“Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO “Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 06 İyun 2024

    “Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin

  • / Maqazin / — 01 İyun 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

Bakıda tarixi binalar niyə rənglənir? - Rəsmi açıqlama

Tarix 15.06.24, 15:12

Font ölçüsü : - / +
bitmap-img6


Son günlər Bakıda aqlay daşlı binaların rənglənməsinə dair paylaşılan foto və videolar sosial şəbəkələrdə narazılıq yaradıb. Sosial şəbəkə istifadəçiləri bunun yolverilməz olduğunu, tarixi binalara zərər vurulduğunu qeyd ediblər.

Məsələ ilə bağlı Bakı Abadlıq Xidmətinin İctimaiyyətlə Əlaqələr şöbəsindən "Report"a bildirilib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində şəhər ərazisində müvafiq işlər görülür, o cümlədən, tarixi əhəmiyyətli binalar, memarlıq abidələri abadlaşdırılır:

"Son günlər sosial şəbəkələrdə bəzi binaların təmir-bərpası ilə bağlı əsassız iddialar səsləndirilib. Təqdim edilən fotolardan aşkar şəkildə görünür ki, ağ rəngdə olan hissə boya yox, astardır. Tarixi bina olsa da, onun üzərində emulsiya işlənən yerlər var. Məhz həmin hissələr hazırda yenilənir. Astar vurulduqdan sonra ora kosmetik olaraq uyğun rəng tətbiq ediləcək”.

Qurum onu da qeyd edib ki, tarixi binaların, memarlıq abidələrinin təmir-bərpa prosesi cavabdeh qurumların birbaşa nəzarəti altında həyata keçirilir, mütəxəssis rəyi ciddi nəzərə alınır.

Məsələ ilə bağlı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımov da paylaşım edib:

"Son bir neçə gün ərzində ictimaiyyətdə geniş müzakirə edilən, paytaxtımızda bir sıra binaların fasadlarının boyalanması məsələsi ilə əlaqədar Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən proses nəzarət altına götürülərək müvafiq qaydada aidiyyəti dövlət qurumları, Azərbaycan Memarlar İttifaqı və icraçı təşkilat olan "Bakı Abadlıq Xidməti" MMC ilə əlaqələndirmə prosesi təşkil edilərək lazımsız və memarlıq abidələrinə zərər gətirə bilən boyalanmaların aradan qaldırılması, təmizlənmə və digər işlərin əvvəlcədən bütün müvafiq qurumlarla razılaşdırılmış qaydada aparılacağı təmin edilmişdir. 

Şəkillərdə bu gün səhər saatlarında Səbail rayonunun Üzəyir Hacıbəyov küçəsi, 26 ünvanında yerləşən bir müddət öncə boyalanmaya məruz qalmış binanın fasadının təhlükəsiz üsulla təmizlənməsi prosesini görə bilərsiniz".





Xəbərin oxunma sayı : 910




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap