Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Ali Məhkəmədə iclas - Plenum qərarlarında dəyişiklik edilib

Tarix 08.10.25, 10:42

Font ölçüsü : - / +
bitmap-img6


Ali Məhkəmənin Plenumunun növbəti iclası keçirilib.

AzFakt.com xəbər verir ki, iclasda Ali Məhkəmənin məhkəmə kollegiyalarının tərkiblərinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə və əlavə kassasiya qaydasında yenidən baxılmasına dair məhkəmə tərkiblərinin və kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərdən ibarət qarışıq tərkibdə baxılmasına dair məhkəmə tərkibləri barədə plenum qərarlarında dəyişiklik edilməsi müzakirəyə çıxarılıb.

İclasda həmçinin "Şəxsiyyət (qeyri-əmlak) hüquqlarının müdafiəsi haqqında" Ali Məhkəmə Plenumunun Qərar layihəsi ilkin müzakirəyə çıxarılıb.

Eyni zamanda "İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qaydasında tətbiq edilən müvəqqəti xarakterli müdafiə tədbirləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2023-cü il 4 oktyabr tarixli 14 nömrəli Qərarında əlavə və dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərar layihəsi müzakirə olunub və müvafiq qərar qəbul edilib.

Sonra 2024-cü ildə və 2025-ci ilin I yarımilliyində Bakı İnzibati Məhkəməsində qanunvericiliyin tətbiqinin məhkəmə təcrübəsinə dair məsələləri və ədalət mühakiməsinin həyata keçirilməsi haqqında məlumatlar dinlənilib.

İclasda "Vəkillərin İxtisas Komissiyasının hakim olan üzvlərinin təyin edilməsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2023-cü il 16 yanvar tarixli 4 nömrəli qərarında dəyişiklik edilməsi barədə məsələyə, həmçinin konkret işlərə baxılıb.



Xəbərin oxunma sayı : 319




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap