“Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO “Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 06 İyun 2024

    “Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin

  • / Maqazin / — 01 İyun 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

Maaşlarda nə qədər artım olacaq? - AÇIQLAMA

Tarix 22.05.24, 12:00

Font ölçüsü : - / +
bitmap-img6


Saatlıq əmək haqqı rejimi işçilərin əmək haqqının iş saatlarının sayına əsasən hesablanması sistemidir.

Bu rejim, işçinin konkret bir dövr (adətən həftəlik və ya aylıq) ərzində işlədiyi saatlara görə ödəniş almasını nəzərdə tutur.

Ölkəmizdə saatlıq minimum əmək haqqı rejiminin tətbiqi vətəndaşların maaşlarına necə təsir edəcək? Həqiqətən artımlar ola bilərmi?

Millət vəkili Vüqar Bayramov BAKU.WS-ə bildirib ki, bu mexanizmin tətbiqi ilə həm maaşlar arta bilər, həm də əlavə üstünlüklər əldə oluna bilər:

"Saatlıq minimum əmək haqqı rejiminə nə zaman keçiləcəyi ilə bağlı dəqiq məlumat yoxdur. Hələlik hökumətdən bununla bağlı mexanizm hazırlanması və müzakirələrin getməsi barədə açıqlamalar var. 

Saatlıq əmək haqqı rejimində minimum əmək haqqı orta aylıq minimum əmək haqqından az olmamalıdır. Orta aylıq əmək haqqı əgər minimum 345 manatdırsa, saatlıq minimum əmək haqqı bu rəqəmdən daha çox olacaq. 

Saatlıq iş mexanizminin tətbiqi həmçinin vətəndaşlara imkan verəcək ki, bir neçə yerdə işləyə bilsin və daha çox qazanc əldə edə bilsin. 
Yeni mexanizmin tətbiqi aylıq əmək haqqının artmasına da gətirib çıxara bilər. Saatlıq əmək haqqı rejiminin tətbiqi zaman tələb edən məsələdir. Bir məsələni qeyd edim ki, səhiyyə və təhsil sektorlarında saatlıq əmək haqqı həm də keyfiyyət meyarlarına görə müəyyənləşməlidir". 

Qeyd edək ki, saatlıq əmək haqqı rejimi işçi və işəgötürən arasında daha səmərəli əmək münasibətləri qurmaq üçün əlverişli bir vasitədir.

Saatlıq əmək haqqı rejiminin üstünlüklərini təqdim edirik:

Ədalətli ödəniş: İşçilər faktiki işlədikləri saatlara görə ödəniş alır, bu da onları daha səmərəli işləməyə təşviq edə bilər.
Məsuliyyət və nəzarət: İşçilər öz iş saatlarını daha yaxşı idarə edə bilər və işəgötürənlər də işçilərin işləmə saatlarını asanlıqla izləyə bilər.
Qeyri-müntəzəm iş saatları: Saatlıq əmək haqqı rejimi qeyri-müntəzəm iş saatlarına malik işçilər üçün daha uyğun ola bilər, məsələn, müvəqqəti və ya mövsümi işlərdə.

Məlumat üçün bildirə kki, Azərbaycan qanunvericiliyinə əsasən, işəgötürənlər işçilərə onların iş saatlarına görə ədalətli əmək haqqı ödəməlidirlər. İşəgötürənlər həmçinin əmək müqaviləsində və ya kollektiv müqavilələrdə göstərilən öhdəliklərə əməl etməlidir.



Xəbərin oxunma sayı : 637




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap