Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Onlayn qumar şəbəkələrinə qarşı əməliyyat: 5 nəfər tutuldu

Tarix 08.10.25, 14:29

Font ölçüsü : - / +
bitmap-img6


Polis əməkdaşlarının onlayn qumar və mərc oyunlarına qarşı mütəmadi olaraq profilaktik tədbirlər keçirməsinə baxmayaraq, sosial şəbəkələrdə hələ də bu cür qanunsuz hərəkətlərə rast gəlinməkdədir.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən bu istiqamətdə daha bir neçə əməliyyat-texniki tədbir hazırlanaraq həyata keçirilib. Əməliyyatlar zamanı 42 yaşlı Həsən Səbili, 33 yaşlı Orxan İbrahimli və əlbir olduğu 28 yaşlı Taleh Ağayarov, həmçinin 36 yaşlı Salman Cəfərov və tanışı 35 yaşlı Rauf Hüseynov saxlanılıblar.

Adları sadalanan şəxslər ölkədən kənarda yaradılan "7isles”, "fastloto.com" və "chcplay.net” internet saytlarında təşkil edilmiş qumar oyunlarının idarəçiləri ilə cinayət əlaqəsinə keçərək əlbir olublar. Daha sonra onlar həmin saytlar üzərindən sosial şəbəkələrdə "Ambassasdor", "Kazino 555”, "VİP 888”, "Shangrila” və digər səhifələr açaraq yerli vətəndaşları mərc oyunlarına cəlb ediblər. Saxlanılan şəxslərin istifadə etdikləri ofis və mənzillərə baxış zamanı elektron sübutlar, bank kartları, çoxsaylı mobil nömrə və s. sübutlar aşkarlanıb. Araşdırmalarla dəstə üzvlərindən götürülən bank kartlarının ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlər müqabilində alınaraq qanunsuz pul köçürmə əməliyyatlarında istifadə edildiyi də müəyyən olunub.

Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.

DİN bir daha vətəndaşları qanunsuz mərc və qumar adı altında sosial şəbəkələrdə təşkil olunan oyunlarda iştirak etməməyə çağırıb: "Xüsusi olaraq vurğulayırıq ki, qanunsuz onlayn mərc oyunları üzərindən qazanılan məbləği göndərmək adı ilə vətəndaşlardan bank kartı məlumatları tələb edilir. Belə olan təqdirdə isə həmin şəxslər kiberdələduzluq halları ilə üzləşə və bank hesablarında olan pul vəsaitlərini itirə bilərlər".






Xəbərin oxunma sayı : 448




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap