Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Nazirlik MDB oyunları davam edərkən olimpiya komplekslərini təmir edib? - Müəmmalı müqavilə

Tarix 08.10.25, 16:55

Font ölçüsü : - / +
bitmap-img6


Gənclər və İdman Nazirliyi “Planet Construction” MMC (VÖEN – 1005274361) və “Modern Construction” MMC (VÖEN – 1503560971) ilə satınalma müqaviləsi imzalayıb.

Yeniavaz.com xəbər verir ki, nazirlik hər 2 müqaviləni tender müsabiqəsi keçirmədən, bir mənbədən satınalma metodu əsasında imzalayıb.
Müqavilənin şərtlərinə görə, “Planet Construction” MMC nazirliyin sifarişi əsasında Şəki rayonunda, “Modern Construction” MMC isə Qəbələ rayonunda Olimpiya İdman Komplekslərinin binalarında əsaslı təmir işlərini (Avadanlıqlarla birlikdə) həyata keçirəcəklər. Görüləcək işlərin qarşılığında nazirlik “Planet Construction” MMC-yə 658 min 188 manat 45 qəpik, “Modern Construction” MMC-yə isə 437 min 566 manat 42 qəpik ödəyəcək.
Qeyd edək ki, “Planet Construction” MMC 5 aprel 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 manat olan MMC-nin qanuni təmsilçisi Şirinov Qafqaz Tehran oğludur. Şirkətin hüquqi ünvanı Binəqədi rayonu, Əcəmi Naxçıvani, ev 4, m. 5-də yerləşir.

“Modern Construction” MMC isə 25 aprel 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi Zeynalov İlqar Adgözəl oğludur. Şirkətin hüquqi ünvanı Binəqədi rayonu, Azadlıq pr., ev 14/70, m. 48-də yerləşir.
Məlumat üçün bildirək ki, açıqlanan rəsmi məlumatlarda müqavilələrdə nəzərdə tutulan işlərin icrasına 19 sentyabr 2025-ci il tarixində başlanılacağı və 17 oktyabr 2025-ci ildə başa çatacağı qeyd olunub.

Şəki Olimpiya İdman Kompleksinin binasında aparılması nəzərdə tutulan əsaslı təmir işləri ilə bərabər bu idman kompleksində III MDB Oyunları çərçivəsində batut və bədii gimnastika üzrə yarışlar keçirilib. Batut gimnastikası üzrə yarışlar 1-3 oktyabr, bədii gimnastika üzrə yarışlar isə 6-8 oktyabr tarixlərində Şəki Olimpiya İdman Kompleksində keçirilib. Qəbələ Olimpiya İdman Kompleksinin binasında isə 26-29 sentyabr tarixlərində stolüstü tennis, 30 sentyabr-5 oktyabr tarixlərində isə badminton yarışları keçirilib.
Onu da bildirək ki, bir müddət əvvəl Gənclər və İdman Nazirliyi “Qaya Construction” MMC (VÖEN – 2304060671) ilə də bənzər satınalma müqaviləsi imzalayıb. Belə ki, açıqlanan rəsmi məlumatda “Qaya Construction” MMC-nin nazirlikdən 1 milyon 650 min 549 manat 34 qəpik alaraq Şəki şəhər stadionunda cari təmir işlərini həyata keçirəcəyi göstərilib. Müqavilədə nəzərdə tutulan işlərin icrasına 21 avqust 2025-ci il tarixində başlanılacağı qeyd olunsa da, bir ay əvvəl sosial şəbəkələrdə Şəki şəhər stadionunda təmir işlərinin aparılmasına dair görüntülər yayılıb.



Xəbərin oxunma sayı : 430




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap