Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Dünyada neft hasilatının artım tempi sürətlənəcək - PROQNOZ

Tarix 08.10.25, 10:07

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2025-2026-cı illər üçün maye karbohidrogenlərin gündəlik qlobal hasilatı üzrə proqnozunu yeniləyib.

"APA-Economics"in EIA-nın aylıq hesabatına istinadən verdiyi məlumata görə, bu il maye karbohidrogenlərin gündəlik qlobal istehsalının ortalama hesabla 105,87 mln. barel olacağı ehtimal edilir ki, bu da öncəki proqnozdan 0,33 mln. barel çoxdur.

Bununla yanaşı, EIA gələn il qlobal gündəlik maye karbohidrogenlərin hasilatının 107,17 mln. barel səviyyəsində olacağını ehtimal edir (öncəki proqnoz göstərici – 106,64 mln. barel).

Hesabata əsasən, 2024-cü ildə maye karbohidrogenlərin gündəlik istehsalı 103,19 mln. barel olub, bu da 2023-cü ilin göstəricisi (102,02 mln. barel) ilə müqayisədə 1,17 mln. barel çoxdur.

Xatırladaq ki, 2022-ci ildə maye karbohidrogenlərin gündəlik qlobal istehsalı ortalama 99,99 mln. barel olub. 2021-ci ildə bu göstərici 95,7 mln. barel, 2020-ci ildə - 93,84 mln. barel təşkil edib, 2019-cu ildə isə 100,61 mln. barelə bərabər idi.



Xəbərin oxunma sayı : 349




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap