“Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO “Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 06 İyun 2024

    “Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin

  • / Maqazin / — 01 İyun 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

Bakıda yeni parklar salınır - ÜNVANLAR

Tarix 13.06.24, 16:22

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda yeni parklar salınır.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, hazırda Bakı şəhəri çox sürətli inkişaf templəri nümayiş etdirir və dünyanın bir çox gözəl, möhtəşəm şəhərləri ilə eyni sırada durur. Bu gün paytaxtımız elə bir tarixi məqamına çatıb ki, şəhərimizə yolu düşən hər kəsi heyran qoyur. Paytaxtımıza gələn turistlərin sayının günbəgün artması buna əyani sübutdur.

Bu gün paytaxımız Bakı şəhərinin ərazisində 10 meqa parkın salınması işləri həyata keçirilir, bəzi parkların ərazisi artırılır. Ölkə başçısının müvafiq sərəncamı ilə Mərkəzi Nəbatat parkında və həmçinin Mərdəkandakı Dendralogiya parklarında əsaslı təmir-yenidənqurma işləri görülür və ilin sonuna kimi burada işlər başa çatdırılması nəzərdə tutulub.

Bir neçə il əvvəl salımmış "Gənclik”, "Nizami Gəncəvi”, Yasamaldakı Meşə-park, Mərkəzi və Qış parkları, "Çəmbərəkənd" parklarında sakinlərimiz və şəhərimizə gələn çoxsaylı qonaqların istirahəti üçün hər cür şərait yaradılıb, müasir idman və uşaq əyləncə qurğuları quraşdırılıb.

Paytaxtda aparılan geniş tikinti-quruculuq işləri çərçivəsində bir çox yerlərdə istismar müddəti bitmiş, qəzalı bina və tikililərin əvəzinə yeni bina və obyektlər yox, məhz parklar salınır. Hazırda Xətai rayonunda yerləşən "Sevgi” parkının genişləndirilməsi ilə bağlı işlər görülür. Bununla əlaqədar şəhərin əsas magistral yollarından olan Yusif Səfərov küçəsinin ətrafında yerləşən və istismar müddəti bitmiş tikililərin sökülməsi və ərazidə yaşayan sakinlərə və obyekt sahiblərinə mövcud qanunvericiliyə uyğun olaraq kompensasiya ödənilməsi şərti ilə onların köçürülməsi prossesi həyata keçirilir.

Bu gün Mərkəzi parkın 3-cü hissəsində genişləndirmə-abadlıq işləri görülür, Nərimanov rayonunda Ceyhun Hacıbəyli, Nəsib bəy Yusifbəyli, Vaqif küçələrinin kəsişməsində, keçmiş antenna sahəsinin ərazisində yeni meqapark salınır, Nərimanov parkının əsaslı təmir-yenidən qurulması aparılır. Eyni zamanda Xaqani bağında təmir-yenidənqurma işlərinə başlanılıb. 28 May, Mehdi Mehdizadə, Elman Ovçuyev və Hüseyn Rəsulbəyov küçələrinin kəsişməsində 12 ha sahədə yeni park salınır.

Dəmir yol vağzalının qarşısındakı meydanda təmir-yenidənqurma işlərinin aparılması üçün layihə smeta sənədləri hazırlanıb və işlərə başlanacaq.

Qeyd edilənlərlə yanaşı paytaxtın daha da yaşıllaşdırılması və gözəlləşdirilməsi istiqamətində işlər davam etdirilir. Şəhərin əsas küçə və prospektləri boyunca, mövcud park və istirahət bağlarında yeni ağaclar, həmişəyaşıl kollar və rəngbərəng güllər əkilir, güllərdən müxtəlif kompozisiyalar düzəldilir. Yol kənarlarındakı işıq dirəklərinə və eyvanlara gül əkilən kaşpolar qoyulur. Bütün görülən işlər paytaxtımızın daha da gözəlləşdirilməsinə bir töhfədir və vətəndaşlarımız parklarda yaradılan şəraitdən xüsusi zövq alırlar.

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.



Xəbərin oxunma sayı : 811




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap