“Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO “Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 06 İyun 2024

    “Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin

  • / Maqazin / — 01 İyun 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

Bu gün 102 120 məzun üçün “Son zəng” çalınacaq

Tarix 14.06.24, 8:25

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Azərbaycanın ümumi təhsil müəssisələrində "Son zəng” tədbiri keçiriləcək.

2023-2024-cü tədris ilində ümumi təhsil müəssisələrində təhsilalanların sayı 1 706 935 nəfər təşkil edib.

Cari tədris ilində ümumi təhsil müəssisələrində 102 120 nəfər XI sinfi, 150 445 nəfər IX sinfi, 137 862 şagird birinci sinfi bitirir.

Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 87 569 uşaq təhsil alıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblərin XI siniflərini 28 min 993, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 125 nəfər bitirir. Paytaxtda 42 min 70 nəfər I sinfi başa vurur.

"Son zəng” tədbiri hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunur. "Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələri iştirak edə bilər.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) "Son zəng” tədbirlərinin təhlükəsiz şəraitdə keçirilməsi ilə əlaqədar valideynlərə sürücülük hüququ olmayan övladlarına avtomobil verməmələri ilə bağlı çağırış edib.



Xəbərin oxunma sayı : 508




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap