Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Prezident Ersin Tatarla görüşdü - Fotolar

Tarix 06.10.25, 17:44

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 6-da Qəbələdə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarla görüşüb.

AzFak.com xəbər verir ki, Ersin Tatar Prezident İlham Əliyevlə ölkəmizdə və beynəlxalq tədbirlər çərçivəsində görüşlərini, həmçinin Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısında iştirakını məmnunluqla xatırladıb, Şimali Kipr Türk Cümhuriyyətinə göstərdiyi dəstəyə görə dövlət başçısına minnətdarlığını bildirib.

İlham Əliyev ölkəmiz tərəfindən Şimali Kipr Türk Cümhuriyyətinə dəstəyin bundan sonra da davam etdiriləcəyini deyib.

Qonaq Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin irəliyə aparılması istiqamətində Vaşinqtonda Amerika Birləşmiş Ştatları Prezidentinin şahidliyi ilə əldə edilmiş nəticələrlə bağlı təbriklərini çatdırıb.
Ətraflı

Dövlət başçısı təbriklərə görə minnətdarlığını bildirib.

Söhbət zamanı Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qatılmasının önəmi qeyd edilib.

Qəbələdə keçirilən Zirvə Görüşünün TDT çərçivəsində ölkələrarası tərəfdaşlığın daha da genişlənməsində rolu vurğulanıb.

Görüşdə bir sıra sahələrdə əməkdaşlıq məsələlərinə toxunulub.







Xəbərin oxunma sayı : 679




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap