Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

DOST Agentliyi icarəyə götürmək üçün ofis axtarır - 189 min manata

Tarix 07.10.25, 15:52

Font ölçüsü : - / +
bitmap-img6


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi tender müsabiqəsi elan edib.

Yeniavaz.com xəbər verir ki, DOST Agentliyi “DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi” MMC üçün inzibati bina sahəsinin icarəsinin götürülməsi məqsədi ilə 5 milyon 300 min 120 manat vəsait ayırmağı planlaşdırıb.

Məlumat üçün bildirək ki, DOST Agentliyi icarəyə götürmək istədiyi binanın Bakı şəhərində mərkəzi rayonlarda (Zona 3) olmasını istəyir. Ofisin ümumi sahəsi 7 800 kv. metr olmalıdır. Binada otaq sayı ən azı 85 olmalıdır. Rəhbər otaqlarının ayrıca sanitar qovşağı olmalıdır. Mətbəxin sayı isə 6 otaqdan az olmamalıdır. DOST Agentliyi belə bir binanı 28 ay müddətinə icarəyə götürmək istəyir.

Açıqlanan məlumatlardan da göründüyü kimi, DOST Agentliyi icarəyə götürmək istədiyi ofis sahəsinə hər ay 189 min 290 manat ödəmək niyyətindədir.
Tender müsabiqəsi ilə bağlı sənəd qəbulu noyabr ayının 4-ə kimi davam edəcək.

Onu da qeyd edək ki, 2023-cü ildə DOST Agentliyi “DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi” üçün Səfərova Sahibə Paşa qızı adlı vətəndaşa məxsus 3 500 kv. metr qeyri yaşayış sahəsini 17 ay müddətində icarəyə götürüb və icrə haqqı olaraq 969 min 999 manat 94 qəpik (ayda 57 min manat) ödəyib.



Xəbərin oxunma sayı : 556




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap