![]() |
|














Azərbaycan və İtaliya prezidentlərinin geniş tərkibdə görüşü keçirildi - Fotolar
Tarix 30.09.25, 19:20 |
|

Prezident İlham Əliyevin İtaliya Prezidenti Sercio Mattarella ilə geniş tərkibdə görüşü keçirilib.
AzFakt.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
***
Sentyabrın 30-da Prezident İlham Əliyevin İtaliya Prezidenti Sercio Mattarella ilə geniş tərkibdə görüşü olub.
Yeniavaz.com xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:
-Hörmətli cənab Prezident.
Hörmətli qonaqlar.
Sizi səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Sizin səfərinizə biz çox böyük əhəmiyyət veririk. Bu, İtaliya ilə Azərbaycan arasındakı dostluq, tərəfdaşlıq əlaqələrinin təzahürüdür.
Biz Sizinlə tez-tez görüşürük Romada və eyni zamanda, bu, Sizin Azərbaycana ikinci rəsmi səfərinizdir. Keçən il Sizinlə görüş zamanı mən Sizi Azərbaycana dəvət etmişəm və təşəkkür edirəm ki, dəvətimi qəbul etmisiniz. Bu gün İtaliya-Azərbaycan əlaqələrinin inkişafı göz qabağındadır. Biz artıq bir neçə vacib məsələni müzakirə etmişik. Bizim əməkdaşlığımız çoxşaxəlidir, demək olar ki, bir çox sahələri əhatə edir, energetikadan başlamış sənaye istehsalına qədər. Hazırda təhsil sektorunu da əhatə edən əməkdaşlıq doğrudan da strateji əhəmiyyət daşıyır və beş il bundan əvvəl imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə deyə bilərəm ki, tam icra edilir.
Bizim əlaqələrimiz, eyni zamanda, yerləşdiyimiz bölgənin inkişafı üçün də önəmlidir, bizim Avropa İttifaqı ilə əlaqələrimizə müsbət təsir göstərir. İtaliya həmişə bizim Avropa İttifaqı ilə daha sıx münasibətlərin qurulmasına öz dəstəyini vermişdir və biz buna görə Sizə minnətdarıq.
Təbii ki, energetika sahəsində bir çox əhəmiyyətli nəticələr var. Bu barədə biz artıq danışmışıq. İndi geniş tərkibdə bu müzakirəni davam etdirəcəyik. Nəticələrlə bağlı, əlbəttə ki, bir-birimizi haqlı olaraq təbrik edə bilərik. Amma bizim planlarımız daha genişdir. Həm İtaliya ilə ikitərəfli formatda, həm Avropa İttifaqı ilə bütövlükdə energetika sahəsində yeni layihələrin həyata keçirilməsi məsələləri çox vacibdir və biz bu məsələlər üzərində uğurla çalışırıq.
Sabah da çox gözəl tədbir olacaq – biz İtaliya-Azərbaycan Universitetinin yeni binasının açılışında birlikdə iştirak edəcəyik. Bu, əslində, bizim bir dostluq layihəmizdir və layihənin başlamasından icrasına qədər cəmi üç il vaxt keçib. 2022-ci ildə mənim tərəfimdən müvafiq Sərəncam verilmişdir və artıq yüzlərlə tələbə təhsilə cəlb edilib. Əlbəttə ki, onlar İtaliya-Azərbaycan dostluğunun elçiləri olacaqlar. Həm gözəl təhsil alacaq, həm də ki, bizim aramızdakı dostluğu daha da möhkəmləndirəcəklər.
Bir daha Sizi salamlayıram və bir daha "Xoş gəlmisiniz!" deyirəm.
İtaliya Prezidenti Sercio Mattarella çıxış edərək deyib:
-Cənab Prezident, Sizə təşəkkür edirəm. Bizim görüşümüzdə qeyd etdiyim kimi, mən yenidən Bakıda olmağımdan məmnunluq duyuram. Sizi 7 ildən sonra yenidən Bakıda görməkdən doğrudan da çox məmnunam. Bu, ölkələrimizi, çoxşaxəli strateji tərəfdaşlığımızı birləşdirən dərin dostluğun təsdiqidir.
Sizin Romaya səfəriniz də dostluq əlaqələrimizin bir daha bariz nümunəsidir. Biz xüsusilə də ölkələrimiz arasındakı strateji tərəfdaşlığa mühüm dəyər veririk. Bu münasibətlər getdikcə daha da inkişaf edir və bir çox sahələri əhatə edir, gələcək üçün də çox böyük əhəmiyyətə malikdir.
Sabah Sizinlə birlikdə universitetin yeni kampusunun açılışında iştirak etmək mənim üçün böyük bir şərəfdir. Bu, bir daha onu sübut edir ki, ölkələrimiz arasındakı tərəfdaşlıq yalnız iqtisadi sahə ilə məhdudlaşmır. Bu, həmçinin bizim mədəni əlaqələrimizin də yüksək səviyyədə olduğunun və gələcəkdə gənclərimizin əməkdaşlığı üçün daha yeni üfüqlər açmasının nümunəsidir.
Mən Sizə dəvətinizə görə dərin təşəkkürümü bildirirəm. Bu, eyni zamanda, gələcəkdə yeni görüşlərimizin bir vəsiləsidir.





Xəbərin oxunma sayı : 895
Siyasət
Xəbərlər
-
İnstaqramda bu gün nələr paylaşıldı? - FOTOLAR
-
Amorimlə yollar ayrılır - “Mançester Yunayted“ yeni dövrə hazırlaşır
-
Sabah Putinlə İlham Əliyev görüşəcəklər - Düşənbədə
-
Evləri plana düşən bu binanın bəzi sakinləri kompensasiyadan narazıdırlar - VİDEO
-
Monqol əti Azərbaycan bazarını götürüb: ucuz ətin ucuz şorbası, yoxsa... VİDEO
-
“Şahdağ Mehmanxana“da yoxlama: Qanunsuzluqlar aşkarlandı, sanksiyalar tətbiq edildi
-
Qalmaqallı oliqarx Aqibət Məmmədovun qurumu 5,9 milyonluq tenderin qalibi seçilib - ŞÜBHƏ
-
İctimai nəqliyyatda gedişhaqqı artır, amma keyfiyyət yüksəlmir - VİDEO
-
Prezident qardaş ölkələrə təşəkkür etdi - VİDEO
-
Gəncədə qətlə yetirilən məktəbli polkovnik-leytenantın oğlu imiş - Şübhəli bilinən təslim oldu
-
Tüstüyə görə bəzi körpələri çıxarmaq mümkün olmayıb - Şahid ifadəsi
-
Azərbaycanda neçə sənədsiz yaşayış binası var və onların aqibəti necə olacaq? - VİDEO
-
Deputat oğlunun “Kristal Bakı” ASC şirkəti haqqında araşdırma başlayıb - Şikayətlər əsasında
-
Türk Dövlətləri Təşkilatı: Birgə Təhlükəsizlik və Hərbi Əməkdaşlıqda Yeni Mərhələ
-
Nöqsanlar aşkarlanan bu kafe bağlandı - Fotolar
-
Sabah bu ərazidə qaz olmayacaq - XƏBƏRDARLIQ
-
İmişlidə 73 nəfər bu bakteriyadan zəhərləndi - RƏSMİ/FOTO
-
Bakıda piyadalar üçün dərs - Polis ölüm anlarını göstərdi
-
SOCAR-dan rəsmi şəkildə ayrılsa da, bu adamın əli ilə... - Adnan işində yeni detal
-
III MDB Oyunları başa çatıb - Azərbaycan ikinci yerdə qərarlaşıb
-
Bu vəzifəli şəxslərə yeni səlahiyyət verildi - Prezident fərman imzaladı
-
Türk Dövlətləri Təşkilatı Zirvə Görüşü: Birlik, strateji güc və inkişafın geosiyasi xəritəsi
-
Şəhid ailələri və müharibə əlilərinə daha 100 mənzil verildi - Fotolar
-
2025-ci ildə 8 müqavilə, 1.4 milyon manat... - Bulvar İdarəsinin tenderləri
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycan TDT-nin geosiyasi mərkəz kimi güclənməsinə töhfə verir
-
2 vəkilin fəaliyyəti dayandırılıb - 4-nə isə xəbərdarlıq edilib
-
“Təmkinli davranışımız acizlik deyil“ - Türkiyə lideri
-
“Qəzza məsələsində çox ciddi danışıqlar aparırıq“ - Tramp
-
Nazirlik MDB oyunları davam edərkən olimpiya komplekslərini təmir edib? - Müəmmalı müqavilə
-
Türk dünyasının birliyinin, həmrəyliyinin təqdimatı olan Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının XII Zirvə görüşü
-
37 qızıl külçəni gömrükdən keçirmək istədilər - Fotolar
-
Bu avtobuslar da 60 qəpik oldu - Yeni siyahı
-
“Həmin matçdan 30 il keçib...“ - Arif Əsədov “10:0 oyunu“ haqda
-
Metropolitendə nə baş verir? - Vüsal Aslanovun təyin etdiyi daha bir rəis işdən çıxdı
-
Tolik şikayət etdi - Tiktoker 10 sutkalıq həbs olundu
-
Onlayn qumar şəbəkələrinə qarşı əməliyyat: 5 nəfər tutuldu
-
Azərbaycanda teatrlar ildə nə qədər tamaşa səhnələşdirirlər? - SİYAHI
-
Xırdalan bələdiyyəsi müavininin milyonluq mülkü - Rüsxət Qubatovun “dəyirman“ının suyu hradan gəlir?
-
Son 5 ildə 100 minə yaxın uşaq nikahdankənar doğulub - Statistika
-
AYNA-dan 45 milyonluq müqavilə - Magistral yollarda xətlənmə işlərinə rekord vəsait ayrıldı
-
Prezident Xorvatiya parlamentinin sədrini qəbul edib - Fotolar
-
Sabiq FHN generalı Raul Zeynalovun 1 milyonu ələ keçirilib - Dələduzluq
-
Bu institutlara publik hüquqi şəxs statusu verildi - SİYAHI
-
“Eurostroy S.S” şirkəti vətəndaşları aldadır - 8 ildir evlərinə həsrət qalıblar
-
Təhsil krediti alanlar geri ödəyə bilmir - səbəblər
-
Qızıl getdikcə bahalaşır - Bu ölkələr qızıl alımını sürətləndirib
-
Leyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqunda - Fotolar
-
20 min manatını alıb yoxa çıxdılar: Nə şirkət var, nə də usta
-
Beyləqanda daha bir küçə asfaltlandı - FOTOLAR
-
Ali Məhkəmədə iclas - Plenum qərarlarında dəyişiklik edilib
-
Yüzlərlə MMC yaradıb “nağdlaşdırma“ aparan şəxs tutuldu - Birgə işlədiyi qurumların siyahısı
-
Dünyada neft hasilatının artım tempi sürətlənəcək - PROQNOZ
-
207 saylı körpələr evində direktor ərzaqları öz bağçasına daşıtdırıb? - VİDEO
-
Türkiyədə bir qrup tanınmış müğənni saxlanılıb - Narkotikə görə
-
Bakıda köhnə dərman yeni etiketlə satılıb? - VİDEO
-
“İsrail müdaxilə etməsəydi, Tehran və Vaşinqton nüvə sazişinə imza atardı“ - Əraqçi
-
“36 min ödəmişəm, anamı da xəstəxanada öldürüblər” - Video
-
Bakıda qorxulu vəziyyət: Yol hər an tamamilə çökə bilər
-
Pensiyalarla bağlı yeni qaydalar nəyi dəyişəcək? - VİDEO
-
İlham Əliyev Zirvə Görüşündən paylaşım etdi - VİDEO
-
Xaricdən gətirilən ət Azərbaycanda neçəyə satılır? - VİDEO
-
Qonşusu şəhid xanımının böyük məbləğdə pulunu vermir - VİDEO
-
Paytaxtın bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ
-
Rusiya ilə ABŞ arasında diplomatik dialoq ürəkaçan deyil - Kreml
-
MUM-da 103 min mənimsəyən satıcı həbs edildi - FOTO
-
Bu sahə son 5 ildə 5 mindən çox işçisini itirib - ARAŞDIRMA
-
Vardanyanın məhkəməsində zərərçəkmişlərin ifadələri dinlənilib - Fotolar
-
“Gilan” saxta sənədlərlə mülkə əl qoyub - “Konstitusiya və Suverenlik İli”ndə ədalət istəyirəm
-
ATU-da nə baş verir? - 956 tələbə kəsilib, təqaüdçülərin sayı 6 dəfə azalıb...
-
Pakistan Azərbaycana ət satmağa başlayır - qiymətlər düşəcək, yoxsa qalxacaq?
-
Qəzzada hər 17 dəqiqədə bir uşaq ölür və ya şikəst olur - BMT
-
ATF daha bir tender qazandı: Muradov qardaşlarının şirkəti bu il 2,9 milyonluq sifariş alıb
-
“TDT Zirvə Görüşündə hərbi əməkdaşlığın artırılması zəruri sayılıb“ - XİN rəhbəri
-
299 şirkət, milyonluq mənimsəmə... - Musiqiçiyə hökm oxundu
-
“Azərbaycanda bayraqların yarıya endirilməsi iddiaları dezinformasiyadır” - Rəsmi
-
Polis III MDB Oyunlarında sutkalıq xidmətdə - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Azərbaycanla Ermənistan arasında imzalanan Birgə Bəyannamə Türk xalqlarının zəfəridir” - Şavkat Mirziyoyev
-
İsmayıllıda çaqqal sakinlərə hücum etdi - İki nəfəri yaralandı (VİDEO)
-
Biznesmen deputat İmamverdi İsmayılov indi isə yazıçi-publist obrazında təriflər qəbul edir...
-
Türkmənistan Füzulidə məscid tikəcək - Onlayn formatda təməli qoyuldu
-
DOST Agentliyi icarəyə götürmək üçün ofis axtarır - 189 min manata
-
Keçmiş məmurun şirkəti niyə qara siyahıya salınıb? - Etibarsız təchizatçı oldu
-
Yağış yağacaq, duman olacaq - Sabahın havası
-
Pensiyalarla bağlı yeni qaydalar nəyi dəyişəcək? - Deputa AÇIQLADI
-
Qəbələdə Zirvə Görüşü öncəsi maraqlı anlar - FOTOLAR
-
Azərbaycanda doğum nisbəti ən aşağı səviyyəyə düşüb - Dünyada son sıralardayıq
-
Türkün türklə ədavətə haqqı yoxdur - Tokayev
-
Hotel xəzinədarı azadlığa buraxıldı - Mənimsəmədə ittiham olunurdu
-
Prezident Zirvə Görüşündə çıxış edir - VİDEO
-
İlham Əliyev Vladimir Putini təbrik etdi
-
“5 manat gəliri olana 6 manat borc verilməməlidir“ - AMB rəsmisi
-
Qəbələdə TDT-nin Zirvə Görüşü başladı - CANLI YAYIM
-
Ərdoğan Qəbələyə gəldi - FOTOLAR
-
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşdü - FOTO
-
Məmmədli kəndində günlərdir evlərə verilən qaz kəsilib - VİDEO
-
Boşananda kimə daha çox əmlak düşür? - Evdən geyimə qədər...
-
“Fransanın prezidenti yoxdur” - Medvedev indi də Makronu təhqir etdi
-
Azərbaycanda hər il 24 min insanı öldürən “səssiz qatil“: Nəyi düz etmirik?
-
Qarabağa qayıdan köçkünlərin Bakıdakı evləri kimlərə verilir? - Rəsmi cavab
-
Mövsümü vaksinasiyanın əks təsiri var? - VİDEO
-
Tarixdə ilk dəfə - Qızılın qiyməti 4000 dolları keçdi
-
Berdiməhəmmədov Azərbaycana səfərə gəldi - Fotolar
-
Ay tədricən Yer kürəsindən uzaqlaşır - Alimlərdən xəbərdarlıq
-
Məktəb avtobuslarının qiyməti ilə bağlı narazılıq - VİDEO
-
“Ərdoğan çox güclüdür, HƏMAS ona hörmət edir” - Tramp
-
TDT-nin Xarici İşlər Nazirləri Şurasının toplantısı keçirilir - Fotolar
-
Mərhələli“ sözündən bezmişik“ - Sulutəpədə kanalizasiya problemi (VIDEO)
-
Bu gün instaqramda bunlar paylaşıldı - FOTOLAR
-
“Atletik” artıq “Qarabağ”dan ehtiyatlanır” - İspaniya KİV-i yazır ki...
-
Mərkəz ağır qan xəstəsinə qiyməti 1200 manat olan dərmanı vermir - VİDEO
-
Yasamalda beton zavodun səs-küyündən şikayət - VİDEO
-
Ceyhun Bayramov Hakan Fidanla görüşdü - Qəbələdə
-
TƏBİB-in əməkdaşı evdə bıçaqlandı - Şübhəli keçmiş əridir
-
Əmrin Ermənistan rəhbərliyi tərəfindən verildiyi yenidən təsdiqləndi - MƏHKƏMƏ
-
Maaşdan tutulmalardan imtina etmək olar? - İqtisadçı açıqladı
-
Şəmkirdə 40 yaşlı qadın öldü - Əri saxlanıldı
-
Zaqatala və Balakəndə evləri həşəratlar basdı - Rəsmi açıqlama
-
İsrail və HAMAS arasında danışıqlar gedir - Misirdə
TOP 10
ARXİV