“Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO “Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 06 İyun 2024

    “Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin

  • / Maqazin / — 01 İyun 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

Nazir yeni idarə rəisi təyin etdi - FOTO

Tarix 22.05.24, 14:36

Font ölçüsü : - / +
bitmap-img6


Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinə rəis təyinatı olub.

Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edilib ki, nazir Adil Kərimlinin müvafiq əmri ilə Vasif Qurbanzadə bu vəzifəyə təyin edilib.
 
Vasif Zahid oğlu Qurbanzadə 1981-ci ildə anadan olub. Bakı şəhər 146 saylı orta məktəbi bitirib. Tarix ixtisası üzrə bakalavr və magistr təhsili alıb.

2005-ci ildə hərbi xidmətini başa vurub və həmin ildən müəllim kimi əmək fəaliyyətinə başlayıb. 2006-cı ildən bank sektorunda, 2010-cu ildən isə nəşriyyat-poliqrafiya sahəsində çalışıb. Çoxsaylı mədəniyyət tədbirlərinin, kitaba marağın artırılması istiqamətində müxtəlif təqdimatların təşkilatçısı olub.

2016-cı ildən "Osmanlı divan ədəbiyyatı”, "Sufilik”, "Erməni məsələsi”, "Xudu Məmmədovun həyat və fəaliyyəti”, "Şahmar Əkbərzadənin həyat və fəaliyyəti” mövzularında elmi araşdırmalar aparıb. Ümumilikdə, 7 kitab müəllifi olan V.Qurbanzadənin "2914 – Biz sülh istəyirdik” kitabı 44 günlük Vətən müharibəsi zamanı müəllifin ön cəbhədə şahid olduğu və siyasi arenada baş verən hadisələrdən bəhs edir.

Şeirləri əsasında "Üfüq”, ssenarisi əsasında "Yol adam” filmləri lentə alınıb. Qarabağ və qəhrəmanlıq mövzularında çəkilən bir neçə ekran işinin məsləhətçisidir.




Xəbərin oxunma sayı : 652




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap