“Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO “Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 06 İyun 2024

    “Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin

  • / Maqazin / — 01 İyun 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

Malik Həsənov deputatdırmı, analitikdirmi? – MM-də susur, mediada “yazır”…

Tarix 23.05.24, 9:47

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda parlament seçkilərinə hazırlıq gedir. Bir neçə aydan sonra seçicilər yeni qanunverici orqanı seçəcək. Qeyd edək ki, sonuncu parlament seçkiləri 2020-ci ilin fevralında keçirilib. Həmin vaxt mövcud parlament özünü buraxaraq yenidən formalaşıb. 2020 seçkilərində köhnə deputatların təxminən 80 faizi yenidən mandat ala bilib.

Ötən 4 ildə millət vəkilləri əvvəlkindən fərqli heç nə ilə yadda qalmadı desək, yanılmarıq. İstər ölkə qanunvericiliyinin formalaşmasında, istər seçicilərlə ünsiyyətdə, istərsə də digər fəaliyyətlərində hər hansı yenilik etmədilər. Növbəti seçkilərə də eyni durumda qatılan deputatlar parlamentdə nə qədər fəaliyyətsiz olsalar da, seçkiöncəsi mediada aktivlik göstərməyə başlayıblar. Bəzi deputatların ötən 4 illik parlament fəaliyyəti dövründə cəmi 4 dəfə səsi çıxıb, ya yox, amma son aylarda mediada ard-arda “təhlil yazıları”nın yayılması onların yenidən mandat sorağında olmasından xəbər verir.

Belə deputatlardan biri də 67 saylı Cəlilabad şəhər seçki dairəsini təmsil edən Malik Həsənovdur. Bu günlərdə mediada növbəti “analitik yazısı” yayılan Malik Həsənovun 2020-ci ildən bəri parlamentdə neçə dəfə çıxış etməsi ilə bağlı yazımızı bura qədər oxumuş olan hər kəsdə sual yarandı.

Öncə onu vurğulayaq ki, parlamentin 2020-2024-cü illərdə yaz, payız və növbədənkar sessiyalar üzrə ümumlikdə 150-dən çox plenar iclas keçirilib. Bu periodda Malik Həsənov cəmi 5 dəfə çıxış edib. Çıxışlar əsasən mədhiyyə olub, heç bir ictimai əhəmiyyətli məsələnin müzakirəsini, yaxud hansısa qanunun qəbulunda təklifi özündə ehtiva etmir. Lakin son aylarda Malik Həsənovun artıq bir neçə “təhlil yazısı” mediada dərc edilib. Təkcə bu ilin əvvəlindən bəri M.Həsənovun mediada 16 məqaləsi dərc edilib. Lakin bu məqalələrin heç birində seçicilərlə görüş, onların problemlərinin həlli, seçici baxışının qanunverici orqana daşınması, bu və digər qanunların qəbulu ilə bağlı deputat mövqeyi əks olunmur.

Maraqlıdır, Malik Həsənov deputatdırmı, anlitikdirmi? Söz yox, hər bir deputatın məqalə yazmaq, proseslərə baxışını ortaya qoymaq ixtiyarı var. Lakin təmsil olunduğu Milli Məclisdə ağzını açıb danışmağa “ərinən” bir deputat niyə ayda bir neçə “analitik” təhlillə mediada çıxış etsin?

Üstəlik, iki ali təhsildən heç biri bu sahə üzrə deyilsə, yazıların müəllifinin belə özü olmasına dərin şübhə yaranır.

Qeyd edək ki, M.Həsənov Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun Rus dili və ədəbiyyatı fakültəsini və Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit fakültəsini bitirib.
Göründüyü kimi, bu ixtisasların heç birinin siyasi təhlilçiliklə əlaqəsi yoxdur. Malik Həsənov deyəsən, ixtisasını da, mandatı da unudub, qələmə “sarılıb”…

Deputatın mövqeyini işıqlandırmağa hazırıq.

//afn.az

 



Xəbərin oxunma sayı : 670




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap