|
Şirkət rəhbəri 20 məmurla əlbir olub pulları mənimsədi - Korrupsiyaya bulaşmış rəsmilər kimlərdir? + ADLAR
Deputatın istirahət mərkəzi əl dəyişir... - Təhvil-təslim işlərinə hazırlıq gedir
Azərbaycan Ermənistanın silahlanmasına necə reaksiya verməlidir? - ARAŞDIRMA
Qlobal qarşıdurma kəskinləşir - Azərbaycan nə etməlidir?
ABŞ ordusunun əsgərləri Zəngəzura yerləşir - Nə baş verir? + VİDEO
Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq etdi - “Bu, növbəti müharibəyə hazırlıqdır...“
Ankara uyğurlara diqqəti artırıb – Çin türk kəndlərinin adlarını dəyişdirir
“Üçüncü dünya müharibəsi riski artıb“ – “Qara dəniz üzərində ABŞ və Rusiya toqquşa bilər...”
Milli Məclis buraxıldı, növbədənkənar seçkilər təyin olundu- SƏRƏNCAM
Müdafiə Nazirliyindən yeni müharibə xəbərdarlığı - “Məsuliyyəti Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaq“
Çin NATO pilotlarını “oğurlayır” – Pekin Tayvana qarşı müharibəyə hazırlaşır
“Bu halda sülh sazişinin bağlanması mümkün deyil“ - Prezident nöqtəni qoydu
Mərkəzi Bank 5 ayda 3 milyard dollar satıb – Devalvasiya ola bilərmi?
“Azestetik”in azərbaycanlıları öldürən cihazları: çip də yerləşdiriblər - ŞOK FAKTLAR
Azərbaycan Cümhuriyyəti: Baş nazir Nəsib bəy Yusifbəyli
Tarix 21.05.24, 13:03 |
|
Azərbaycanın görkəmli dövlət xadimi Nəsib bəy Yusifbəyli 1881-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Orta təhsilini Gəncə Klassik Gimnaziyasında aldıqdan sonra o, 1902-ci ildə Odessada (Novorossiyskidə) Universitetin hüquq fakultəsində oxumuşdur.
1905-1907-ci illərdə Rusiyada baş verən inqilab dövründə tələbələrin inqilabi fəaliyyətindən ehtiyatlanan çar hökuməti Odessa Universitetini müvəqqəti olaraq bağladı. Bundan sonra N.Yusifbəyli Krımın Baxçasaray şəhərinə köçmüş və burada görkəmli ictimai-siyasi xadim İsmayıl bəy Qaspıralının (1852-1914) redaktor olduğu “Tərcüman” qəzetində müxtəlif məqalələr çap etdirmişdir. O, burada İsmayıl bəyin qızı Şəfiqə Sultan xanım Qaspıralı ilə (1886-1975)tanış olub ailə həyatı qurmuş və bir müddət bu şəhərdə yaşamışdır.
N.Yusifbəyli çar hökuməti tərəfindən təqib edildiyindən 1908-ci ildə İstanbula getmiş, burada “Türk dərnəyi” adlı cəmiyyətin yaradıcılarından olmuşdur. O, 1909-cu ildə Gəncəyə qayıtmışdır.
N.Yusifbəyli o illərdə Gəncədə fəaliyyət göstərən Müsəlman Xeyriyyə Cəmiyyətinin, Müsəlmanlar İçərisində Maarifi Yayan cəmiyyətin və Aktyorlar Cəmiyyətinin fəaliyyətində iştirak etmişdir.
N.Yusifbəyli 1915-ci ilin oktyabrın 2-dən Bakıda nəşrə başlayan “Açıq söz” qəzeti ilə yaxınlıq etmiş, redaktor M.Ə.Rəsulzadə ilə dostluq münasibətində olmuşdur.
Qeyd edək ki, Azərbaycan milli istiqlal tarixində N. Yusifbəylinin 1917-ci ilin fevralından sonra Gəncədə rəsmi olaraq yaratdığı Türk Ədəmi-Mərkəziyyət Partiyasının böyük rolu olub.
1917-ci ilin iyun ayının 17-də M. Ə. Rəsulzadənin lideri olduğu Müsavatla N. Yusifbəylinin başçılıq etdiyi Türk Ədəmi-Mərkəziyyət Partiyasının Birləşmə qurultayı keçirildi.İstiqlalımızın 1918-ci ildə qazanılması baxımından bu, çox mühüm hadisə idi. Müsavatın Bakı və Bakı ətrafında, Türk Ədəmi-Mərkəziyyətin isə Gəncə və Gəncə ətrafında təsiri güclü idi. Hər iki təşkilatın birləşməsi sayəsində istiqlal uğrunda yeni güclə mübarizəyə atılan Ümumazərbaycan partiyası yaranırdı.
Bu hadisələrdən sonra N.Yusifbəyli 1918-cilin fevralında formalaşan Zaqafqaziya seymində fəallıq göstərirdi. O, Zaqafqaziya Seyminin üzvü idi və 1918-ci ilin aprelin 26-da yaranmış müstəqil Zaqafqaziya Respublikası hökumətinin də Maarif naziri oldu.
1918-ci ilin 28 Mayında Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra (onun yaradıcılarından biri də N.Yusifbəyli idi) F.X.Xoyskinin başçılığı ilə təşkil olunan birinci Hökumət kabinəsində N.Yusifbəyli Xalq Maarif naziri vəzifəsini icra etmişdir. N.Yusifbəyli F.Xoyskinin sonradan formalaşdırdığı ikinci və üçüncü kabinələrdə də həmin vəzifələrdə çalışmışdır.O,eyni zamanda iki dəfə hökumət kabinəsini formalaşdırıb ölkənin Baş naziri olmuşdur.
Azərbaycan Nazirlər Şurasının Sədri və Daxili İşlər naziri vəzifəsində N.Yusifbəyli qətiyyətli əmrlər, sərəncamlar verir, məktublar yazır, dövlət idarəçilik sistemini möhkəmlədirdi.
N.Yusifbəyli 1919-cu ilin dekabrın 24-də yeni Hökumət kabinəsini (sayca beşinci) formalaşdırır və bu fəaliyyət 1920-ci ilin aprelin 1-nə qədər davam edir.
1919-cu ilin 28 Mayı Azərbaycan hökumətinin xüsusi diqqətində oldu və ölkədə böyük bayram kimi qeyd edildi. Baş Nazir N.Yusifbəyli Azərbaycan Hökuməti adından vətəndaşlara müraciət ünvanladı. Həmin müraciətdə yazılırdı: “Azərbaycan vətəndaşları! Bir il bundan əvvəl məbuslarımızın rəyi və arzusu istəyincə Azərbaycan xalqı müstəqil yaşayış yoluna qədəm qoydu. 1919-cu ilin Mayın 28-i Azərbaycan Cümhuriyyətinin milli bayramıdır. Öylə bir bayram ki, onun xatiri ümum Azərbaycan vətəndaşları üçün daima möhtərəm və müqəddəs sayılacaqdır. Çünki öz dövlətinin milli bayrağı altında keçmiş olduğumuz birillik azad və zəhmətli həyatınız Azərbaycanın belə tarixi bir günü olduğunu sizə sözdən artıq izah edir”.
N.Yusifbəyli Nazirlər Şurasının sədri vəzifəsini 1920-ci ilin aprelin 1-nə qədər icra etmişdir.
Qeyd edək ki, N.Yusifbəylinin bir dövlət xadimi kimi fəaliyyətinin öyrənilməsində onun Azərbaycan Parlamentindəki çıxışları əhəmiyyətli yer tutur.
Onun Maarif və Dini-Etiqad naziri olarkən Azərbaycan Parlamentindəki ilk çıxışına 1919-cu ilin yanvarın 25-də keçirilən 9-cu iclasda rast gəlirik. N.Yusifbəyli çıxışında “hökumətin şəhərləri unudaraq yalnız kəndlərə kömək etdiyi” fikrini təkzib edir. O, eyni zamanda səhiyyə sahəsində müəyyən işlərin uğurla görüldüyünü, kəndlərə göndərilmək üçün təbib, feldşerlərdən ibarət səyyar dəstələr hazırlandığını vurğulayır və əlavə edirdi ki, şəhərlər isə bu sahədə nəzarətə kömək etdiyindən onlar pul istəyirlər.
Bu dövrdə F.X.Xoyskinin istefasını qəbul edən parlament yeni hökumət təşkilini N.Yusifbəyliyə tapşırdı.
1919-cu ilin 19 aprelində saat 12-də Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Parlamentinin növbəti iclası keçirildi.İclasda yeni hökumət kabinəsinin təşkili haqqında Baş Nazir N.Yusifbəylinin məktubu oxundu.
Sonra N.Yusifbəyli çıxış etdi. O, kürsüyə çıxanda alqışlarla qarşılandı. N.Yusifbəyli çıxışında böyük bir məsuliyyəti üzərinə götürdüyünü, Azərbaycan İstiqlalı elanından bu günə qədər millətin müstəqil yaşamağa layiq olduğunu qeyd etdi. Nəsib bəy bildirdi ki, Azərbaycan türkləri yaxın zamanda dünyanın mədəni millətləri sırasına da daxil olacaqdır. Baş Nazir çıxışında Azərbaycanın ayrılmaz bir hissəsini təşkil edən Lənkəran qəzasının özgələr əlində olduğunu, 100 minə qədər vətəndaşın həyatına qəsd edildiyini, Tiflis və İrəvan vilayətlərində olan torpaqlarımıza göz dikənlərin olduğunu söylədi. O, bildirdi ki, torpaq məsələsinin də qəti surətdə həllinə tərəfdardır.
N.Yusifbəyli Azərbaycanda ali təhsil sisteminin də düşünüldüyünü, ali ziraət məktəbi qanun layihəsinin hazırlanıb təqdim edildiyini də söylədi. O,Tiflisdəki Mavərayi-Qafqaz universitetinin Bakıya köçürülməsi üçün müzakirələrin aparıldığını, sentyabrın əvvəllərindən tədrisin burada davam etdiriləcəyinə səy göstərilməsi haqqında məlimat verdi.
O, həmçinin, çıxışında “bizim sərvətimiz, rifah halımız neft ticarətinə bağlıdır” fikrini önə çəkir, neftimizin ən böyük bazarı olan Rusiyanın yolunun bağlı olduğunu söyləyirdi. Eyni zamanda Rusiyanın Azərbaycan neftinə böyük ehtiyacı olduğunu, “Astraxan tərəfdən ticarət qapılarının açılması” təklifini irəli sürərsə, müəyyən şərtlərlə qəbul ediləcəyini bildirirdi.
N.Yusifbəylinin başçılıq etdiyi Nazirlər Şurası − Azərbaycan hökuməti 1919-cu ilin avqustuna qədərki dövrdə böyük uğurlu işlər görmüşdü. Əsas işlərdən biri Azərbaycanın ərazi probleminin həlli sahəsindəki doğru fəaliyyət idi. Həmin dövrdə aşağıdakı uğurlu nəticələr var idi: 1) Lənkəran düşmənlərdən təmizlənmiş; 2) Qarabağ erməniləri Azərbaycan hakimiyyətinə tabe oldu; 3) Naxçıvan, Şərur və Dərələyəz qəzaları erməni əsgərlərindən təmizlənmişdir; 4) Zəngəzur məsələsinin yaxın vaxtlarda həlli gözlənilirdi; 5) Borçalı və Gürcüstan da sülh yolu ilə həll ediləcək bir vəziyyətdə idi. Bu müddət ərzində Azərbaycan ordusunda fərarilik halları aradan qalxmış, xalq isə əvvəlki kimi orduya əsgər verməkdən imtina etmirdi.
1920-ci ilin yanvarın 11-də Azərbaycanın dünya dövlətləri tərəfindən tanınması xəbəri yanvarın 12-də axşam saat 6-da Azərbaycan hökumətinə çatdı. Bu xəbərin sabahı günü Bakıda bayram əhvalı hiss edilməyə başladı. Yanvarın 14-ü isə Azərbaycan hökuməti tərəfindən rəsmi elan edildi. Bayram tədbirləri belə sıralanmışdı: saat 11-də Təzəpir məscidində dua edilir, saat 12-də Azərbaycan Parlamentinin iclası keçirilir, saat 13-də Hürriyyət meydanında qoşunların rəsmi keçidi olur, saat 14-də Xarici İşlər Nazirliyi binasında hökumət tərəfindən təbriklər qəbul edilir, gecə şəhər çırağban bəzədilir.
Yanvarın 14-də Təzəpir məscidinin həyəti xalqla dolu, içərisində isə N.Yusifbəyli, X.Məlikaslanov, H.Şahtaxtinski, X.Xasməmmədov, C.Hacıbəyli, H.Məmmədbəyov və digər hökumət nümayəndələri, məmurlar var idi. Şeyxülislamın dua oxuyub xalqa müraciətindən sonra Rəisi-Vükəla (Baş Nazir) N.Yusifbəyli tədbirdə çıxış etdi. Yanvarın 14-də, saat 12-də Azərbaycan Parlamentinin binası qarşısında çoxlu sayda insanlar toplaşıb Parlament üzvlərinin Təzəpir məscidindən gəlişini gözləyirdi. Keçirilən toplantıda natiqlər çıxış edərək xalqı təbrik edirdilər.
N.Yusifbəyli təmiz əqidəli və saf bir insan idi. Azərbaycan İstiqlal mücadiləsinin önəmli şəxsiyyətlərindən olan Nağı Şeyxzamanlı “Xatirələrim” kitabında N.Yusifbəyli ilə bağlı onun dediyi bir söhbəti belə təsvir edir: “Sən bilirsən. Mən atamın icazəsi ilə bağlarımızdan birini müasir bağ yaratmaq qayəsilə ayırmışdım. Üç ildir milli işlərimizdən bağ ilə məşğul olacaq vaxt tapa bilmədim. Atama bir məktub yazaraq, bu il də bağ işi ilə məşğul ola bilməyəcəyimi, yenə əvvəlki kimi qamış alıb basdırmalarını söylədim. Babamdan bu cavabı aldım. Məktubu sənə oxuyuram. Atam məktubda ürəyində nə var hamısını yazıb: “Əziz oğlum, artıq səbrim tükənib, dözə bilmirəm. Hamısını yazacağam. Sıxıntı içində borc alaraq sənin ali təhsil almağını təmin edə bildim. Ali təhsilini bitirib Gəncəyə qayıdanda artıq hər şeyin rahat olacağını yəqin etdim. Sən Gəncəyə gəlib Bələdiyyədə ərzaq işləri üzrə müdir oldun. Sənə yenə mən baxdım. Məndən yalnız pul istədin. Sonra Tiflisə gedərək, Seymin Maarif Naziri oldun. Aldığın pul ilə yenə özünü saxlaya bilmədin. Bir neçə dəfə pul istədin göndərdim, sonra Azərbaycan İstiqlalını elan etdiniz. Gəldin Cümhuriyyətimizin Maarif Naziri oldun. Dövlətimizin mərkəzi olan Bakıda işlədin. Yenə də aldığın maaş səni təmin etmədi. Yenə məndən pul istədin. Həmişə göndərirdim. Adına olan torpaq sahəsinin bir hissəsini satmışdım. O pullardan göndərdim sənə. Bu gün isə Baş Nazirsən. Dövlət başçısısınız, yəni ölkəmizin padşahı olmuşsunuz. Yenə bağının qamışını mən alım. Sən, pul göndərə bilərsənmi?”.
1920-ci ilin 27 aprelində Azərbaycan sovet rejimi tərəfindən işğal edildikdən sonra N.Yusifbəyli Bakını tərk edir (çox ehtimal ki, o da digər silahdaşları kimi hələ bolşeviklər tərəfindən işğal edilməmiş Gürcüstana − Tiflisə getməyi qərara alıb). Nəsib bəy Kürdəmir qəzasında, Yevlağa yaxın bölgədə qətlə yetirilir. Bəzi məlumatlara görə, N.Yusifbəylinin Yevlağın Qarxunlu kəndindən olan Əşrəfin dəstəsi tərəfindən öldürüldüyü söylənilsə də, bu, təsdiqini tapmayıb. Qarxunlu Əşrəflə bağlı sovet dövründə aparılan istintaq materiallarında da hadisəyə toxunulmayıb. Çox ehtimal ki, N.Yusifbəylini onu izləyən, yaxud həmin bölgədə rastlaşdığı bolşeviklər tanıyaraq qətl ediblər. Bir mənbədə isə, N.Yusifbəylinin qətli zamanı qatillərin əlindən qaçmağı bacaran sürücüsünün İstanbula getdiyi və orada Nəsib bəyin həyat yoldaşı Şəfiqə xanımla görüşüb hadisəni danışdığı qeyd olunur.
M.Ə.Rəsulzadə isə 1923-cü ilin əvvəllərində Türkiyədə nəşr edilən “Azərbaycan Cümhuriyyəti” əsərində N.Yusifbəylinin sağ və yaxud ölümü ilə bağlı bir məlumatın olmadığını qeyd edirdi.
1920-ci ildə Azərbaycan işğal edildikdən sonra xanımı Ş.Qaspıralı övladları ilə birgə Türkiyəyə − İstanbula getmişdir. O, 1975-ci ildə İstanbulda vəfat etmiş, qızı Zəhra xanım isə 1996-cı ildə bu şəhərdə dünyadan köçmüşdür. N.Yusifbəylinin digər övladı − oğlu Niyazi Kürdəmir isə 1962-ci ildə Türkiyədə dünyasını dəyişmişdir.
Azərbaycanın görkəmli dövlət xadimi M.Ə.Rəsulzadə 1929-cu ildə İstanbulda nəşr etdiyi “Odlu Yurd” jurnalının 27 aprel tarixli 3-cü sayındakı “İstila qurbanları − Nəsib bəy” məqaləsində yazırdı: “Bunu söyləməyə bilmərik ki, o, milli nümayəndələrdən biri idi. Elə bir nümayəndə ki, Milli Azərbaycan hərəkatının istiqlalla nəticələnən qayəsini formula etmək onun adı ilə bağlıdır. Bu sadə əlavə, Nəsib bəyin adını Azərbaycan tarixində ölməz və unudulmaz bir ad halına gətirilməsi kifayətdir. Aprel matəmində intiqam milli istiqlal nəslinin qeyrətini təhrik edən böyük amillərdən biri də, heç şübhəsiz, Nəsib bəyin şəhidliyidir. Müzəffər istiqlal nəslinin ilk görəcəyi şükran (hörmət, ehtiram) vəzifələrdən birincisi − Nəsib bəy adını əbədiləşdirmək və Bakı ilə Gəncədə ona bir abidə qoymaqdan ibarət olmalıdır”.
Nəsiman Yaqublu
Xəbərin oxunma sayı : 799
Maraqlı
Xəbərlər
-
Smartfon sönür və pullar oğurlanır: Birbaşa müdaxilə barədə XƏBƏRDARLIQ
-
345 manat maaş, 280 manat pensiya ilə yaşamaq... - Deputat
-
Azərbaycanın da iştirak etdiyi “Eternity 2024” komanda-qərargah təlimi başa çatıb - VİDEO
-
“Vicdanı olan şəxs Livanda baş verənləri qəbul edə bilməz” – Ərdoğan
-
Memarlıq və abadlıq arasında ziddiyyət: Bakıda fasad rəngləmələri səkiləri MƏHV EDİR
-
“Qarabağ“ın futbolçusu Avropada ən yaxşıdır - UEFA AÇIQLADI
-
“Hizbullah” liderini öldürmək əmri ABŞ-dən verilib“- Pezeşkian
-
Azərbaycanda əhali çörəkdən imtina edir: Görün tərkibinə nə qatırlar
-
DİN piramida şəbəkəsini ifşa etdi - VİDEO
-
Sərhədi pozmağa cəhd göstərən 22 nəfər saxlanıldı - Fotolar
-
İranın “Qüds” qüvvələrinin komandanı öldürüldü - Qasım Süleymaninin xələfi idi...
-
Azərbaycanda torpaqların bir kateqoriyadan digərinə keçirilməsi qaydaları təsdiqlənib
-
Keçmiş icra başçısı Kürün 8 qolunu qurudub? - Əbülfəz Ağayevə ittiham
-
Start qiyməti 100 min manata yaxın olan telefon nömrələri - SİYAHI
-
Vüqar Qurbanov departament rəhbərini işdən çıxardı - Yeni təyinat
-
Rüstəm Xəlilovun fəaliyyəti araşdırıla bilər - Abadlıq və yol təmiri işlərində yeyinti...
-
“COP29 iqlim fəaliyyəti üçün yeni maliyyə mexanizmləri formalaşdırır“ - Vüqar Bayramov
-
Xüsusi təyinatlılar təlim vaxtı gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər - VİDEO
-
Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılacaq - SƏRƏNCAM
-
Tozlu hava nə qədər davam edəcək? – AÇIQLAMA
-
Nəsrullahın şəhadət ehtimalı yüksəkdir - SEPAH
-
Antikorrupsiya həbsləri Ağsudan Bərdəyə çatır - İsayevlə yeganə müavini panikada…
-
Sumqayıtda “Baharlı” restoran yandı - VİDEO
-
Bəzi televizorlar ekran görüntülərini çəkir və istehsalçılara göndərir - Xəbərdarlıq
-
“Hizbullah” lideri öldürüldü – İsrail ordusu təsdiqlədi
-
DİN əməliyyatlar keçirdi - 22 kiloqram narkotik aşkarlandı
-
Binə qəsəbəsinin sakinləri su problemindən əzəiyyət çəkirlər - VİDEO
-
Ceyhun Bayramov bolqarıstanlı həmkarı ilə görüşdü - FOTO
-
“Hizbullah” liderinin qızı öldürüldü – KİV
-
Milli Məclis yeni heyəti iclasa çağırdı - Tarix açıqlandı
-
Bu rayonlara yağış yağıb - Faktiki hava
-
Xəbəri olmadan adına kredit götürülüb - VİDEO
-
“Müharibə hələ bitməyəcək...” - Zelenski
-
Bakıda evlər kütləvi satışa çıxarıldı: Mərkəzə yaxın ərazilərdə ucuz mənzillər var
-
Ceyhun Bayramov Annalena Berbokla görüşdü - FOTO
-
“Mən insanları şeirlərimlə müalicə edirəm“ - Elza Seyidcahan
-
Futbol tarixinin ən ciddi hakim səhvləri açıqlandı - “Tanrının əli” üçüncü yerdədir
-
“Kupça“ almaq istəyənlər bunu etməlidir - Yeni qaydalar
-
Telefona daxil olub, pulları çəkirlər - Necə qorunmalı?
-
Prezidentin çıxışı mühüm əhəmiyyət daşıyır
-
Bakının bu ərazisində yaşıllıqlar köçürüləcək - FOTO
-
Azərbaycanda siqaret çəkən qadın və kişilərin sayı açıqlandı - Statistika
-
Rüstəmov bu rayondakı əmlaklarını da satışa çıxarıb – Torpaq sahələri, villalar, obyektlər...
-
“Nar” və “YAŞAT” Fondu ilə birgə şəhid ailələri üçün layihə həyata keçirilib - FOTO
-
Ağdərədə 100-lərlə separatçının məhv edildiyi hərbi hissədən görüntülər - VİDEO
-
Bakının üç rayonunda qaz kəsiləcək - Xəbərdarlıq
-
Nazirlərin gələn ay üçün vətəndaş qəbulu cədvəli açıqlanıb - SİYAHI
-
Avtobus zolağı sürücüləri çaş-baş salıb: Bilmədən cərimə olunurlar - VİDEO
-
Zelenski Trampla görüşdü - Nyu-Yorkda
-
Müstəqim Məmmədov geyim şirkətinə yol təmir etdirir - TENDER
-
Livanda atəşkəslə bağlı danışıqlar davam etdiriləcək - Netanyahu
-
Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib
-
Dövlət Xidmətinin bölmə rəisi və sabiq şöbə rəisi həbs olundu - RƏSMİ
-
Mahaçqalada yanacaqdoldurma məntəqəsində partlayış olub - Dörd nəfər həlak olub
-
Ermənistanla sülhə nə dərəcə yaxınıq? - Hikmət Hacıyev açıqladı
-
Prezident müşavirədə ciddi mətləblərə toxundu
-
Neçə Vətən müharibəsi iştirakçısına əlillik təyin edilib? - Açıqlama
-
“İranda İsrailin əlinin çata bilməyəcəyi yer yoxdur“ - Netanyahu
-
Mehdiyevin qızına məxsus bina yenə satılmadı – Qiyməti 6 milyon endirilib
-
Hindistan Rusiya qazından imtina edib - “Sanksiya altında olan məhsul almırıq”
-
3 saylı uşaq evində monitorinq aparılıb - Dövlət qurumları qarşısında məsələ qaldırılıb
-
“Qala Həyat” rəqiblərindən geri qalır - Yığımları azalmaqda davam edir
-
“Türkiyə BMT TŞ-nin daimi üzvü statusunu almaqda çətinliklərlə üzləşir“ - Ərdoğan
-
Dollar neçəyə olacaq? – Mərkəzi Bank 3 günlük rəsmi məzənnəni açıqladı
-
Zelenski Trampla görüşə görə ABŞ səfərinin müddətini uzadıb – CNN
-
Bakıda boya sexində yanğın tam söndürüldü - 1 nəfər xəsarət alıb + VİDEO
-
Tarix yazan şəhid qardaşlar: “Millətçi erməni müəllimlə salamlaşmaqdan imtina etmişdi“
-
Azərbaycan əhalisi sürətlə qocalır – İllər üzrə statistika
-
Qüdrət Qurbanova yeni vəzifə verildi - Heydər Əsədovun yerinə gətirildi
-
Beyləqanda şəhidlərin xatirəsi yad olundu - FOTOLAR
-
“NATO Belarusa hücum edən an nüvə silahından istifadə edəcəyik“ - Lukaşenko
-
İcra başçısının qalmaqallı oğlu dövlət qurumuna qarşı: Nə baş verib?
-
Azərbaycanda kartof əkmək üçün ən məhsuldar rayonlar hansılardır? - Siyahı
-
Vətən müharibəsinin xronikası: 27 sentyabr
-
Bu il azad edilmiş torpaqlara nə qədər vəsait xərclənəcək? - Nazir açıqladı
-
“Neftçi“də yeni təyinat: “Başiktaş“dan gətirildi (FOTO)
-
Xətai rayonunda yanğın baş verib - 8 Noyabr prospektində məhdudiyyət tətbiq edilib
-
ABŞ səfiri Şəhidlər Xiyabanını ziyarət etdi – FOTO
-
Bank sektorunda kreditlərin 54%-i 3 bankın əlində cəmləşib – Siyahı
-
Növbəti buraxılış imtahanlarının proqramı - Açıqlandı
-
“Özümü öldürmək istəyirdim“ - “Premium Bank“ın 461 min manatını mənimsəyən filial müdirinin cinayət işi
-
Fazil Musayevin asvalt zavodu Bakının normal olmayan havasını korlayır...- ŞİKAYƏT
-
Bakıda 26 dərəcə isti olacaq, rayonlara yağış, qar yağacaq - Sabahın havası
-
Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Fotolar
-
Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi
-
“Sədərək” firmasını cərimə gözləyir - Valyuta tənzimi qaydalarını pozub
-
AzTV-nin əməkdaşının “Candy kids” uşaq bağçasında öldü - Araşdırma aparılır
-
Pik saatlarda metroda eskalatorlar niyə işə salınmır? - Rəsmi açıqlama
-
Bu da Azərbaycanın ilk lazer silahı - VİDEO
-
Laçında ticarət mərkəzi istifadəyə veriləcək - tikintiyə başlanılır
-
“Sülhə nail olmaq üçün konstitusiyanı dəyişməyə hazırıq” – Paşinyan
-
Xalq şəhidlərin məzarını ziyarət edir - FOTOLAR
-
Prezident Zəfər parkında - FOTOLAR
-
“Baku City Hospital“ klinikasında ÖLÜM: Ailə həkimi günahlandırır
-
Lənkəranda bələdiyyənin sənəd və torpaq “saxtakarlığı“ - FOTO/VİDEO
-
Şahdağa qar yağıb - FAKTİKİ HAVA
-
Daşkəsəndə səfərbərlik şöbəsinin rəisi HƏBS EDİLDİ
-
Mehriban Əliyeva Anım Günü ilə əlaqədar paylaşım etdi - VİDEO
-
Zəfər aparan yolun başlandığı tarix
-
Prezident və parlament seçkiləri ilk dəfə ölkəmizin bütün ərazisində keçirildi
-
Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir
-
Anım Günü Vətən müharibəsində canlarından keçmiş şəhidlərimizə dərin ehtiramın ifadəsidir
-
Vətən tarixinin yeni səhifəsi - 27 sentyabr 2020-ci il
-
Azərbaycanda Anım Günüdür
-
Vətən müharibəsinin başlamasından 4 il ötür
-
Bu gün instaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
Azərbaycanda 1 günlük 1000 manata təklif edilən evlər - VİDEO
-
Xətaidə daha bir qanunsuz tikinti - Metro çıxışında obyekt tikilib
-
Bakıda daha bir həyət ABAD-laşdı - FOTOLAR
-
“Türkiyənin BRİKS və ya ASEAN-a daxil olması onun NATO-dan çıxması demək deyil“ - Ərdoğan
-
İlham Əliyevdən Anım Günü ilə bağlı paylaşım - FOTO
-
Qalmaqallı “Gold Məkan” MMC cərimələndi – Məhkəmə
-
“Tərəflər Sazişin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəlib” – XİN
-
Qazanılan uğurlar gələcəyə daha nikbin baxmağa imkan verir
-
Nazirlikdən uşaqpulu ilə bağlı açıqlama - Verilə bilərmi?
-
“Mars-A” metal şirkətində bədbəxt hadisə: Gənc oğlan həlak oldu – FOTO
-
Rafael Mehrəliyevin tenderi ləğv olundu – 200 minlik
-
Azərbaycana ən çox turist bu ölkələrdən gəlir – Siyahı
-
Prezident parlamentdəki çıxışında hərbi gücün artırılacağını bəyan etdi
-
Sosial ipoteka kreditlərinin faizləri azaldılacaq? - Rəsmi açıqlama
TOP 10
ARXİV