haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

https://www.nar.az/senin-ucun/xeberler page=1&category=X%C9%99b%C9%99rl%C9%99r

Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.



Xəbərin oxunma sayı : 601




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap