“Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO “Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 06 İyun 2024

    “Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin

  • / Maqazin / — 01 İyun 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

Millimizin yeni baş məşqçisi kimdir? - Avropa çempionu, son illərin uğursuzu...

Tarix 12.06.24, 16:15

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, futbol üzrə Azərbaycan yığmasının baş məşqçi postuna portuqaliyalı çalışdırıcı Fernandu Santuş təyin olunub. "Qafqazinfo” xəbər verir ki, 69 yaşlı mütəxəssisin qarşısına bir sıra hədəflər qoyulub.

Azərbaycan yığması təcrübəli məşqçinin karyerasında 14-cü komanda olacaq. Məşqçilik karyerasına ölkəsində başlayan çalışdırıcının ilk iş yeri Portuqaliya klubu "Eştoril” olub. 1988-1994-cü illərdə burada işləyən mütəxəssis daha sonra "Estrela Amadora”ya keçir. 4 illik fəaliyyətindən sonra isə Portuqaliya nəhəngi "Porto”da analoji posta təyinat alır.  Bu klubla ölkə çempionatının qalibi olur və Superkuboku qazanır. UEFA Çempionlar Liqasında isə 1/4 finala qədər irəliləyə bilir.

2001-ci ildə isə Yunanıstana üz tutur.  AEK-lə müqavilə imzalayan Santuş daha sonra "Panatinaikos”a keçir. Amma heç də uğurlu olmur. Yenidən ölkəsinə qayıdır və "Sportinq”in başına keçir. Portuqaliya Premyer Liqasında 3-cü yeri tutduğu üçün vəzifəsindən göndərilir.

Daha sonra ardıcıl olaraq AEK, "Benfika”, PAOK kimi klubları çalışdırır. Lakin onun klub karyerası heç də uğurlu alınmır. 2010-cu ildə isə Yunanıstan millisində işləməyə başlayır. 4 illik fəaliyyətindən sonra Portuqaliya yığmasının "sükanı arxası”na keçir.

Onun ən böyük uğuru da məhz bundan sonra qeydə alınır. 2016-cı ildə Fransada keçirilən Avropa çempionatı həm Portuqaliya futbolunun tarixinə düşür, həm də Santuşun qitəmiqyaslı uğuru kimi yadda qalır.


Portuqaliya yığması finalda Fransa ilə üz-üzə gəlir. Ederin vurduğu qolla qələbə qazanan prineylilər qitənin ən güclüsü olur. Heyətində Ronaldo, Kuarejma, Pepe, Karvalyo kimi ulduzlar olan komanda qızıl medalları vətəninə gətirir. Maraqlıdır ki, həmin vaxt mətbuat da Fernandu Santuşun rəhbərliyi altında qazanılan uğuru heyətin güclü olmasına bağlayır. Kifayət qədər ulduz futbolçuların yer aldığı komandanın məhz individual keyfiyyətlər hesabına birinciliyi əldə etdiyi qeyd olunur.

Bu uğur Santuşun 8 il komandanın "sükanı arxası”nda qalmasına səbəb olur. 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatındakı uğursuzluqdan sonra isə o, postundan göndərilir.

Lakin Santuşun işsizlik dövrü qısa çəkir. Polşa yığması onunla anlaşır. Amma adıçəkilən ölkənin Futbol Federasiyası Santuşun oynatdığı futboldan və nəticələrdən narazı qalır. Nəticədə bir ili tamam olmamış mütəxəssis komandadan göndərilir.

Azərbaycana gələnə qədər onun son iş yeri isə Türkiyənin "Beşiktaş” klubu olur. Cari ilin yanvarında İstanbul klubunun başına gətirilən Santuş uğursuzluq yaşayır. Nə komandasının oynadığı futbol, nə də nəticələr ürəkaçan olur. "Qartallar”ın rəhbərliyi onunla mövsüm başa çatmamış yollarını ayırır. Komanda isə yola köməkçi məşqçilərlə davam edir.

Fernandu Santuş 2016 və 2019-cu illərdə FIFA-nın versiyasına əsasən ilin ən yaxşı milli baş məşqçisi seçilib.

Düzdür, Santuşun Azərbaycan yığmasında hansı nəticələr qazanacağını və ya qazana bilməyəcəyini indidən proqnozlaşdırmaq çətindir. Bəlkə də yığmamız onun rəhbərliyində hansısa yaxşı nəticələr əldə edəcək. Amma istənilən halda əgər AFFA-nın yeni rəhbərliyi gələcəyə hesablanmış komanda qurmaq istəyirdisə, bunun üçün baş məşqçi postuna 69 yaşlı mütəxəssis gətirilməməli idi. Üstəlik, son işlədiyi hər yerdə uğursuz olan bir çalışdırıcı ilə anlaşılmamalı idi. Santuş burada böyük ehtimalla uğursuz olacaq. Yenə də futbolumuz yaşlı bir mütəxəssislə illər itirəcək.




Xəbərin oxunma sayı : 1210




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap