“Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO “Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 06 İyun 2024

    “Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin

  • / Maqazin / — 01 İyun 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

Dəhşətli istilər gəlir: Temperatur 43 dərəcəyə yüksələcək

Tarix 23.05.24, 10:00

Font ölçüsü : - / +
bitmap-img6


Bir müddətdir ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur. Qarşıda yay fəsli gəlsə də, havalar getdikcə soyuyub, yağıntı çoxalmağa başlayıb. Xarici mənbələrdə isə bu il yay fəslinin dəhşətli istilərlə müşaiyət olunacağı ehtimal edilir. Proqnozlar bir neçə ay ərzində temperaturun dözülməz dərəcədə artacağı ilə bağlıdır.

Bəs ölkəmizdə yay fəsli necə keçəcək?

Musavat.com xəbər verir ki, meteoroloq Cavid Hüseynov "Yeni Sabah"a açıqlamasında yaxın bir neçə ay ərzində hava şəraitinin necə olacağı ilə bağlı sualları cavablandırıb:

"36 saatdan artıq müddətə verilən hava proqnozları uzunmüddətli proqnozlar adlanır və qısamüddətli proqnozlarla (36 saata qədər müddətə) müqayisədə özünüdoğrultma ehtimalları çox kiçik olur. Ona görə də ölkəmizdə yay fəslinin necə keçəcəyi haqqında indidən verilən proqnozlar çox kiçik ehtimalla özünü doğrulda biləcək.

Azərbaycanda təbii sinoptik-iqlim yay fəsli may ayının ikinci ongünlüyündən sentyabr ayının ortalarınadək, təxminən 120 gün davam edir. Yayın əvvəlində (iyun ayının axırlarına qədər) Şimal dənizləri və Şimali Atlantika üzərindən sərin hava kütlələri ölkə ərazisinə daxil olur və dəyişkən sinoptik-hava şəraiti yaranır. Bu zaman Azərbaycanda yaz ayları üçün xarakterik olan atmosfer dövranı təkrarlanır. Yayın ikinci yarısında isə tropik kontinental hava kütlələrinin müdaxiləsi daha çox takrarlanır. Bu zaman dayanıqlı sinoptik şəraitdə düzənlik və dağətəyi regionlarımızın həddindən artıq istiləşməsi tropik hava kütləsinin yerli hava kütləsinə çevrilməsinə, havaların quraq və çox isti keçməsinə səbəb olur. Respublikamızın ərazisinin oroqrafik və hipsometrik şəraiti meteoroloji kəmiyyətlərin, xüsusən də havanın temperaturunun ərazi üzrə fərqlərinin yaranmasında ən əsas amillərdəndir".

Ekspert düzənlik ərazilərdə temperaturun 43 dərəcəyə çatacağını bildirib:

"İyul ayının orta temperaturu Azərbaycanın düzənlik bölgələrində 24-27°C olduğu halda, ortadağlıqda 20-15°C, yüksək dağlıq ərazilərdə isə 10-5°C müşahidə ediləcəkdir. Düzən ərazilərimizdə (Lənkəran və Gəncə-Qazax düzənliyindən başqa) mütləq maksimal temperaturların 40-43°C, dağətəyi zonalarda 37-40°C, 1500-2000 m yüksəkliklərdə 27-30°C və yüksək dağlıq ərazilərdə (3000-3500 m) 20-30°C olacağı ehtimal edilir.

Yay fəsli üçün səciyyəvi olan dolu və leysan yağışların intensivliyi və təkrarlanması dağlıq vilayətlərdə, xüsusən də Böyük Qafqaz dağlarında digər bölgələrlə müqayisədə daha çox müşahidə olunacaq. İyun-avqust aylarında Arazyanı düzənliklər (Naxçıvanda) və Kür-Araz ovalığında mümkün buxarlanmanın orta aylıq miqdarı 135-240 mm arasında tərəddüd edəcək".



Xəbərin oxunma sayı : 529




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap