Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Maaşdan tutulmalardan imtina etmək olar? - İqtisadçı açıqladı

Tarix 06.10.25, 21:41

Font ölçüsü : - / +
bitmap-img6


Rəsmi müqavilə ilə çalışan şəxslərin əmək haqqından, Dövlət Sosial Müdafiə Fonduna,  Həmkarlar İttifaqınz, İcbari tibbi sığortaya, o cümlədən, işsizliyə görə və gəlir vergisi çıxılır. Həmin məbləğlər isə maaşdan kifayət qədər vəsaitin silinməsinə səbəb olur.

Bəs görəsən, şəxs öz istəyi ilə həmin vergiləri verməkdən imtina edə bilərmi?

İqtisadçı Eldəniz Əmirov Lent.az-a açıqlamasında bildirib ki, əmək haqqından tutulmalar bir neçə növə bölündüyü üçün, məcburi vergilərdən yayınmaq mümkün deyil:

"Vətəndaşların əmək haqqından tutulmalar bir neçə növə bölünür. Onların arasında qanunla məcburi olanlar, könüllü tutulmalar və işçinin- işəgötürənin razılığı əsasında formalaşanlar var. Gəlir vergisi, sosial sığorta ödənişləri, eləcə də icbari tibbi sığorta  məcburidir və Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarında təsbitini tapır. Bununla yanaşı Həmkarlar İttifaqının üzvlük haqqı prinsip etibarı ilə könüllü olsa da, təcrübədə görünür ki, bir qurum üzv olandan sonra kütləvi şəkildə proses davam edir.

Kredit məsələləri, digər növ sığorta və ödənişlər isə işə götürən və işçi arasında müqavilə ilə təsbit edilir",-deyə iqtisadçı fikrini yekunlaşdırıb.

Adından da göründüyü kimi məcburi vergilərin ödənilməsi, vətəndaşın bilavasitə sağlamlığının sığortalanması, həkim və xəstəxana kimi xərclərinin ödənilməsi zamanı əlindən tutur, lakin insanlar könüllü adı altında tutulan vergilərin səfasını sürə bilmirlərsə, o zaman onların tutulması nəyə gərəkdir? Vətəndaşdan il boyunca tutulan vergilərdən sonra o, kurort və digər istirahət növlərindən istifadə edə bilmirsə, maaşından faizlərin çıxılması absurd görünür.  



Xəbərin oxunma sayı : 919




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap