“Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO “Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO
Axtar
 
  • / Maqazin / — 06 İyun 2024

    “Açıq-saçıq geyinə bilmirəm, mənə abır gəlib“ - Pərvin

  • / Maqazin / — 01 İyun 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

Putinin Şimali Koreya səfərindən maraqlı anlar – Kim Putinə tam dəstək ifadə etdi + VİDEO

Tarix 19.06.24, 13:10

Font ölçüsü : - / +
bitmap-img6


Pxenyanda Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya (KXDR) lideri Kim Çen In arasında danışıqlar gedir. Putin KXDR-in paytaxtına ötən gecə gəlib. Bu, onun ölkəyə ikinci səfəridir, birinci səfər 2000-ci ildə olub. Onu hava limanında Kim Çen In şəxsən qarşılayıb.

Liderlər qırmızı xalçada bir neçə dəfə qucaqlaşıblar, sonra uzun müddət bir-birlərini limuzinə birinci minməyə dəvət ediblər. Pxenyan küçələrində Rusiya bayraqları və Putinin portretləri asılıb.

Putinlə danışıqlar zamanı Kim deyib ki, KXDR hökuməti “xüsusi hərbi əməliyyatın keçirilməsində, yəni Ukraynadakı müharibədə Rusiya hökumətinə, ordusuna və xalqına tam dəstək və həmrəylik ifadə edir”. Kimin sözlərinə görə, əməliyyat “suverenliyi, təhlükəsizlik maraqlarını, eləcə də ərazi bütövlüyünü qorumaq üçün” həyata keçirilir. Kim həmçinin Rusiyanın “dünyada strateji tarazlığın qorunmasında” rolunu qeyd edib.

Putin çıxışında Rusiya ilə KXDR arasında tarixi əlaqələri, o cümlədən 1950-53-cü illər Koreya müharibəsində sovet pilotlarının iştirakını xatırladıb. O, ABŞ-ni də tənqid edib və yenidən Pxenyanın Ukraynadakı müharibədə Rusiyaya dəstək verdiyinə görə tərifləyib. Bu barədə Putin səfərindən əvvəl Şimali Koreya qəzetində dərc olunan məqaləsində yazıb.

Qeyd edək ki, Şimali Koreya bilavasitə neytrallığını deyil, müharibədə Rusiyaya dəstək verdiyini bəyan edən dünyada nadir ölkələrdən biridir. Şimali Koreya Rusiya ordusunu artilleriya mərmiləri və ehtimal ki, raket sistemləri ilə təmin edir. Moskvanın buna cavab olaraq BMT Təhlükəsizlik Şurasının sanksiyaları ilə qadağan olunmuş raket proqramında Pxenyana kömək etdiyi iddia edilir. ABŞ və Qərb ölkələri zaman-zaman Moskva ilə Pxenyan arasında əməkdaşlığa dair artan narahatlığını ifadə edirlər. 






Xəbərin oxunma sayı : 1126




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap