Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

“Təmkinli davranışımız acizlik deyil“ - Türkiyə lideri

Tarix 08.10.25, 16:04

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyənin Suriya məsələsində təmkinli davranışı acizlik kimi qəbul edilməməlidir.

"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Suriyanın ərazi bütövlüyü Türkiyə üçün prioritetdir:

"Suriyada sabitliyi pozmaq cəhdlərinə heç vaxt icazə verməyəcəyik. Türkiyə bütün prosesləri yaxından izləyir. Biz səbirli davranışımız heç vaxt acizlik kimi qəbul edilməməlidir. Suriya Demokratik Qüvvələri verdiyi sözə əməl etməli, yerli hakimiyyətlə inteqrasiyanı tamamlamalıdır".

Ərdoğan bir daha xatırladıb ki, istiqamətini Ankara və Dəməşqə çevirənlər qazanacaqlar:

"Türk, kürd və ərəb ittifaqı bölgədə əbədi sülh və əmin-amanlığın açarıdır. Heç kəs təxribatlara aldanmamalı, yanlış həvəsə düşməməlidir. Suriyanın ərazi bütövlüyü bizim üçün prioritetdir. Bunun əleyhinə olan mövqeni qəbul etmək mümkün deyil. Suriya rəhbərliyi də bizimlə eyni fikirdədir. Türkiyə olaraq Suriya xalqının yanında olmağa davam edəcəyik".



Xəbərin oxunma sayı : 442




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap