Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

“Qəzza məsələsində çox ciddi danışıqlar aparırıq“ - Tramp

Tarix 08.10.25, 16:20

Font ölçüsü : - / +
bitmap-img6


Qəzzada atəşkəsin təmin edilməsi üçün səylər göstəriləcək. 

Bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

Tramp bu fikri Kanada Baş naziri Mark Karni ilə Ağ Evdə keçirdiyi görüş zamanı jurnalistlərin suallarını cavablandırarkən səsləndirib. 

ABŞ lideri qeyd edib ki, Qəzza ilə bağlı danışıqlar davam edir, bu məqsədlə Misirə bir heyət göndərilib və yaxın günlərdə yeni bir komanda da regiona yollanacaq.

“Qəzza məsələsində çox ciddi danışıqlar aparırıq. Mən inanıram ki, Yaxın Şərqdə sülh mümkündür. Region ölkələri və beynəlxalq ictimaiyyət bu prosesi dəstəkləyir”, – Tramp deyib.

Bir jurnalistin “Ərəb ölkələrinə, girovlar azad olunduqdan sonra İsrailin hücumlara yenidən başlamayacağına dair hansı təminatlar verirsiniz?” sualına cavab olaraq Tramp bildirib:“Əgər bu razılaşma baş tutarsa, hər kəsin ona əməl etməsi üçün əlimizdən gələni edəcəyik. Biz çox güclü mövqedəyik".


ABŞ Prezidenti əlavə edib ki, mümkün atəşkəs təkcə Qəzzada deyil, bütövlükdə Yaxın Şərqdə sabitliyin möhkəmlənməsinə töhfə verəcək:“Gördüyüm qədərilə bu planı dəstəkləməyən ölkə yoxdur. Həqiqi mənada sülh üçün bir fürsət yaranıb".



Xəbərin oxunma sayı : 382




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap