Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

Vergidən yayınan zavod direktoru saxlanıldı - Azərbaycanda

Tarix 19.06.24, 13:52

Font ölçüsü : - / +
bitmap-img6


Rusiyanın Tomsk vilayətində lampa məhsulları istehsal edən iki təşkilatın direktorları 24,5 milyon rubl (təxminən 472 min 800 manat) vergini gizlətməkdə ittiham olunublar. Cinayət işi baxılması üçün Tomsk şəhərinin Kirovski Rayon Məhkəməsinə verilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, istintaqın məlumatına görə, təqsirləndirilən şəxs 2018-ci ilin aprelindən 2020-ci ilin yanvarınadək və 2020-ci ilin avqust ayından sentyabr ayına kimi rəhbərlik etdiyi iki kommersiya təşkilatının vergi borcunun olduğunu bilərək, üçüncü şəxslərin hesablarından istifadə etməklə satın aldığı mal, iş və xidmətlərə görə podratçılara ödənişlər edib.

Şirkətlərin hesablaşma hesablarına vəsait daxil olduqda, vergi idarəsi 24,5 milyon rubldan çox vergi borcunu toplaya bilərdisə də, bunu etməyib. Qeyd olunur ki, FSB-nin regional idarəsinin materialları əsasında cinayət işi başlanıb.

Xatırladaq ki, "Tomsk İşıqlandırma Zavodu” MMC 2021-ci ildə 9 milyon vergi borcuna görə müflis elan edilib ki, bunun da 4 milyonu borcun özü, qalanı isə cərimələrdir. 2020-ci ilin noyabrında Tomsk vilayətinin İstintaq İdarəsi müəssisə rəhbərinə qarşı qiyabi ittiham irəli sürüb və onu axtarışa verib. Zavodun direktoru Vladislav Qolubev bir müddət əvvəl Azərbaycanda saxlanılaraq Tomska aparılıb.



Xəbərin oxunma sayı : 910




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap